BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Namik Xınalıqlı

Namik Xınalıqlı

Namik Xınalıqlı

Namik Əhmədov (Xınalıqlı) Afəddin oğlu 1984-cü ilin may ayının 1-də Quba rayonun Xınalıq kəndində anadan olub. Gənc yaşından uğurlar qazanan şair həm Azərbaycan, həm də Xınalıq dillərində şeirlər və nəsr əsərləri var. Namik Xınalıqlı Azərbaycan dilində “Könül Nəğmələri”, “Xınalıq və Xınalıqlılar”, “Xınalıq Əfsanələri”, “Səni elə sevdim ki mən” adlı kitabların, Xınalıq dilində isə “Mənim gözəl Xınalığım”, “Xınalıq Xəzinələri”, “Xınalıq Nağılları”, “Uşaqlara bir-iki şeir” adlı kitabların müəllifidir.

Şeirlər
Nağıllar
Əfsanələr

Şeirlər

  1. Şaş

Vı bitində mıdadıq̇ıllı havar
Ve ŝsımə Tufanyə X̂ırıżdahar
Ve yelağırdır sam təpər, sam navar
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Hini żu hər t̂el miżibirir əzbər
Qoa ĥəyəlim çıxim hinəş xəbər.
K̇atk̂u cigə yuk̂oat̂t̂əq̇i əgər
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Də cigəbir Tufandağıxım miq̇el
Mıdad bitini kaçıxkıyə çinel.
Şahnabat ınk̂am at̂t̂ıdəmə hinel
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Çadır düzü ĉim ĥəyardə, ĉim ksan
Alt̂ığşəmə Öĥöżüxüllü  hək̇an.
Afıyə ov kitoa kin Məmmədxan
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Yatığıxıllı düz yamacır aĉĉır
Çurugluğuxullu enĉi düz zaĉĉır.
Yuk̂oat̂t̂əq̇i X̂ırıżdaharıx laĉĉır
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Şaşi żu mıdadı içir at̂t̂i tək
Mıdadi şahmə, hə kəkui şəkk.
Şaşi żu şire Kətşi mıdadu bəzək
Zur – ay k̇atk̂u yuk̂dur, şire Şaş kafın!

Azərbaycan dilinə tərcümə:

 

  1. Şahdağ

 

Sən bütün dağlardan yuxarı

Sənin qardaşındır Tufan və Qızılqaya.

Sənin yaylaqların neçə təpədə neçə dərədə

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

Onun adı hər yerdə dillərdə əzbər

Var uşağın da böyüyün də ondan xəbər.

Gəzməyə yer istəyirsənsə əgər

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

Bu yerlər Tufandağa da yaxın

Dağların hamısı sıxılıb bir yerdə.

Şahnabat çayı da vardır burada

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

Çadır düzü necə qəşəng, necə yaxşı

Keçdim Öhösdən indi.

Gedib ov edək biz  Məmmədxan

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

Yatığdan düz yamaca çıx

Çürüklükdən enib düz boylan.

İstəyirsən Qızılqoayadan keç

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

Şahdağın adı dağların içində var tək

Dağların şahıdır o etmə şəkk.

Şahdağın adı Xınalıq dağlarına bəzək

Siz ay gəzmək istəyənlər, bizim Şahdağa gəlin!

 

  1. Tot̂t̂ur

Ve axar-baxar

Ĥəyardə dəxar.

Kafk̂oa Tot̂t̂ur

K̇ili, lu daxar!

Zı hər mixilli

Kayə vixilli

Yə gül t̂əptarmə

Həm nikixilli.

Zı ink ċuvursu

Ċuvju t̂uvursu

Tot̂t̂ur ĉuvşəmə

Nəfəs t̂uvursu.

Soax arallı

Cigə mənalı.

Tot̂t̂ur asır

İxer bahalı.

Azərbaycan dilinə tərcümə:

 

  1. Toddur

 

Sənin axar-baxarın

Qəşəng görsənər.

Gedək Toddura

Dost,  düş tez ol.

