BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Rahim Alxas

Rahim Alxas

Rahim Alxas

Şair, publisist, tercüməçi, pedaqoq Rəhim Alxas 1937-ci ilin mart ayının 20-də Xınalıq kəndində anadan olub. Orta məktəb təhsilini Xınalıq kənd 7 illik məktəbində, Buduq, Qonaqkənd kəndlərində almışdır. 1956-cı ildə Sumqayıt şəhərində: sənət məktəbində – bənnalıq ixtisasını qurtarır və tikintidə bənna kimi işləmişdir.

1962 ildə Bakı Dövlət Pedagoji İnstitutunun filologiya fakultəsinə qəbul olmuş. 1965-ci ildə “Pravda” qəzetində “Elmin möcüzəsi” adlı məqaləsi çapdan çıxmışdır. R.Alxas N.Nərimanov adına şəhər mədəniyyət sarayında direktor müavini, alüminium zavodunun yataqxanasında tərbiyəçi vəzifəsində işləmişdir.

1957-ci ildə ilk şeri “Xınalıq”, sonra “Ana vətən”, “İmtahan” və digər şeri “Sumqayıt” qəzetində “Azərbaycan gəncləri”, “Kommunist”, “Bakınskiy raboçi” və digər qəzetlərdə nəşr edilib. Şeirləri rus, türkmən, özbək, qazax, tatar, ləzgi dillərində – onların nəşriyyatlarında dərc olunub. Sumqayıtda olan vaxtlar böyük ad-san qazanmış Rəhim Alxas həmin şəhərin fəxri vətəndaşı seçilmişdir.

BDPİ-ni qurtaran R.Alxas 1967-ci ildə doğma Xınalığa qayıdır və məktəbin direktoru, daha sonra məktəbin müəllimi və zifəsində fəaliyyət göstərmişdir.

Məşhur şair, yazıcı, alim, adlı-sanlı şəxsiyyətlərin öz dəsti-xətti ilə yazıb ona göndərdikləri 400-ə qədər avtoqraf və məktbular, sənədlər şəxsi arxivində saxlanılır. Şəxsi kitabxanasında 4000-ə yaxın kitab olub.

Azərbaycan Yazıcılar Birliyinin, Aşıqlar Birliyinin üzvü şair R.Alxas Nizaminin, Fizulinin əsərlərini Xınalıq dilinə tərcümə edərək çap etdirmişdir. Xınalıq dilində şairin sonsuz şeirləri, qoşma, bayatı, təcnis, aşıq şeirləri, ustadnamə, divan, dastanları nəşr edilib.

R.Alxasın “Xınalıq”, “Vətən təranələri”, “Sənin tellərinə qurban olum mən”, “Qartal yuvaları”, “Quran nurdur”, “Ləzgilərin süfrəsi açıqdır”, “Bu dağların o üzündən baxanda” və s. kitabları oxuculara təqdim olunmuşdur. Şairin “Ay işığında”, “Şabran nəğmələri”, “Gülüstan inciləri” almanaxında və digər kitablarda şeirləri çap olunub.

1993-cü il oktyabrında Azərbaycan Parlamentində azsaylı xalqların nümayəndələri ilə görüşdə dövlət baçşısı Heydər Əliyevlə şəxsən görüşən Rəhim Alxas prezidentə Nizaminin Xınalıq dilində buraxılmış kitabını hədiyyə etmişdir.

Şairin 60 illiyi Bakıda, Qubada, Qusarda, Xınalıqda təntənə ilə qeyd edilib.

Şair Rəhim Alxas 1975-ci ildə “Zərbəçi əməyə görə” döş nişanı, 1995-ci ildə Azərbaycan Təhsil Nazirliyinin və Quba rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif edilib.

Mərhum şair 2003-cü ilin sentyabr ayının 20-də vəfat edir.

Rəhim Alxasın Xınalıq dilində yazıldığı kitabları bu saytdan yükləyə bilərsiniz:

1991-ci ildə çap olunmuş “Ĥikməti Çələng” kitabında, Rəhim Alxas Nizaminin şeirlərini Xınalıq dilinə tərcümə etmişdir.

1992-ci ildə çap olunmuş “Xınalıq” kitabında, öz şerlərini və Xınalıqda məşhur olan əfsanələri və nağılları yazmışdı.

1995-ci ildə çap olunmuş “E hər cuğab sa pəhlivanmə” (“Mənim hər sözüm bir pəhləvandır”) kitabında, Füzulinin şeirləri Xınalıq dilinə tercümə etmişdir.

ŞEİRYƏ ŞAİR
(Şair Əli Vəkilu)

Şeir siżir ĥədmin
Żidur kire el-ubi.
Cavan vaxt şeir siżi
X̂ırıż miçəşt̂i abi,
X̂ırıż birçəgt̂i əji.
Şeri eşqir lıkdu
Həki sətkəm ixertoa.
Həki şeir siżirtoa
Kire fəḣlim, alimim,
Ĥəkimim, məḣəllimim.
Ancağ sənəti k̇urar
Medan atbiq̇iq̇ağım,
Latışk̂uval çətinmə.
Şeir siżirval rəĥət,
Şair k̂uival çətinmə.

ŞEIR VƏ ŞAIR
Sair Əli Vəlikə

Şeir yazan adamlar
Doludur el-obada.
Cavan vaxtı şeir yazıb
Ağsaqallı babalar,
Ağbirçəkli nənələr.
Şeirin eşqinə düşüb
İndi bir az da çoxdur.
İndi şeir yazırlar
Fəhləmiz, alimimiz,
Həkimimiz, müəllimimiz.
Ancaq sənət yolunda.
Meydan olsa da əyər,
Başa çatmaq çətindir.
Şeir yazmaq asandır,
Şair olmaqsa çətin.

MIDAYƏ HALAMXER

Çiginir yapınjı, kutaşım çomağ,
Mıde kallar tomə halamxer gənə.
Pıti qabağırım sıb ink t̂üi yelağ,
Q̇inir təbiətix lək̇şirtoa, çinə.

Paça yamacır toa, pulordır sürür,
Hu uxşamışkirqoa kak̂ui xoş ətir.
Rəĥmət̂t̂ig Burğuni t̂üi “Mıdad” şeir
Halamxeru lap żin kak̂qoa hər sətir.

Əstiga-mik̇ilga can t̂üiq̇idan sağ
Halamxer mıdadi çixi ĥaşiq̇mə.
Ċuvali engyə, al, həm hine qaymağ
Bitin süfrədu lap sa yaraşığmə.

Lək̇şirsin uxşaşqoa gül t̂üi sa şalu,
Mıde atagır t̂üi nərgizyə lalə.
İji gəxirkuyə t̂üi dəxi k̂ulu
Halamxeri żin-żin q̂iliqoa çülə.

Heçim halamxeru guj kak̂ji sağ-sağ
Lesan q̇ulad həki gəşq̇aği taza,
Əgər halamxeri koksu lək̇uq̇ağ,
Ċə t̂uvi nəfəsiş erpirdə k̂ızam.

İxə əsrdirim kahi lat̂t̂axet,
Mıdar izirdirim dəxioa sam üs.
Halamxeri paçe əvvəli sətrəd
Zaşmıżi siżijmə mıdi koksi gus.

Halamxer duyuğmə. hu ĥəssas zağı,
Ĥümür sayığlığır yuviyə k̇ijmə.
Q̇ebir mıdadırır lat̂t̂axizağı
Halamxeri ungum mıdu gisxujmə.

DAĞ VƏ ÇOBAN

Çiynində yapıncı, əlində çomaq,
Dağ başındadır yenə də çoban.
Göz qabağında yaşıl otlu yaylaq,
Gözəl təbiətə baxırdı bir də.

Ayağı yamacda, gözü sürüdə
Onu oxşadıqca xoş ətir gəlir.
Rəhmətlik Vurğunun olan “Dağ” şeiri
Çobana lap şirin gəlir hər sətir.

Səhər-axşam sağ olan canı
Çoban dağlara böyük aşiqdir.
Qoyunun pendiri, südü, qaymağı
Bütün süfrələrə bir yaraşıqdır.

Baxanda oxşayır güllü yaylağa,
Dağın ətəyində nərgizlə lalə.
Üzünü çevirib hərdən dağlara
Arada çalırdı çoban tütəyi.

Heç də çoban güc yığdı sağ-sağ
İndi əyər leysan yağışlar yağsa,
Çoban döşlərini versə əyər,
Nəfəsindən od tutub əriyər qar da.

Gəlib keçdi uzun əsirlər,
Dağlarda izi görünür neçə il.
Çoban ayağının əvvəlki sətri
Dağın döşlərində yapışıb yazıb.

Çoban həm duyuqdur, həm də həssasdır,
Ömür sayıqlayıb atıb gedəcək.
Dağlarda keçdiyi ömürlərini
Çoban ürəyini dağ çeviribdi.

MIDE K̇OAR

K̇aċınyə kəsəgmə,
Çiskinyə çisəgmə
Mıde k̇oar…
Qıvrılmış k̂uitomə k̇ıżaĉĉin.
Unk̇uĉĉin gəxk̂uitoa leş vı ĉim!
Əçilmişbiq̇i sa mısırmə.
Mıde k̇oar…
Sa k̇urar at̂t̂iyə piyada,
K̇atk̂oarmə azırdu, milyondu,
Lap həddən ziyadə.
Seli ċipxi k̇aċıni dib,
Q̇uli tərtəmiz rıŝi.
İl maq̇al dənə atk̂oar,
Mıde k̇oar…
Ĥəldə-salaxe gülmə,
Çiçəgi il məkan kui,
T̂əpində lat̂t̂aankui.
Kişu x̂u yuk̂oat̂t̂əq̇i,
Sərin mıŝamıllı ŝula
Ŝulondədu hu kıla?
Q̇iq̇ağım mıde k̇ure
Həm ĥəzab, həm əziyyət,
Yax atk̂oa kire zəĥmət.
Ĥəyat żi,
Mıde k̇uri
Atq̇iq̇ağım yoxuşvalyə çətinval.
Xəĉĉiğirtoa həmişə
Həm kiru,
Həmim addımırdıru,
İnamvalyə mətinval.

