BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Tədbirlər

Tədbirlər

2013-cü ilin may ayının 2-si  “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun kollektivi və könülülər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il münasibəti ilə “Heydər” zirvəsinə yürüş etmişdir.
Zirve2013_1 Zirve2013_2 Zirve2013_3

2014-cü ilin may ayının 2-si  “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun kollektivi və könülülər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il münasibəti ilə “Heydər” zirvəsinə yürüş etmişdir.
Zirve2014

“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu, Xınalıq İ.Ə.D, Xınalıq bələdiyyəsi və Xınalıq internat tam orta məktəbinin kollektivi ilə birlikdə 16 mart 2015 tarixdə “Novruz” şənliyi keçirilmişdir.
Novruz2015_2 Novruz2015_1

2015-ci ilin may ayının 10-u “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun kollektivi və millət vəkilləri  Əli Hüseynli, Ülvi Quliyev, Fuad Muradov, Rusiya federasyasının deputatları ilə birlikdə Heydər Əliyevin anadan olmasının 92-ci il münasibəti ilə “Heydər” zirvəsinə yürüş etmişdir.
Zirve2015_1

18 Aprel 2015-ci il tarixdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda açıq qapı günü keçirilmişdir. Xınalıq İnternat tam orta məktəbinin şagirdlərinə etnoqrafiya muzeyində və bir sıra qədim abidələrdə ekskursiya təşkil olunmuşdur.
AbidelerGunu

27 sentyabr 2015-ci il tarixdə Ümumdünya Turizm Günü münasibəti ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda “acıq qapı” günü keçirilmişdir. Qoruğumuzun əməkdaşları tərəfindən Xınalığın adət ən-ənəsi, memarlığı, dili, məşğuliyyəti haqqında məlumatlar verilmiş, etnoqrafiya muzeyinə, Əbu Müslüm, Pirə Comərd, Xıdır Nəbi və s. kimi abidələrə ekskursiyalar təşkil olunmuşdur.
TurizmGunu

072cc27a-83fd-4a8a-b811-223dece40cbd b1cf2019-f7c3-4256-a558-4c747c8d4c95