 

Mən hər yayda

Gəlib səndən

Mən gül dərirəm.

O da düzdən.

 

Mən ot biçməyə,

Biçdiyimi götürməyə,

Toddurda oturdum

Nəfəs dərməyə.

 

Kəntdən aralı

Yeri mənalı.

Toddur mənə

Çoxlu bahalı.

  1. Qara arxaj

Kirk̇ perixilli sa xilağa havar

Qabağır Kətiş, dalıx X̂ırıżdahar.

Żu Qara arxajmə hə x̂ırıżdəxar

Kətşi ĥəcəb cigəbir at̂t̂ıjmə.

Qara arxaj soax miq̇el yelağmə

Hinel k̇atk̂orşun va ċirmə çeylağmə.

Şire Kətiş sa sehirli torpağmə

Kətşi ĥəcəb cigəbir at̂t̂ıjmə.

Mixir alaċığırdıri żilarmə

Sor żarkə Qara arxajır kılarmə.

Də cigə zaği ĥədminzi ċitarmə

Kətşi ĥəcəb cigəbir at̂t̂ıjmə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Qara arxac

 

Qırx Abdal baba pirindən bir xeyli yuxarı

Qabağda Xınalıq, arxada Qızılqaya.

Adı Qara arxacdır o ağ görsənər

Xınalığın əcəb yerləri var.

 

Qara arxac kəndə yaxın yaylaqdır

Orda görəndə sən deyəcəksən çaylaqdır.

Bizim Xınalıq bir sehirli torpaqdır

Xınalığın əcəb yerləri var.

 

Yayda alaçığlarla dolar

Kənddə qışqır Qara arxacda eşidilər.

Bu yeri görən adamlar deyər

Xınalığın əcəb yerləri var.

  1. Q̇abali dəhnə

Vı şire abadi k̇oarmə.

Va yir Q̇abali ċuk̂oarmə.

Hinəgalı vi żu vaẑẑıni.

Viş Q̇abali dəhnə ċitarmə.

Ŝuxam ınk̂axıllı zat̂t̂ıfi,

Gurguruxullum at̂t̂ıfi,

Q̇abali dəhnəli k̂oarmə,

Karvansaraxıllım at̂t̂ıfi.

Kətişilli Q̇abali anṫını,

Solu Salavatıx lanṫını,

Hə Q̇abali dəhne k̇oarmə.

Düz Q̇abal fiyə kanṫını.

Azərbaycan dilinə tərcümə:

 

Qəbələ dərəsi

 

Sən bizim babalarımızın yolusan.

Sən bizi Qəbələyə aparırsan.

O vaxtdan sənin adın qaldı.

Sənə Qəbələ dərəsi deyirlər.

 

Dəyirmançaydan ötüb,

Gurgurundan keçib.

Qəbələ dərəsinə gedirlər,

Karvansaradan keçib.

 

Xınalıqdan Qəbələyə gedincə,

Kəntdən Salavata çatınca,

O Qəbələ dərəsinin yoludur,

Düz Qəbələyə gedib gəlincə.

  1. Şire Kətiş

Mıdadıq̇ıllı havarjmə

Şire Kətiş, şire Kətiş.

Onğusta tərəf yamacmə

Şire Kətiş, şire Kətiş.

Nuh peyğəmbəri li cigə,

Mıŝabır ixer qi cigə,

Ĥəyardəjmə t̂üi cigə.

Şire Kətiş, şire Kətiş.

Də mıdad hinu sa ĥasar.

Babanzışıllı yadigar.

Yaş kona hə ixer havar.

Şire Kətiş, şire Kətiş.

Mixir sıb, suvajır k̇ına.

Kətşi rang xınamə, xına.

Hə inq̂erjmə, yaşım kona.

Şire Kətiş, şire Kətiş.

Azərbaycan dilinə tərcümə:

 

Bizim Xınalıq

 

Dağlardan yuxarıdır.

Bizim Xınalıq, bizim Xınalıq.