DAĞ YOLU

Dağdı kəsəkdi,
Çiskin buluddu
Dağ yolu…
Qıvrılır ilan kimi.
Bulut kimi fırlanır bax sən necə!
Açılan bir ip kimidir.
Dağ yolu…
Bu yolda atlı ilə piyada,
Gəzər mini, milyonu,
Lap həddən artıq.
Apardı sel daşın dibini,
Yağış tər-təmiz yudu.
Burda palçıq az olar.
Dağ yolu..
Sağ-solu güldür,
Çiçək məkanıdır,
Yığmamış keçmə.
Kim su istəsə,
Sərin bulaqdan içək.
İçməyən o kimdir?
Olsa da dağ yolunda,
Həm əzab həm əziyyət,
Qoy olsun zəhmətimiz.
Həyat dolu,
Dağ yolunun
Olsa da yoxuş çətinliyi.
Öyrədirdi həmişə,
Həm bizə,
Həm də addımlara,
Mətinlik və inamlıq.

AZIRBECAN

Azırbecan! Doğma el,

Gənə zı vişkilimə.

Uxur ung lək̇ui ĥədmi,

Qəm-qüssəş uzağ t̂üidmə.

Hanım sa inĉimə, vı,

K̇anık̇, gusım qızıl qoa,

Azır üs lat̂t̂axiqoa.

Zipkindədi ve vuqar,

Ux də ksan mux̂uhar.

Vı hanım ĉozmık̇ımə,

Ĉozmık̇ı lap hə-hinənim,

T̂uvtar vişəlli ətir.

İxerjmə ve xətir.

Vı hanım gülzarmə ki,

Bəzəgmə sa ĥəyatu,

K̇unuq̇an üs pan üsi.

K̇oar lat̂t̂axi Sumğayıt.

Taşkəsan tunc k̇ılamzır,

Mingəçeviri pilmə vi.

Gül-çiçəg t̂üi Qubaĉĉin,

Ve neḣmət żi xunça t̂üi.

Muğan ve x̂ırıż bişmə,

Bok̂k̂u ung yiyu, lişma!

Lişə! ċağırdu ve te,

Vı hanım sa ınq̇mə ki,

Faram, şəm gurtoa ve.

AZƏRBAYCAN

Azərbaycan! Doğma el,

Yenə mən səninləyəm.

Sənə ürəyin verən,

Uzaqdır qəm-qüssədən.

Elə bir torpaqsan, sən,

Altı üstü qızıldır,

Min il keçsə də üstdən.

Vüqarın heç əyilməz,

Yaxşı bil sən bunları.

Elə bil yaz başıdır.

Elə bil yaz başında,

Alardı səndən ətir.

Çoxdur sənin hörmətin.

Sən elə gül-çiçəksən ki.

Bəzəkdir bu həyata,

Yüz ilindən qırx ili.

Sumqayıt həyatını,

Daş tunc kəsən qolların,

Mingəçəvir gözündür.

Gül-çiçəkli Qubanın,

Nemət dolu xonçan var.

Muğan ağ kəlağayın,

Bakı sənin ürəyin, deyilmi!

De! tapılarmı sənin tayın.

Sən elə bir günəşsən ki,

İstin, işığın gurdur sənin.

DƏRYAH

As yuk̂oari ildirir,

As yuk̂oarmə k̇atk̂uval.

Dəryahi sahildirir,

As yet qumur əĉĉuvri.

Yuk̂toa x̂ınır üzmişk̂ui.

Hana taltşi ĉuvri.

Asır ixer yuk̂oarmə,

Mıdaĉĉın çixi x̂ınıbır.

Asır q̇indəq̇ağım yad,

Ungumi ċitarmə ki,

Hanım zaği as dəryah.

İxer bijik̂oarmə ki,

Sa cinilli kul t̂uvi,

Hini xidu t̂uvtari.

Hini mırdar t̂uvtari,

Hini k̇idu t̂uvtari.

DƏNIZ

İstəmirəm buranı,

İstəyirəm gəzməyi.

Dəniz sahillərini,

Qum üstündə yatmağı.

İstəyirəm çimməyi.

Sonra çıxıb oturmaq.

Mən də çox istəyirəm,

Dağ kimi böyük suyu.

Olmasa yad da mənə,

Ürəyim də deyər ki,

Elə gördüm dənizi.

Çox da istəyirəm ki,

Bu dünyadan əl çəkib,

O gedəni götürməz.

O murdarı götürməz.

O öləni götürməz.

DUŞMANU ĈİM DAXAR

Ĥəli ŝısı t̂agaq̇i

K̇eşəmə Təpəgözi.

Sa dərdişilli Ĥəli

Koksu ixer koz-kozq̇i.

Duşman Təpəgöz Ĥəli

Talt̂ırk̂uval k̇ujalkui.

Ĥəli həki hinəşim

Ṗi t̂uvırval xiyalkui.

Sa q̇ə silah t̂uviyə

Laxi Təpəgözi żoa.

Təpəgözi duymuşkui.

Həki hini liş yakui?

İkimji mərtəbəlli

Təpəgöz hinəni fatkui.

Seil at̂t̂i siru zı

Fikirkirsu axarmə.

Duşman pıtilli vaa,

Ungumıllı daxarmə.

DÜŞMƏN NECƏ GÖRƏR

Nə vaxtsa Əlinin qardaşını

Öldürmüşdü Təpəgöz.

Həmin dərddən Əlinin

Ürəyi közə döndü.

Düşməni Təpəgöz Əli

Çıxmağın gözləyirdi.

Əli indi də ondan

Qan almağı istədi.

Bir gün əlində silah

Getdi Təpəgöz gilə.

Duyuq düşdü Təpəgöz.

İndi o, neylədi ki?

İkinci mərtəbədən

Atdı özün Təpəgöz.

Burda olan sirri mən

Fikirləşməyə dəyər.

Düşməni gözündən yox,

Ürəyindən görərlər.

ANTEYYƏ ZI

Zı adi sa fəḣləmə,

İ kul qabar t̂üi fəḣlə…

E lağın sorŝınq̇aği,

İ ung qubar t̂üi fəḣlə…

Kirağiş cuğab liq̇ağı,

E zəhmət bar t̂üi fəḣlə!

Xaruqədyə qələbəd,

Ĥəməl kak̂oarmə illi.

Inq̂abıru barakat,

Lətarmə i kutilli.

Anteyi hine quvva,

İnĉiş t̂uvi ċitarmə.

Həki yə lap inĉamu

Hinu quvva lətarmə.

ANTEYLƏ MƏN

Mən bir adi fəhləyəm,

Əlim qabarlı fəhlə…

Titulumu soruşsan,

Ürək qubarlı fəhlə…

Sözü desəm bu günə,

Zəhmətim barlı fəhlə!

Xaruqəylə qələbələr,

Əməl gəlir buradan.

Əkinlərə bərəkət,

Öz əlimlə verirəm.

Anteyə həmin gücü,

Deyir alıb torpaqdan.

İndi mən lap torpağa

Ona gücü verərlər.

Rəhim Alxas, “Xınalıq” adlı kitabında aşağdakı əfsanələri və nağılları yazmışdı:

  1. Kətiş Haqqır Əfsanə

Kona vaxtırdırıllı ċiritomə ki, Kətiş sin çinəga Yanıq̇ubli dalır hinənu cigə kujşəmə. Sam-sam pan üs hinel atq̇ijşəmə. Ma sam pan üs lat̂t̂axisəx totux ẑoa-toa gujlu yoğurtomə. Kətiş tamam kant̂ırak̂uitomə. Ĥədminziş k̂lidur k̂litoməi, salamat vaẑẑındur Damdam ınk̂e sa tərəfir talt̂ıfiyə çinə misi təpi gus ho-hozu soa liq̇ui, żıtabır geçşirtomə. Həhnə vaxtırdırıllı kət̂t̂idi ho-hozu xına żili ĉaxşirtomə. Hanımzağılım çoldəğozi sa cigəş “Xınalıq” ċiri ĉəxşirtomə. Bəḣzi ĥədminzim ċiritomə ki, Kətşi żu Yanıq̇ublu tüş at̂t̂i təpər cigə lüq̇zaği vaẑẑınvalmə. Hə cuğab Kətşi miżilli “kə tüş” ċirivalmə. Seilli Kətiş cuğabi düzgünvali etimolım at̂t̂ıjmə.

Azərbaycan dilinə tərcümə:
Xınalıq haqqında əfsanə

Köhnə vaxtlardan deyirlər ki, xınalıq bir vaxtlar Qiblənin arxasında özünə yer etmişdir. Neçə-neçə yüz il orada olmuşlar. Daha neçə yüz illər keçəndən sonra göy-yer güclü şəkildi siılkələnir(zəlzələ olur). Xınalıq tamamilə dağılır. Adamlardan ölənlər ölür, sağ qalanlar Qudyalçayın digər tərəfinə keçib bir balaca təpənin üstündə özlərinə kənd qurub, evlər tikirlər. O vaxtdan Xınalıqlılar xına əkməyə başlayırlar. Ona görə də, əcnəbilər bu yerə “Xınalıq” deməyə başlayırları. Bəzi adamlar deyirlər ki, Kətiş adı Qibləyə tuş olan təpədə yurd salındığına görə qalıb. O söz Xınalıq dilində “kə tüş” (“bizim tüş”) deməkdir. Buradan Kətiş sözünün etimologiyası düzgün olması ehtimalı da var.

 Halamxeryə Alim

Sa q̇ə halamxeryə alim lutki gebiyə k̇ust̂ur dəryahır k̇atk̂oşə. Hoz dəryahi x̂ınıbırıx lək̇pişi-təlk̇pişi. Sinim alimi halamxeriş şorŝını: “Ŝısı, uxur fəlsəfə yazaq̇i mux̂iju?” Halamxeri sətkə fikir kuyə ċiritomə ki: “Va’a.” Alim ċiritomə ki: “Hinəga ve ĥümüri unq̇ul peyi sa pe at̂t̂ijimə.” Sa qədərix totıx alimi halamxeriş ċiritomə ki: “İqtisad yaza q̇i oxur mux̂iju?” Halamxeri gənə – va’a, – ċiritomə. Alimi halamxeriş lat̂t̂ıbıjyə ċiritomə ki: “Hinəga ve ĥümüri yarı vı kutaşıllı xetmə.” Sinilli dəryahır gujdu kulak ĉəxşirtomə. Quduz dalğadi lutka k̂ispixirsu lap dənə yeẑẑindətomə. Həki halamxeri alimiş şorŝundətomə: “Uxur x̂ınır üzmişkuival mux̂iju?” Alimi va’a, – liyə cavab lək̇irtomə. Sa nubu halamxeri alimiş ċiritomə ki, hinəga ve ĥümür buto tamammə.

Azərbaycan dilinə tərcümə:
Çoban ilə alim

Bir gün çoban ilə alim qayığa minib ikisi də dənizdə gəzirmiş. Onlar dənizdə suyuna baxırlarmış. Birdən alim çobandan soruşur: “Qardaş, sən fəlsəfə nədir bilirsən?”Çoban bir az fikir edib deyir:  “Yox.” Alim deyir: “Onda sənin ömrünün dörd payından bir payı yoxdur.” Bir qədər sonra alim çobana dedi: “İqtisad nədirsə, sən bilirsən?” Çoban yenə də – yox, – deyə, cavab verir. Alim çobana qayıdıb deyir: “O zaman sən ömrünün yarısını itirmisən.” Birdən dənizdə güclü külək başlayır. Quduz dalğalar qayığı fırlatmağa lap az qalır. İndi çoban alimdən soruşur: “Sən suda üzməyi bacarırsan?”Alim yox, – deyə cavab verir. Bu dəfə çoban alimə deyir: “O zaman sən həyatı itirdin.

 Ċaf
Hinə yamaj cigi żu hanımzaği Ċaf q̇ijmə ki, hinel ĉoz-mık̇ıyə ŝuvajır ĉebi ċuvali hinə cigə inkəşilli heç sa xeri t̂uvtarimə. Dəryahıllı t̂açği unk̇ Ċafi mık̇ır zaşkitarmə. Ŝoŝıllı qaltıka, kulgalığıxıllı zat̂t̂ıka ixer vaxt yaman unk̇ zaşx̂irtomə, q̇ula gefirtomə, k̂ıza ċıkırtmə, bəḣzi vaxt nuk̇um yaman gəştarmə. Hanımzaği hinə cigi żu Ċaf vaẑẑındəmə. Ċafi ink q̇ini ċuval həmişə halam k̇inajır yoşannığır düşmüşk̂orşın hinə ċuvaldıri bitindəsu q̇urṫı altırkıtarmə. Hanam hə ċuvaldır k̇ılarmə. Hinə ċuvali lık̂arım sa żu mi t̂ok̂arimə. Ancağ hineli ċuvalıx lək̇pişsini ixerim kok daxarmə. T̂aga latkiq̇ağı hinəgam k̇ılarmə. Hinə ċuvaldırış sa tək ċuvalım vaẑẑıntarimə. Kona ĥədmiyinzi Ċafi haqqır hasım sa məsələm vaẑẑındəmə: – Şire imkan atq̇iq̇əşin, yir kulgalığıllı Dəvəçi lanṫın sa k̇ind lıq̇ırdəşəmə. Hinəga hə ċuval k̇indilli lat̂t̂ıfak̂udəşəmə hanam hinim paça nəmir xəlkıri vaxırdəvişəmə.

Azərbaycan dilinə tərcümə:
Cof

Bu yamac yerin adı ona görə Cof olub ki, orada yazda və payızda oturmuş qoyun o yerin otundan heç bir xeyir götürmür. Dənizdən qalxan duman Cofun yuxarı hissəsinə basılır. Susaydan bu yana kölgəlikdən aşağı çox vaxtı yaman duman basılır, yağış yağır, qar düşür. Bəzi vaxtlar dolu da yaman yağır. Ona görə də bu yerin adı Cof qalıb. Cof otunu yemiş qoyun həmişə qoyunlar qışda yovşanlığa düşəndə hamısının boğazları şişir. Sonra da o qoyunlar ölür. O qoyunların ətində az da olsa piy olmur. Ancaq oranın qoyununa baxanda çox kök görsənir. Nə vaxt yıxılsa, onda da ölür. O qoyunlardan bir tək qoyun da qalmır. Köhnə adamların Cof haqqında belə bir məsəli də qalıb: – Bizim imkanımız olsaydı, biz kölgəlikdən dəvəçiyə qədər bir körpü salardıq. Onda o qoyun körpüdən keçərdi və  ayağını nəmə toxunmağa qoymazdıq.

Halamxeri Əfsanə

Lafi lak̂oarşə, talfi talk̂oarşə. Kona zamandırır sa halamxer at̂t̂eşə. Halamxeri halami sürü X̂ırıż dahari gus yaqqındeşə. Q̇ət̂t̂iga pşə q̇andə vaxtır hini halam çinel kaşx̂uyə, suk̇rar al tilq̇uyə pşə q̇andə ĉaxşeşə. Hə saga hini kol sa qarı kak̂uitomə. Qari halamxeriş ċiritomə ki: “Aman bala, asırım sa q̇içərir sa dənə al tilq̇uyə tək̇ə.” Halamxeri qaru al tilq̇itorşını alır ċuvali sa-k̇u k̇or mıṫır kiritomə. Halmxer qaru al ċilayə all lək̇itorşunu sa mıṫırdırış xəbər k̂uitovimə. İçir at̂t̂i mıt̂ırdır zağısın qaru halamxeru qarğışkirtomə: – Ay, vı k̇aċın hiyə yeẑẑinink̂oa. Qari də kəlmə li ĥələtir halamxer ink̂i gus t̂oxun cigə həhinənel halamışkil k̇aċınhiyə yeẑẑindətomə.

Azərbaycan dilinə tərcümə:

  1. Çobanın əfsanəsi

 

Biri var imiş biri yox imiş. Qədim zamanlarda bir çoban var imiş. Həmin bu çoban qoyun Qızılqayanın üstündə bir sürü saxlayarmış. Bir gün  günorta vaxtı o, sürünü bir yerə yığıb, kasaya süd sağıb çörək yeməyə hazırlaşırmış. Elə bu vaxtı onun yanına bir qarı gəlir. Qarı çobana deyir: “Aman bala, mənə də bu qabda bir az süd sağıb ver.” Çoban qarıya süd sağanda südə qoyunun bir-iki dənə qığı düşürmüş. Çoban südü sağıb aparıb Qarıya verəndə qığlardan xəbəri olmur. Qabın içindəki qığları görəndə Qarı çobanı qarğıyıb deyir: – Ay, sən daş olub qalasan. Qarı bu kəlməni deyən kimi çoban ayaq üstə dayandığı yerdə öz qoyunları ilə daş olub qalır.

  1. Molla Nəsrəddini Haqqır

Sa q̇əm Molla Nəsrəddin şəhərilli talt̂ıbıjreşə ċiri. Hu çinə çixi baği kolıllı lat̂t̂ak̂orşın lək̇şi zaği ki, hinə bağır sa çixi qorpız tomə. Sa vaxtırım mollu qorpız bijik̂uitomə. Hu baği ĥasarıllı lat̂t̂ugtomə ki, q̇andəsu sa qorpız təxq̇uyə dax yarı q̇andəsu. Hana fikirkirtomə ki, ĥədminzi yax ċitoa ki, illi sa xan lat̂t̂axetmə. Satkə laxsını molli gənə qorpız k̇ullıkizaği k̇ix talt̂ıbıjiyə qorpızi vaẑẑıni t̂ü yarım q̇andətomə. Hana ċiritomə ki: “Ĥədminzi yax ċitoa ki, xani kolu sa nukarım t̂aq̇ətmə. Qarpızı yarım hinə nukari q̇inetmə.” Ma sa dənəm laxsəx totux mollu gənə qorpız bijik̂uitomə. Taltıbıjiyə yeẑẑini qobığırdırım q̇andətomə. Axırır molli ċiritomə ki: “Həki ĥədmiyinzi yax ċitoa ki, nukari kol sa hilamım atbiq̇etmə. Qabığırdırım hilami q̇inetmə.”

Azərbaycan dilinə tərcümə:

  1. Molla Nəsrəddin haqqında

 

Deyilənə görə bir gün Molla Nəsrəddin şəhərdən qayıdırmı. O, bir böyük bağın yanından keçəndə baxıb görür ki, o bağda bir böyük qarpız var. Bu vaxtda da molla qarpız istəyirmiş. O, bağın hasarından keçib, bir yeməli qarpızı kəsib tez yarısını yeyir. Sonra fikirləşib deyir ki, adamlar qoy desinlər ki, buradan bir xan keçib. Bir az gedəndən sonra mollanın yadına yenə qarpız düşdüyünə görə geriyə qayıdıb qarpızın qalan yarısını da yeyir. Daha sonra deyir: “Adamlar qoy desinlər ki, xanın yanında bir nökər də var imiş, qarpızın yarısını nökər yeyib.” Bir az da getdikdən sonra molla yenə də qarpız istəyir. Qayıdıb qalan qabıqlarını da yeyir. Axırda molla deyir: “İndi adamlar qoy desin ki, nökərin yanında bir eşşək də olub, qabıqları da eşşək yeyib gedib.”