Dörd tərəfi yamacdır.

Bizim Xınalıq,Bizim Xınalıq.

 

Nuh peyğəmbərin dediyi yer.

Çeşmələr çox soyuq yer.

Qəşəngdir olduğu yer.

Bizim Xınalıq,bizim Xınalıq.

 

Bu dağlar ona bir hasar.

Babalardan yadigar.

Yaş köhnə,o çox yuxarı,

Bizim Xınalıq,bizim Xınalıq.

 

Yayda yaşıl,payızda sarı,

Xınalığın rəngi xınadır xına.

O qocadır,yaşı köhnə,

Bizim Xınalıq,bizim Xınalıq.

 

Nağıllar

  1. Əhməd Əfəndiyə Zeynalabdin Tağıyevi ıxtılat

Kətşi sor alimin, şairin, ĥaşığın ixer t̂abıq̇durmə. Hozu içir dini ĥədmi Əhməd əfəndi ċiri sa ĥədmim t̂aq̇ıdmə. Hu Əhməd əfəndi ixer haq̇q̇alı, ixer mux̂ui sa ĥədmi q̇idmə. Sa q̇ə Bok̂k̂u din aliminzi şəḣi-sünnü ıxtılati görə cuğab ċupx̂irtovimə. Hanımzağılı cəməḣəti bitinirzu mux̂ui, ixer ksan dalıgırdır kui ĥədmi hacı Zeynalabdin Tağıyevi hozuş ċiritomə ki: “Kətiş Əhməd əfəndi żu t̂üyə sa ĥədmi t̂üidmə. Kafın hinəş sorŝuntoa kla doğru qoaq̇ı. Şəḣin yoxsa sünnin.?” Hoz eŝi fikru razı k̂uitomə. Hanımzağılı Kətiş xəbər qalırkuyə Əhməd əfəndix saskirtomə. Əhməd əfəndi Bok̂k̂u zaxsın mollan kilfiyə mədrəsər lak̂uitomə. İnk̂i t̂üi şalamırdır giq̂uyə umpar ċux̂yə mollanzu salam lək̇uyə at̂t̂ıi süfre mık̇ır ĉivirtomə. Gəxrəma ĉebi mollanzı ċiritomə ki: “Uxur ınq̂ıx q̇iu vi şalamırdır bılak̂usəş?” Əhməd əfəndi ċiritomə ki: “Ə!” Mollanzı sorŝundətomə ki: “Kşi bılakirji vi şalam?” Əhməd əfəndi ċiritomə ki: “Ya şəḣi ya sünni!” Mollanzı sorŝundətomə ki: “Bə vı kşe tərəf, şəḣi yoxsa sünni?” Əhməd əfəndi ċiritomə ki: “Məhəmməd peyğəmbər kşe tərəf q̇idq̇i hine!” Mollanzı ċiritomə ki: “Məhəmməd peyğəmbəri vaxtır şəḣi-sünnü ıxtılat t̂abıq̇dimə.” Əhməd əfəndi ċiritomə ki: “Peyğəmbər t̂orşunu əgər şəḣi-sünnü ıxtılat t̂abıqdiq̇i zur ya kirsu kirağ arar daḣva liq̇irji?” Də lisın mollanzi bitinirzi Əhməd əfəndi cuğabu baş əgmişkirtomə.

Azərbaycan dilinə tərcümə:

  1. Əhməd əfəndi və Zeynalabdin Tağıyevin söhbəti

 