  1. K̇u K̇ili

Lafi lagoarşə, talfiyə talk̂oarşə. Çinə sor k̇u k̇ili aşə. K̇ustadum sar-çinəğoaq̇illi ixer bədnəzərçi aşə. Hozi çinəğui tuiğoaş ċirito ki: “Kar, kin sar-çinəğoe bədnəzərval sınamışkitoa.” Tui k̇ilim sa dalıgu razı k̂uitomə. Hoz çinə çixi x̂ırıż k̇aċini kol ləxilfiyə t̂opxınyə ċiritomə ki: “Də ya ĥəyardə k̇aċın?” Də cuğab liĥələtilli k̇aċın tən urtallı itkırtomə. T̂ü k̇ili ğoa k̇iliş ċiritomə ki: “Vi ya yaman pil at̂t̂idə?” Də cuğabım li ĥələtir t̂ü k̇ilim pulor altırkiyə antır ċıkırtomə.

Azərbaycan dilinə tərcümə:

  1. İki dost

 

Biri var imiş, biri yox imiş. İki dost var imiş. İkisi də bir-birindən çox bədnəzərçi imiş. Onlardan biri o birisinə deyir: “Gəl, bir-birimizin bədnəzərçiliyimizi sınayaq. O biri dost da bu işlə razılaşır. Onlar bir böyük ağ daşın yanına yaxınlaşıb dayanırlar. Onlardan biri deyir: “Bu nə gözəl daşdır?” Bu sözü deyən kimi daş tən ortadan bölünür. O biri dost buna deyir: “Sənin nə yaman gözün var?” Bu sözü deyən kimi o biri dostun gözləri çıxıb yerə düşür.

  1. Isṫar Meram

Ustadedədur Kətiş sa ksan nəsilşəmə. T̂aga q̇i kasıb-kusuburzu kul ċix̂ri, ĥürmət kitarşəmə. T̂agaq̇i ustadeğot̂ırğozi sa x̂ırıż pşi atbiq̇dəşəmə. Hozi də pşi gündə ċilafiyə K̂ızaz dəhnər lajbıq̇tarşəmə. Hər q̇ə mik̇ilga pşi t̂uzax kak̂orşın yaman arağ k̂oarşəmə. Hozi lıgılırzi pşi gebiyə nəşk̇irdur kılaq̇i mux̂ukirsəx, sa q̇ə pşi dalır qir zix̂uyə lajbıq̇ırtomə. Mik̇ilga pşi t̂uzax kak̂orşın pşi gus sa ısṫar meram ĉeşsq̂iniyə kazığeşə. Hozi ıstar meram tencusq̂uyə żoa ċilażk̂uitomə. Istar meram çəspinsızı liyə hini əgnir sanjağırdır zaşk̇ırtomə. Sa q̇əm ustadeğozi qajğanır miŝ erpilkireşə. Hotır żoam sa misi rişi at̂t̂eşə. Żoe kayvanı t̂uzar latırzığirşini ıstar merami misi rişiş hasım ċiritomə: “Va də sanjağırdır i əgnilli taşfa, yə də k̇andır oxur lək̇irmə.” Rişi ıstar merami əgnir at̂t̂i sanjağırdır buto taşfirtomə. Istar meram taŝiyə, miŝ x̂ıli qajğanır rişi fatskuyə həm çəspi k̂uitomə.

Azərbaycan dilinə tərcümə:

  1. Istar Meram

 

Ustadedədurlar Xınalıqda yaxşı bir nəsil olublar. Nə vaxt olsa kasıb-kusublara əl tutar, hörmət edərdilər. Nə vaxtsa Ustadedədurların bir ağ atı olmuşdur. Onlar bu atı gündə aparıb K̂ızaz dərədə buraxardılar. Hər gün axşam at küçəyə gələndə yaman tərləyərmiş. Onların kişiləri atı minib sürənlərin kim olduğunu bilmək üçün, bir gün atın dalına qır sürtüb buraxırlar. Axşam at küçəyə gələndə atın üstündə bir ıstar meram yapışıb gəlir. Onlar ıstar meramı düşürüb evə aparırlar. Istar meram qaçmasın deyə onun paltarına sancaqlar batırırlar. Bir gün Ustadedədurlar qazanda yağ əridirlərmiş. Onların evində də bir balaca qız var imiş. Evin xidmətçisi çölə çıxanda ıstar meram balaca qıza belə deyir: “Sən bu sancaqları paltarımdan çıxart. Mən bu boyunbağımı sənə verərəm.” Qız ıstar meramın paltarında olan sancaqların hamısını çıxardır. Istar meram durub, yağ qaynayan qazana qızı atıb özü də qaçıb gedir.

  1. Yir K̇az K̇lisu Ĉim Pxi

Sa q̇ə zı żoa ĉuveşəmə. Q̇ət̂t̂igax totux Vaqifi kahiyə iş lişəmə ki, Kar, x̂ınır lak̂su k̂oa. Yir x̂ınır laşılfiyə, sek̂ə üzmüşfiyə taltışbığişəmə. Yir taltışbığsını çinə çixi ınk̇ıi gus şiru sa k̇az zabığşəmə. Yə hə k̇ani zağabujuvşəmə. Hana şiru hə k̇aċıni k̇ıli bijibiq̇şəmə. Yir hinu samjı k̇aċın bujuvşəq̇i heç sajim hinu ċelğet̂t̂işəmə. Hə çəpiyə k̇ıċıni k̇anık̇ zək̇ilbiğişəmə.

Azərbaycan dilinə tərcümə:

  1. Biz ilan öldürməyə necə getdik

 

Bir gün evdə oturmuşdum. Günortadan sonra Vaqif gəlib mənə dedi ki, gəl, üzməyə gedək. Biz suya giribbir az üzüb çıxdıq. Biz çıxanda bir böyük yastı daşın üstündə bir ilan gördük. Mənə onu taxta ilə qırağa tulladım. Sonra biz onu daşla öldürmək istədik. Biz ona nə qədər daş atsaq da heç biri də ona dəymədi. O qaçıb daşın altına girdi.

  1. Kətiş Buĝrudırır X̂ınıbır(mıŝırdır)

Kətiş at̂t̂i x̂ınıbır ixer cürə-cürəjmə. Kətiş ən ixer miċə x̂u at̂t̂ijmə. Miċə x̂u k̇inajır mik̇ k̂oarimə. Kətiş ixer yayılmışq̇i x̂ınıbırışıllı sajım gubuldi x̂umə. Sa x̂ınıbırır lap q̇andə k̇ıże ula atk̂oarmə. Kət̂t̂idinzi sa x̂ınış müaliju k̇ajğıtarmə. Də x̂u əsəbi azardıru ksan dərmanmə. Bəḣzi daxili azardıru sa x̂ıni ixer xeri at̂t̂ijmə. Azarrı ĥədmi sa x̂ınış qermişkuyə vanna q̇abul kitarmə. Azari vanna q̇abul kitorın gubuldi x̂ınış çe ĉəfirval düz yimə. Ən ksan gubuldi x̂u Ṫoṗuzi dəhnər at̂t̂ijmə. Kətiş ŝulisu ən ksan x̂u ċə yuvur cigə at̂t̂i x̂umə. Ċə yuvur cigə at̂t̂i x̂u ĥədmu ŝuliseĉĉin ŝuli yik̂oarmə. Kətiş x̂ınıbır mixirim ixer qizarmə.

Azərbaycan dilinə tərcümə:

  1. Xınalığın ətraflarındakı sular(çeşmələr)

 

Xınalıqda olan sular çox ayrı-ayrıdır. Xınalıqda ən çox qara su vardır. Qara su qışda donmur. Xınalıqda çox yayılan sulardan biri də kükürdlü sudur. Bu suda lap yeyilən yumurtanın iyi olur. Xınalıqlılar bu sudan müalicəyə istifadə edirlər. Bu su sinir xəstəliklərinə yaxşı dərmandır. Bəzi daxili xəstəliklərə bu suyun çox xeyri var. Xəstə adam bu sudan hazırlayıb vanna qəbul edir. Xəstə vanna qəbul edəndə kükürdlü sudan çay qoyması düzgün deyil. Ən yaxşı kükürdlü su Ṫoṗuz dərədədir. Xınalıqda içməyə ən yaxşı su Atəşgahda olan sudur. Atəşgahda olan suyu adam içdikcə içmək istəyir. Xınalıqda sular yayda da çox soyuq olur.

  1. Kətşi Pşor

Pşoa yaşıx totıx pşi gebink̂oarimə. Pşi gebirsəq̇illi qabağır gərəg hə vərdiş kiretk̂oa. Çinə vixə ink̇imi mık̇ır kurma kuyə hə xam pşi gılır zit̂q̇tarmə. Hana vixə ink̇ talviyə pşi gardanır şik̇tarmə. Hə buğmuşkitorşın latkitarmə. Hinəx totıx hinə pşi alığ gəftarmə. Hanadəm çinə pşi sa bar inĉi gəştarmə. Hə pşi sa q̇ə bari k̇anık̇ vaxtarmə. Çinə q̇əx totıx hinə pşi sa ĥədmi gebitarmə, çinəğuim pşi najvtarmə. Ma çinə q̇əx totıx hinə pşi ĥədmi guviyə k̇atk̂oarmə. Pşor k̇u cürə: təmbəl və ĥaraka k̇atk̂udə goarmə. Təmbəl pşu sami ċuċon itirkuq̇ağım gənədəm hə yavaş k̇atk̂oarmə. Ĥaraka k̇atk̂ui pşu itirkirval lazım yimə. Hini gebirşini hə-hə ĥaraka k̇atk̂oarmə. Pşi k̇atk̂uvalım k̇u cürə k̂oarmə. Hinediri sadə yurğa, sadəm çapalağdəmə. Yurğa pşi gebirşini ĥədmi çurżtarimə. Çapalağ pşi gebirşini hine k̇atk̂uvaliş ĥədmi ixer çurżtarmə. Hanımzaği şiru həmişə yurğa pşi gebiri yuk̂armə.

Azərbaycan dilinə tərcümə:

  1. Xınalıq atları

 

Üç yaşdan sonra ata minmək olmur. Atı minməzdən qabaq gərək onu vərdiş edəsən. Bir uzun kəndirin başında ilgək düzəldib onu xam atın boynuna salırlar. Sonra uzun kəndiri dartıb atın boynuna bağlayırlar. O boğulanda yıxılır. Onda sonra o ata yəhər yükləyirlər. O atı bir gün yük altında saxlayırlar. Bir gündən sonra o ata bir adam minir, biri də onu dartır. Daha bir gündən sonra o ata adam minib gəzir. Atlar iki cür: tənbəl və cəld gəzən olur. Təmbəl ata nə qədər qırmanc vursan da yenə də o yavaş gəzir. Cəld gəzən ata vurmaq lazım deyil. Onu minəndə özü cəld gəzəcək. Atın gəzməyi də iki cür olur. Onlardan biri yorğa, biri də çapalaqdır. Yorğa ata minəndə adam yorulmur. Çapalaq ata minəndə onun gəzməyindən adam çox yorulur. Ona görə də biz həmişə yorğa ata minmək istəyirik.

  1. Ki Ĉim Vuk̇tar

Ċinə sürür sa kok ki aşə. Də ki vuk̇ur bijgoeşə. Səq̇əm hə ki pşi gəfiyə çıkak̂uitomə. Ki laṫq̇uyə ink̂amzır k̇əvvi-k̇əvvi şuk̇irtomə. Hana vaz t̂uviyə ink̇əkirtomə. Ki Yanıq̇ublax lək̇pişkundəq̇aği hini lık̂a təmiz hüssab kitarimə. Hə ki gərəg eniş cigə vuk̇retk̂oa ki, hini ṗi təmiz anṫın vaxk̂oa. Hana hini k̇ir qilvtarmə. K̇ir qilvsox totıx şax̂ alt̂ırvtarmə. Hini içir at̂t̂i mırdarjit təmizkitarmə. Hana hə lık̂a tikə-tikə ċatkitarmə. Ujaği gus açşiyə lık̂a ksan qormışkuyə x̂ılarmə.

Azərbaycan dilinə tərcümə:

  1. Toğlunu necə kəsirlər

 

Bir sürüdə bir kök toğlu var imiş. Bu toğlunu kəsmək istəyirlərmiş. Bir gün o toğlunu ata mindirib gətirirlər. Toğlunu yıxıb ayaqlarını bərk-bərk bağlayırları. Sonra bıçaqı götürüb itiləyirlər. Toğlu Qibləyə tərəf baxt̂ırılmasa onun əti təmiz hesab olunmur. O toğlu gərək eniş yerdə kəsilsin ki, onun qanı təmiz olana kimi axsın. Sonra onun dərisini soyurlar. Dərisi soyulduqdan sonra qarnını çıxardırlar. İçindəki murdar şeyləri təmizləyirlər. Sonra o əti tikə-tikə doğrayırlar. Ocağın üstünə qoyaraq əti yaxşı qovurub bişirirlər.

 

  1. Ċuvali Məḣdəşilli Ya Kitar

Ċuval vuk̇sox totıx hine qursağ cürə t̂uvtarmə. Qursağır sa dənə al zaljiyə hinəş ingu maya ċipx̂tarmə. Maya fara alır sa dənə siżiyə, şilx̂uyə eng qermişkitarmə. Ċuvali qursağiq̇illi luŝozi qursağiş ksan maya k̂oarmə.

Azərbaycan dilinə tərcümə:

  1. Qoyunun Mədəsindən Nə Edirlər

 

Qoyunu kəsdikdən sonra onun qursağını ayrı götürürlər. Qursağa bir az süd töküb ondan pendir üçün maya tuturlar. Mayanı isti südə bir az qarışdırıb, qarışdırılaraq ondan pendir hazırlayırlar. Qoyunun qursağındansa inəyin qursağından yaxşı maya olur.

  1. K̇unuq̇an Ĥəbdali miĉe əfsanə

Ċiritoa ki, guya “K̇unuq̇an ĥəbdali” miĉe tilsim at̂t̂idəmə. Kişi hine x̂u kahallı qalt̂ırvıq̇ağı hu k̇iyə zik̇u gaxk̂udmə. Basqınçiyinizşilli çəpi sa mıdadır sığınmışbiq̇i kət̂t̂idin qabağ üsürdürür x̂ınışilli ixer korrığval kujşəmə. X̂ıni dalıx dəhnə zencifi qayalli enmişk̂uvaliş ınq̂k̂uval aşə. Sa üs gənə k̇əvvi qurağ q̇eşə. X̂u at̂t̂ondəvaliş mal-qara k̇li ĉəxşeşə. Ĥədmiyinzi ağzır-miż q̇izeşə. Kətşi k̇unuq̇an cavan şi kaği mıŝami x̂u sor çikak̂su qərarır kak̂uitomə. K̇unuq̇an q̇ət, k̇unuq̇an san hozi dalıkirtomə. X̂u sor ċalk̂uitomə. Bitin şat k̂uitomə. Çixi sa şənlig qurulmışk̂uitomə. Ĥədminzi sa əfsane ınq̂k̂uval at̂t̂i xəbərdərval k̇urq̂inkiri ĉaxşirtomə. Ancağ heç kişi haq̇lır kak̂uitoyimə ki, mıŝami hə yuvallı qaltırvğoeşilli qısas t̂uvurvalmə. Cəməḣəti miĉe x̂ınışilli əvvəl ŝulivali şərəf k̇unuq̇an cavanu lək̇irtomə. Hozi nikibir antır ĉəfiyə miĉe x̂ınış ŝuli yuk̂itomə. Ancağ birinci q̇urṫum ŝuvi ĥaltır pikiyə zik̇u gaxguitomə. T̂oqqud yaq̇irvali mıdad nimżilkuyə, gaxiyə unk̇ kuiyə, gujdu q̇ula geşirtomə. Hana dərin sa sükut k̂uitomə. Mıdad sıb inkəşilli, düzürdür əlvan çiçəgirdirişilli bəzənmişk̂uitomə. Taza miĉe x̂u duruhi-duruhi mik̇iĉĉin k̂uitomə. Hana Kətşi cəməḣəti hinə x̂ınış ŝuli ĉaxşirtomə. Hinəgallı hinə miçi żu “K̇unuq̇an ĥabdal” vaẑẑındətomə.

Azərbaycan dilinə tərcümə:

  1. Qırx Abdal bulağının əfsanəsi

 

Deyirlər ki, guya “Qırx Abdal” bulağının tilsimi var. Kim onun suyunu kahadan çıxartsa o ölüb külə dönəcək. Basqınçılardan qaçıb bu dağlara sığınmış Xınalıqlılar əvvəlki illərdə sudan çox korluq çəkiblər. Suyun dalınca dərəyə düşüb qayadan enmək qorxusu var idi. Bir il yenə möhkəm quraq olur. Suyun olmamağından mal-qara ölməyə başlayır. Adamların ağzı-dili quruyurmuş. Xınalığın qırx cavan oğlu gəlib bulağın suyunu kəndə gətirməyi qərara alırlar. Qırx gün, qırx gecə onlar işləyirlər. Suyu kəndə gətirirlər. Hamı şad olur. Böyük bir şənlik qurulur. Adamlar bu əfsanənin qorxulu xəbərdarlıqlarını unutmağa başlayır. Ancaq heç kimin ağlına gəlmədi ki, bulaq onu yuvadan çıxartdıqlarına görə qisas alacaq. Camaat bulaq suyundan əvvəl içməyin şərəfini qırx cavana verir. Onlar dizlərini yerə qoyaraq bulaq suyundan içmək istəyirlər. Ancaq birinci qurtumu içdikdən sonra yanıb külə dönürlər. İldırım çaxmaqları dağları yellədir, dönüb bulud olur, güclü yağış yağır. Sonra dərin bir sükut yaranır. Dağlar yaşıl otdan, düzlər əlvan çiçəklərlə bəzənir. Təzə bulağın suyu durulub-durulub buz kimi soyuyur. Sonra xınalıqlılar o sudan içməyə başlayır. O vaxtdan o bulağın adı “Qırx Abdal” olaraq qalır.

 

  1. Ċə Yuvur Cige Əfsanə

Sa q̇ə Kətiş soe cinə zaği ahıl çinə halamxeri Q̇ərəs yelağır halam yaqqındeşə. Hini san kul-ank kilğisox totıx yavaş-yavaş sürü nəşk̇uyə yatağır çikak̂oşə. Halami yatağım “Ċə yuvur cigə” ċiri hinə yatağır aşə. Şiddət̂t̂i gəşri q̇ulax totıx gujdu nuk̇ gəşri ĉaxşeşə. Halamxer cücəĉĉini şalkıi. Heç bınax ləxilğində halamxer żızi ċix̂irtomə. Hine farakusu heç sa əlaj at̂t̂ondəzaği alaċığırdırıq̇ıllı sa vərs aralı həhinə düzənnigir inĉi yeĝiyə çaxmağ k̇aċıni qu lajq̇ıri-lajq̇ıri inĉami qoyi içir fatkirtomə. Qoyi içir at̂t̂i fara inĉi sinilli atəş əçilmişq̇iseĉĉin gurultu t̂uviyə qoyıllı yolu t̂açk̂uitomə. Halamxeru də yolu gah k̇ıli yuk̂uitomə, gahım va’a. Ancağ hə ċə yibink̂uitomə. Hinə vaxtıllı hinəş “Ċə yuvur cigə” ċitarmə.

Azərbaycan dilinə tərcümə:

  1. Atəşgahın əfsanəsi

 

Bir gün Xınalıq kəndinin dünya görmüş ahıl bir çobanı Qərəs yaylağında qoyun saxlayırdı. O, gecənin əl-ayağı yığıldıqdan sonra yavaş-yavaş sürünü sürüb yatağa gətirirdi. Qoyun yatağı da “Atəşgah” deyilən o yataqda var idi deyirlər. Şiddətli yağan yağışdan sonra dolu yağmağa başlayır. Çoban cücə kimi islanır. Heç düşərgəyə yaxınlaşmadan çobanı titrətmə tutur. O, isinməyə heç bir əlac olmadığına görə alaçıqlardan bir vərs aralı həmin düzənlikdə torpaq qazaraq çaxmaq daşını çaxaraq alışdıra-alışdıra torpaq quyusunun içinə atdı. Quyunun içində olan isti torpaq birdən atəş açılan kimi gurultu alıb quyudan alov çıxdı. Çoban bu alovu həm söndürmək istədi, həm də yox. Ancaq o, odu söndürə bilmədi. O vaxtdan oraya “Atəşgah” deyilir.

 

  1. X̂ırıż Dahari əfsanə

Q̇ebiri sa q̇ə çinə halamxeri hinəne sürü hinəga heç żu at̂t̂ondə çinə qaye dibir yaqqındeşə. Halamxeri ağzıllı qəfil sa “qaya” cuğab alçıki. Hə saga qayi “qaya” liyə sas lək̇ui. Doğrumə, hinə halamxeri hala qayi sas lək̇irval mux̂ijişəmə. Halamxeri sa siriş baş əçmişkinq̇et̂t̂i. Qayı sas lək̇uval hinu möjüzəċċini kaguitomə. Sürü çinə qənətir t̂üi cavan halamxer hine k̇ilişəmə. Cavan alğirşini  ğui də əĥvalat ċık̇i. Cavan halamxeri ċiritomə ki: “Ay ŝısı, bəlkə hini żu qayazaği hini sas lək̇uval k̂oa. Kar sa cürə żu ċitoa, qayi sas lək̇toq̇i lepiştoa.” Sa vaxt cavan halamxeri miżilli sa “qızıl” kəlmə alçıki. Qayim dax “qızıl” li. Həki k̇ulasta halamxeri çinardə “qızıl” ċiritomə. Qayi gənə ĥədmiĉĉini miż əçmişkuyə sas lək̇uiyə: – “Qızıl”. Halamxerirzi sor alfiyə də əĥvalat cəməḣətu çık̇ırtomə. Cəməḣətim hinə qayi żu “Qızıl qaya” gefirtomə.

Azərbaycan dilinə tərcümə:

  1. Qızıl Qayanın əfsanəsi

 

Günlərin bir günü çoban öz sürüsünü o vaxtı heç adı olmayan bir qayanın dibində saxlayırmış. Çobanın ağzından qəfil bir “qaya” sözü çıxır. Həmin bu qaya “qaya” deyə səs cavab verir. Doğrudur, o çoban hələ qayanın səs verdiyini anlamırdı. Çoban bu sirdən baş aça bilmədi. Qayanın səs verməsini ona möcüzə kimi gəldi. Sürünün bir qanadında olan digər cavan çoban onun dostu idi. Cavan gələndə o bu əhvalatı ona danışdı. Cavan çoban deyir: “Ay qardaş, bəlkə onun adı qaya olduğu üçün o səs verib.” Gəl bir başqa ad deyək, qaya səs verərsə baxaq. Bu vaxt cavan çobanın dilindən bir “qızıl” sözü çıxır. Qaya da tez “qızıl” dedi. İndi hər iki çoban bir yerdə “qızıl” dedilər. Qaya yenə adam kimi dil açıb cavab verir: – “Qızıl”. Çobanlar kəndə gəlib bu əhvalatı danışdı. Camaat da həmin qayanın adını “Qızıl qaya” qoyur.

 

  1. Döv Ağakərimi Ĥekayətirdir

Döv Ağakərim ixer kona vaxtırdırır yaşamışq̇idmə. Lap sa miq̇eldirir atq̇idmə. 1962-cu üsür 110 yaşır k̇idmə. Döv Ağakərimi yurd səḣlətirim Kətiş soe kulubi kol at̂t̂ijmə. Hine żoam rişi xıdıl yaşamışk̂oarmə. Döv Ağakərim ĥekayətirdir ixerjmə. Hinediri onğdə yə suru təqdim kiretmə.

Azərbaycan dilinə tərcümə:

  1. Div Ağakərimin hekayələri

 

Div Ağakərim çox qədim dörlərdə yaşamayıb. Lap bu yaxınlarda olub. 1962-ci ildə 110 yaşında ölüb. Div Ağakərimin yurdu hal-hazırda Xınalıq kənd klubunun yanındadır. Onun evində də qız nəvəsi yaşayır. Div Ağakərimin hekayələri çoxdur. Onların dördünü mən sizə təqdim edirəm.

  1. Döv Ağakərim Żu

Ağakərim abi sin Akaji ınq̂ar (Akajidur Ağakərim abe zulu abad biq̇idurmə.) żili kireşə. Q̇ət̂t̂iga hini pşə q̇insox totıx lix̂irdir żiliyix k̇ik̇irtomə. Sa dənə żili kusox totux faraşilli lix̂irdiri ajk̇ıyə ink̇-mık̂az q̇uyə çəpirtomə. Ağakərim abi dax xıkıyə hər lix̂iz çinə kuti ċupx̂irtomə. Lix̂irdir hini kutaşıllı t̂ırıkırsu ixer dartılmışk̂uitomə, ancağ çəpinqk̂uitoyimə. Ağakərim abem hinəga cavan vaxtşə ċiri. Biğirdirim  cigə hala taza arağ q̇eşə. Hini lix̂irdir lajq̇ırtoiyimə, hər kuti sadə ċupx̂uyə talvtorın hər kutaş sa vəç qençixilkıyə vaẑẑındətomə. Lix̂irdir viçemzirilli ṗi zat̂t̂ıfakuyə çinə ĥəlilli hini kutaşıllı çəpirtomə. Cəməḣəti hinəq̇illi ċiritomə ki: “Hu döviĉĉin ĥədmimə. Hini żu döv Ağakərimmə.”

Azərbaycan dilinə tərcümə:

  1. Div Ağakərim adı

 

Ağakərim baba bir dəfə Akaji zəmisinə (Akajilər Ağakərim babanın ulu babaları olublar.) əkin edirdi. Günorta o, çörək yedikdən sonra öküzləri əkinə calayır. O, bir az əkin etdikdən sonra istidən öküzlər oynaşıb kəndir-ipi qırıb qaçır. Ağakərim baba tez qaçıb hər öküzü bir əli ilə tutur. Öküzlər onun əlindən çıxmaq üçün çox dartılır, ancaq qaça bilmir. Ağakərim babanın da o vaxtları cavan vaxtları imiş deyirlər. Bığlarının yerləri də hələ təzə tərlənmiş imiş. O, öküzləri buraxmır və hər əli ilə birini tutub dartanda hər əlində bir buynuz çıxıb qalır. Öküzlər buynuzlarından qan axıdaraq bir halla onun əlindən qaçır. Camaat o gündən deyir: “O div kimi adamdı. Onun adı div Ağakərimdir.”

  1. Şaḣbalıt

Kətşilli Qutqaşın rayuni Vəndam sor (kət̂t̂idinzi sa soaş Q̇abal ċitarmə) mıde k̇oar at̂t̂ıdəmə. Şire cigabirilli hineldirir sa q̇e k̂oarmə. Əstiga ərtə pşilli Kətşilli atığğiq̇ağ Salavat aşmışhiyə mik̇ilga vı Q̇abal ak̂udmə. Kətiş cəməḣəti hər üs ŝuvajır hinə k̇urallı Q̇abal afiyə hərğui sa pşi bar, gəşk̂uği k̇u pşi bar şaḣbalıt ċalk̂oarmə. Ağakərim abem sa pşi at̂t̂eşə. Çinə üs hum Q̇abal şaḣbalıt ċalk̂usu ak̂uitomə. Hu Q̇abal ahiyə sa q̇ə k̇iyə żoa yeẑẑindətomə. Luxand q̇ə k̇iyəşilli px̂u pıt (unk̇uq̇an kilo) şaḣbalıt t̂uviyə çinə çixi gıblaxır zəlkuiyə. K̇iyi ċiritomə ki: “Ay Ağakərim, həki va də px̂u pıt şaḣbalıt çini ċiyə zagdu?” Ağakərim abi ċiritomə ki: “Yə hə illi lənk̇uyə düz Kətiş zak̂udmə.” Doğrudanım, Ağakərim abi hə px̂u pıt şaḣbalıt lənk̇uyə Kətiş ċalk̂uitomə. Aliyə Damdam ınk̂e qaraği (kət̂t̂idinzi Qudiyalçayiş “Damdam ınk̂a” ċitarmə) sətkə nəfəs t̂uvurtomə. Hinelli Kətiş hə-hinel Ağakərim abe żoax əxlinṫin k̇u vərsiq̇illi ixer k̇oarmə. Hə k̇oarım buto yoxuşmə. Ağakərim abi hə px̂u pıt şaḣbalıt lənk̇uyə heç hinə yoxuşırım çinə nubuq̇am ĉuvundə düz żoa ċak̂uitomə. Hənə ĥədmiyinzu hu zağiyə lċiritomə ki: “Uqe, döv Ağakərim qalamə.”

Azərbaycan dilinə tərcümə:

  1. Şabalıd

 

Xınalıqdan Qutqaşın rayonunun Vəndam kəndinə (Xınalıqlılar bu kəndə Qəbələ deyirlər) dağ yolu var. Bizim yerlərdən o yerlərə bir günlük var. Səhər tezdən atla Xınalıqdan çıxsan salavatı aşıb axşam sən Qəbələdə olarsan. Xınalıq camaatı hər il payızda o yolla Qəbələyə gedib hərəsi bir at yükü şabalıd gətirir. Ağakərim babanın atı yox idi. Bir il o da Qəbələyə gedir şabalıd gətirməyə. Qəbələyə gedib bir gün qonağının evində qalır. Növbəti gün qonaqdan beş put (80 kq) şabalıd alıb bir böyük xorcuna tökür. Qonaq deyir: “Ay Ağakərim, indi sən bu beş put şabalıdı nə ilə aparacaqsan?” Ağakərim baba deyir: “Mən özümə yükləyib düz Xınalığa gedəcəyəm.” Doğrudan da, Ağakərim baba o beş put şabalıdı yükləyib Xınalığa gətirir. Gəlib Qudyalçayın qırağında bir az nəfəs alır. Oradan Xınalığın özünə Ağakərim babanın evinə yaxınlaşana qədər iki vərsdən çox yoldur. Həm də bu yol da bütünlüklə yoxuşdur. Ağakərim baba o beş put şabalıdı yükləyib, heç o yoxuşda bir dəfə də oturmadan düz evə aparır. O adamlar onu görüb deyir: “Ora baxın, div Ağakərim gəlir.”

  1. Mok

Ağakərim aba sa q̇ə mixir ink ċuvri k̂uitomə. Misi xıdıl Fəxrəddinim hinənəşkili ċik̂uitomə. Hini ċuvi ink misi Fəxrəddini t̂əkreşə. Sinim kajk̇ıri q̇i inki k̇anık̇ıllı yabar qanda sa k̇az təlk̇ik̂uitomə. Fəxrəddinu ınq̂hiyə ṫəni-ṫəni abi kol çəpirtomə. Ċiritomə ki, ay aba, ute ki, qanda sa k̇az! Ağakərim abu qanda k̇az zabığiyə xıdıliş ċiritomə: “Eh, oxurum çinə misi muk̂aş ınq̂at”.

Azərbaycan dilinə tərcümə:

  1. Qurd

 

Ağakərim baba bir gün yayda ot biçməyə gedir. Balaca nəvəsi Fəxrəddini də aparır. Onun biçdiyi otu balaca Fəxrəddin yığırmışı. Birdnə yığılan quru otun altından yabaya qanda bir ilan çıxır. Fəxrəddin qorxudan ağlaya-ağlaya babnın yanına qaçır. Deyir: “Ay baba, ora bax qanda bir ilan! Ağakərim baba qanda ilanı görüb nəvəsinə deyir: “Eh, sən də bir balaca qurddan qorxursan.”

  1. Xələf xoli ċirijit

Kətiş sor sa Xələf xoli t̂idşəmə. Yaş kıçıq̇ənnəḣizq̇illi havarjimə. Sa q̇ə hini asır söbət kireşə: “E lap cavan vaxtşəmə. Taza żoa-cigə q̇eşəmə. Sa q̇ə zı çinə ksan pşi guviyə Bugun dəhnər at̂t̂i yelağ ak̂oeşəmə. Ŝuxami ınk̂ax əxilk̂orın asır zaği ki, i qabağıllı Ağakərim aba piyada hinəne dumali ak̂oetmə. Zı dax pşilli tenciyə lişəmə ki, kar ay Ağakərim aba, vı pşi gi, zı piyadə ak̂udmə. Ağakərim abi li ki, vaa, vı ve k̇urar xə, zı hasım ak̂udmə. Yə li ki, heç q̇eddi, pşi gi ınk̂ılli lat̂t̂ır. Yə zut̂t̂on illahkuişəmə ki, axırı Ağakərim aba pşi guvursu razı q̇işəmə. Yə i ınk pşi  bugrur lək̇uiyə, Ağakərim abi hini paça  i ink̂i gus ĉəfiyə, i çigin ċupx̂uyə hu pişi gus aĉĉık̂orşun sinilli i çigini gus altıkşəmə. İnk̇imzir q̂azı, cannı sa lıgıld Ağakərim aba i çigini gus altıki vaxtıllı k̇unuq̇an px̂u üs lat̂t̂ak̂oetmə. İnamhar! həkim i çigin żıtk̂oarmə.

Azərbaycan dilinə tərcümə:

  1. Xələf dayının dedikləri

 

Xınalıq kəndində bir Xələf dayı var idi. Yaşı doxsandan yuxarı idi. Bir gün o mənə söhbət edirdi:

–Mənim lap cavan vaxtlarım idi. Təzə ev-eşik olmuşdum. Bir gün mən bir yaxşı ata minib Bugun dərədə olan yaylağa gedirdim. Dəyirman çayına yaxınlaşanda gördüm ki, qabağımda Ağakərim baba piyada öz otlağına gedir. Mən tez atdan düşüb dedim ki, gəl ay Ağakərim baba, sən atı min, mən piyada gedərəm. Ağakərim baba dedi ki, yox, sən öz yolunu get, mən belə gedərəm. Dedim ki, heç olmasa, atı min çaydan keç. Mən nə qədər illah etdim, axırda Ağakərim baba atı minməyə razı oldu. Mən ayağımı verdim atın yanına. Ağakərim baba öz ayağını ayağımın üstünə qoydu. Çiynimi tutub o atın üstünə çıxanda, birdən çiynimin üstə yıxıldı. Sümükləri böyük, canlı bir kişi Ağakərim babanın çiynimin üstə yıxıldığı vaxtdan qırx beş il keçir. İnanın, indi də mənim çiynim ağrıyır.

 

  1. Kətşi Aq̇rabad

Kətşi ancağ kət̂t̂idin yaşamışk̂oarmə. Hoz unğ aq̇rabu cürəbiq̇durmə: Malıklı, Gəmk̇ıi, K̇əmk̇ıi, Gadaxe. K̇əmk̇ıi aq̂rabadışıllı Canpaçalin lat̂t̂ıbığdurmə. Nişanin, Məmmədyarır, Qaryağdidur, sam vaẑẑıni aq̇rabad Gəmq̇ıllı lat̂t̂ıbığdurmə. Canpaşali aq̇raba K̇əmk̇ıllımə. Miriğir Gadaxeşilli lat̂t̂ıbığdurmə. Heç kşu cit aq̇rabad t̂elli lat̂t̂ıbığdurq̇i mux̂ijimə. Hozi aq̇rabadi żuvol kişəşilli t̂uvijq̇i mux̂ijimə. Şire cigə əmi rişi əmi gadu siktarmə. Çinə aq̇rabe ĥədmin çinə ṗimişilli lat̂t̂ıbığdurmə. Hozi sar-çinəğu küməgval kitarmə. Hər aq̇rabe hine qəbristannığ cürədəmə. Hər aq̇rabi hine k̇idu hohozi ziyartır cürə lık̇tarmə. Hər aq̇rabe sa ağsaqqal at̂t̂idşəmə. Qonşır at̂t̂i tək sa ĥədmi çinə aq̇rabi q̇obıl kitarşəmə. Hinə tək ĥədmu hər ya küməgval yiq̇q̇aği kitarşəmə. Çinə aq̇rabe sa ĥədmi t̂i aq̇raba e çinə ĥədmi yeṫq̇əşin, hinəga ğoa aq̇rabe ĥədmiyinzi hinə aq̇rabe ĥədmi yeṫtarşəmə, yam k̇ılarşəmə.

 

Azərbaycan dilinə tərcümə:

  1. Xınalıq əqrabaları

 

Xınalıqda ancaq Xınalıqlılar yaşayır. Onlar dörd əqrabaya ayrılıblar: Məlikli, Gəmkıi, Kəmkıi, Gadaxe. Kəmkıi əqrəbalarından canpaşalılar törənib. Nişanilər, Məmmədyarlar, Qaryağdılar, və başqa əqrabalar Gəmklərdən törəniblər. Canpaşalı əqrabası Kəmkdandır. Miriğlər Gadaxelərdən törəniblər. Heç kim bu əqrabaların haradan törəndiklərini bilmir. Öz əqraba adlarını kimlərdən aldıqlarını bilmirlər. Bizim yerdə əmi qızını əmi oğluna nişanlayırlar. Bir əqrabanın adamları bir qandan keçiblər. Onlar bir-birlərinə köməklik edirlər. Hər əqrəbanın öz qəbristanlıqları ayrıdır. Hər əqrəba öz ölüsünü öz qəbristanlıqlarında ayrı dəfn edirlər. Hər əqrəbanın bir ağsaqqalı var idi. Qonşuda olan tək bir adamı bir əqraba qəbul edərdi. O tək adama hər hansı kömək lazım olsaydı edərdilər. Bir əqrabadan bir adamını digər əqrabanın bir adamı vursaydı, onda onun əqrəbasının adamları digər əqrəbanın adamlarından birini vurmalı idi, və ya öldürərdi.

 

  1. Kət̂t̂id Mulı Xolı

Kət̂t̂id Mulı xolı ixer qəmədyəçi ĥədmiq̇idmə. Pan üsq̇idan ĥümür orkujmə. Hinə mahaldırır at̂t̂iğozu lap uzağıllı talk̂orın Mulı xolı mux̂uq̇idmə. Ancağ t̂aga yaşamışq̇idq̇i heç kşu mux̂ijimə. Bəlkə Mulı xolı at̂t̂orın Malla Nəsrəddin hala k̂arp̂a ĥəyəl q̇idmə. Kət̂t̂id Mulı xolı söbətirdir ixerjmə. Hinediriş sek̂ə yə suru çık̇nə.

Azərbaycan dilinə tərcümə:

  1. Xınalıqlı Mulı dayı

 

Xınalıqlı Mulı dayı çox qəmədiyyə edən adam imiş. Yüz ilə qədər ömür sürüb. O mahallarda olanlara lap uzaqdan gələndə Mulı dayını tanıyıblar. Ancaq nə vaxt yaşayıbsa heç kim bilmir. Bəlkə Mulı dayı olanda Molla Nəsrəddin hələ balaca uşaq olub. Xınalıqlı Mulı dayının söhbətləri çoxdur. Onlardan bir neçəsini mən sizə danışım.

 

  1. Kaşış ċak̂ui alğetmə

Sa q̇ə Mulı xolı Ċafi yelağıllı zak̂orın x̂ırıż yoxuş ċiri cigə hinu sa ŝoŝẑıd (kət̂t̂idinzi Quba rayuni soa Susayış – “Ŝoŝ”, susaylış – “ŝoŝẑıd” ċitarmə.) ras kak̂uitomə. Hoz k̇ust̂ur salamlaşmışfiyə sar-çinəğoaşkili ĥal-aĥval ċux̂irtomə. Hana, ŝoŝẑıdı ċiritomə: “Mulı xolı, as kijmə ki, Kətiş cəməḣəti kilsə gəçşiriomə.” Mulı xolı dax ċiritomə: “Düzmə ay ŝoŝẑıd, zım Ŝoŝullu sa ŝoŝẑıd kaşış ċaksu zak̂oetmə.

Azərbaycan dilinə tərcümə:

  1. Keşiş aparmağa gəlmişəm

 

Bir gün Mulı dayı Cof yaylağından gedəndə ağ yoxuş deyilən yerdə o bir Susaylıya rast gəlir. Onlar ikisi də salamlaşıb bir-biri ilə hal əhval tuturlar. Sonra, susaylı deyir: “Mulı dayı, mən eşitmişəm ki, Xınalıq camaatı kilsə tikir.” Mulı dayı tez deyir: “Düzdür ay susaylı, mən də Susaydan bir susaylı keşiş aparmağa gedirəm.”

  1. Sa dilim taxq̇otmə

Qube lotinzi sa q̇ə Mulı xolı ċux̂iyə hinu sataşmışk̂ui yik̂uitomə. Hanımzaği Mulı xolı bazarır zağiĥəltir hozi saskuiyə ċiritomə: “Ay Mulı xolı, ay Mulı xolı, il kar!” Mulı xolı lotiyinzi fikir yazaq̇ı baştak̂uitomə. Ancağ həhozu arxayın hinə lotinzi dalıx lak̂uitomə. Lotin çinə dar-kar cigə lak̂uitomə. Lotinzi çinəğu hinəni cugar zencq̇uyə “Mə oxur yemiş” – liyə hinəni dalı Mulı xolu taŝıxkirtomə. Mulı xolı hohinəni dugunkunundə Cugar zencuq̇iyə dalı taŝıxkirtomə lotiş ċiritomə ki, yemiş ksan yemişmə, ancağ sa dilim va qaltışq̇uyə q̇inetmə. Hinəx totıx lotin bitin xəpkindətomə. Mulı xolı ĥədsiz ĥəzirjavabval lotınzi təsdiq kiritomə.

Azərbaycan dilinə tərcümə:

  1. Bir dilimi kəsilib

 

Quba lotuları bir gün Mulı dayını tutub ona sataşmaq istəyirlər. Ona görə də Mulı dayı bazara çatan kimi onlar Mulı dayını çağırir: – Ay Mulı dayı, ay Mulı dayı, bura gəl! Mulı dayı lotuların fikrlərini bilib başa düşür. Ancaq özanə arxayın vəziyətdə o lotuların dalınca gedir. Lotular bir dar-kar yerə gedib çatırlar. Lotulardan biri öz şalvarını aşağı salaraq “Al sənə yemiş” deyib öz dalını Mulı dayıya göstərir. Mulı dayı özünü itirmədi. Şalvarını aşağı salıb dalını göstərən lotuya deyir: “Yemiş yaxşı yemişdir, ancaq bir dilimini sən çıxardıb yemisən.” Ondan sonra lotuların hamısı gülürlər. Mulı dayının hədsiz hazırcavablığını lotular təsdiq edirlər.

  1. Alxas ğoturğozi Ĥekayət

Alxasğoturdur ixer çixi biq̇indəq̇ağım, Kətiş sor ixer ksan, hədminim xerxah sa nəsilmə. Hoziş səḣlətir sor xəskilir ċitarmə. Kişu mux̂u, bəlkə hozi zulu abi żu Xəskil q̇idk̂oa? Ancağ hinə nəslir Xəsəmməd żu t̂idur ixerdurmə. Alxasi hinəne bıyi żu, hine şi żu Xəsəmmədşəmə. Səḣlətirim Alxasi xıdılırzi familyad Xəsəmmədovmə. Bəlkəm “xəskil” cuğab Xəsəmməd kəlməşilli gijəbiq̇i żuk̂oa. Alxasi tukan at̂t̂idəşəmə. Hini əlvər kitarşəmə. Şura hükumət kok̂usəq̇ qabağır Kətiş 14 (yəḣiz unğ) tukan atbiq̇dəmə. Alxasi tukanır har ya q̇i ċağıtarşə ċiri. Alxasi sikui xinimk̇iri żu Şapərişəmə. Çık̇ırtomə ki, Şapəridur yik̇ rıŝışəmə. Kəxski rişi vaxt Şapəri ċiritomə ki: “Kişi e dədə-bıyi buto sa yüzdüg lək̇uq̇ağılı zı hinu k̂uidəmə.” Hinəga yüzdüg pıl ixer qiymət̂t̂izaği ċabığtarişəmə.” Ancağ kəxkın cavan Alxas tacirzaği Kətiş buto yüzdüg tək hinəş ċibiq̇dəmə. Alxasim Şapəriğotur dədə-bıyu buto k̇u yüzdüg lək̇uyə hə sikritomə. Hana hoziş ixer şil, xıdılır lat̂t̂ıfapxidurmə.

Azərbaycan dilinə tərcümə:

  1. Alxasgillərin hekayəti

 

Alxasgillər çox böyük olmasalar da, Xınalıq kəndində çox yaxşı, adamları da xeyirxah bir nəsildir. Onlara hazırda kənddə Xəskillər deyirlər. Kim bilir, bəlkə onların ulu babalarının adı Xəskil olub? Ancaq o nəsildə Xasəmməd adı olanlar çoxdur. Alxas öz atasının adını, öz oğlunun adı Xasəmməd idi. Hazırda da Alxas nəvələrinin soy adları Xasəmmədovdur. Bəlkə də “xəskil” sözü Xasəmməd kəlməsinin qısaldılmış adıdır. Alxasın mağazası var idi. O, alver edirdi. Şura hökuməti gələndən qabaq xınalıqda 14(on dörd) dükan olub. Alxasın mağazasında hər şeyi tapmaq olurdu deyirlər. Alxasın aldığı arvadın adı Şapəri idi. Deyirlər ki, Şapəri gil yeddi bacı olublar. Boya-başa çatan vaxtı Şapəri deyir: “Kim ana-atama bütöv bir yüzlük versə, mən ona ərə gedərəm. O vaxtı yüzlük pul çox qiymətli olduğuna görə tapılmırdı.” Ancaq boya-başa çatmış Alxas tacir olduğuna görə Xınalıqda bütöv yüzlük tək onda var imiş. Alxas da Şapərinin ana-atasına bütöv iki yüzlük verib onu alır. Sonra onlardan çoxlu oğullar, nəvələr keçiblər.

  1. Çoti Süleman

Çoti Süleman ixer ĥəzirjavab ĥədmişə ċiri. Əkim hine sa ĥekayət bitinirzi çık̇tarmə: Şura ĥükumət taza kağeşəmə. Quba qəzayır hər sollı sa ĥədmix saskuyə ijlas kireşə ċiri. Cəməḣəti vəkil Alxas aba sor at̂t̂ondəzaği ĥədminzi çık̇ırsu ksan miż at̂t̂i çoti Süleman Quba qəzayır ijlasır zarkirtomə. Qəzayi ijlas ĉaxşirşin Qəza ijrayyə Komite sədri  sollı kabığdur yuxlamışkiri ĉaxşirtomə. Sam sollı kabıği numayəndəd mux̂ukuyə şorŝıni ki: “Kətşilli alğidu at̂t̂u?” Çoti Sülemanim hinəni żu çəkmişkuyə ink̂i t̂açği. Ċiritomə ki: “Kətşilli alğıdu zımə.” Qəza İjrayyə Komite sədir kallar k̇iri ṗaṗax, əgnir xolu, Xoluvim gusıllı çotı şik̇ui Sülemani sin mık̇ıx ək̇şi, sinim ink̂əx zək̇şi. Hana hini Süleymaniş şorŝınidətomə ki: “Bəgəm Kətiş viq̇ başqa sa ĥədmi oyişu alırkirsu?” Çoti Sülemani hine cavab hasım lək̇irtomə: “Oşə! Cəməḣəti ĥədmi ĥədmi kolu orkuişəmə, zım vi kolı alırkuişəmə.”

Azərbaycan dilinə tərcümə:

  1. Çotu Süleyman

 

Çotu Süleyman çox hazırcavab adam idi deyirlər. İndi də onun bir hekayəsini hamı danışır: Şura hoküməti təzə gəlmişdi. Quba qəzasından hər kənddən bir adamı çağırıb iclas edirmişlər. Camaatın vəkili Alxas baba kənddə olmadığına görə adamlar danışmağa yaxşı dili olan çotu Süleymanı Quba qəzasına iclasa göndərirlər. Qəzanın iclası başlayanda Qəza icraiyyə Komitə sədri kənddən gələnləri yoxlamağa başlayır. Bir neçə kənddən gələn nümayəndələr biləndən sonra soruşur: “Xınalıqdan gələn var?” Çotu Süleyman da öz adını çəkərək ayağa durur. Deyir: “Xınalıqdan gələn mənəm.” Qəza İcraiyyə Komitə sədri başında dəri papaq, əynində kürk, kürkün üstündən də kəmər bağlamış Süleymanın bir başına baxır, bir ayağına baxır. Sonra o Süleymandan soruşur: “Bəyəm Xınalıqda səndən başqa bir adam yox idi göndərilməyə?” Çotu Süleyman onun cavabını belə verir: “Var idi! Camaat adamı adamın yanına göndərdi, məni də sənin yanına göndərdi.”