Xınalıq kəndində alimlər, şairlər, aşıqlar çox olub. Onların içində dindar insan olan Əhməd Əfəndi adlı bir kişi olub. Əhməd Əfəndi çox ağıllı, çox bilən bir insan olub. Bir gün Bakıda dini alimlərlə şiə süni söhbətinə görə mübahisə etdikləri üçün bu söhbətə nöqtə qoymağa insanlar arasında xüsusi nüfuzu olan kifayət qədər tanınan xalq üçün çox işlər görən Azərbaycanımızın xeyriyəçi oğlu Hacı Zeynalabdin Tağıyev onlara deyir ki, Xınalıq kəndində Əhməd Əfəndi adlı bir şəxs var. Gəlin ondan soruşaq kim doğrudusa. Şiə yoxsa süni qoy özü desin. Onlarda razı olurlar. Ona görədə Xınalığa xəbər göndərirlər Əhməd əfəndini çağırırlar. Əhməd əfəndi Bakıya gedəndə mollalar yığılır Mədrəsəyə. Əhməd əfəndi mədrəsəyə çatanda ayağında olan çarığı çıxarıb əlinə götürüb mollalara salam verib keçib süfrənin başında oturur. Orda oturam mollalar deyir: “Sən çox qorxdun sənin çarıqlarını oğurlanacaq deyə?” Əhməd əfəndi deyir: “Ə!” Mollalar soruşur: “Sənin ayaqqabılarıvı kim oğurlayacaq?” Əhməd əfəndi deyir: “Ya şiə, yada süni oğurlayacaq.” Mollalar soruşur: “Sən kimin tərəfindəsən şiənin yoxsa süninin?” Əhməd əfəndi deyir: “Peyğəmbər Əfəndimiz kimin tərəfində olubsa. məndə onun tərəfində olacağam.” Mollalar deyir: “Peyğəmbərin dövrünüdə şiə,süni söhbəti olmayıb.” Əhmədə əfəndi qayıdıb bunlara deyir: “Əgər şiə-süni söhbəti olmayıbsa, siz nə üçün bu gün aramızda nifaq salırsınız.” Bunu deyən kimi mollaların hamısı Əhməd əfəndinin sözlərinə baş əyir.

 

 

  1. Ĥəyəli şoşu

 

Lafi-lak̂oarşə, talfi-talk̂oarşə. Zöhrab ċiri sa lıgıld aşə. Hinem sa ĥəyardə sa xinimk̇ir aşə, dur xoşbəxt yaşamışk̂oeşə. Ğoezim sa gada ĥəyəl aşə. Ğoa lıgıld xinimk̇iru du ĥəyəl ixer yuk̂oeşə. Ĥəyəli yoz yaş t̂orşunu xinimk̇ir azarısıyə k̇litomə. Üstüllü sa pşoa üs lat̂t̂ığsın Zöhrab cürə xinimk̇irişkili evli k̂uitomə. Taza kazıği xinimk̇iru sa rişi ĥəyəl cini çıkak̂uitomə. Hine ĥəyəl rişizağılı hinu tu qabaği xinimk̇iri gada yuk̂oat̂t̂işə. Sa q̇əm Zöhrab çinə uzax cigə dalıgi dalıx çuk̂uitomə. K̇inajdə q̇ə havam ixer qi k̂uitomə. Xinimk̇iri misi rişişkili məsləḣət kuyə du gada ĥəyəl san kuçar lat̂ırq̇ırtomə. Du kuçar lat̂ırq̇usun du ĥəyəl ınq̂ıx q̇ıdan ṫəni ĉəxşirtomə. Sınım ĥəyəlu hini üstür sa canavar talk̂uival dəxitomə. Hini dax pəncəri qabağır kahiyə ṫondə dədəş ċiritomə ki: “Canavar taləmə. Zı q̇andədmə.” Xinimk̇ir inamk̂uitozimə, ċiritomə ki: “Dabmə çık̇ri.” Sa xilağa lat̂t̂ıksəx totux xinimk̇iru dəxitomə ki, ĥəyəli sas at̂t̂imə. Talt̂ırsiyə kuçar lesq̇alı kuçar k̂ızi üstür çinə canavar lapıryə, ĥəyəli ṗi at̂t̂ə. Ĥəyəl canavari q̇ini xet̂ə. Hinəx totux mux̂uk̂uitomə ki, ĥəyəli hinu dab çık̇ındəval. Sa k̇u-pşoa q̇əx totux Zöhrab hu xi cigəli kak̂uitomə. Leşq̇alı gada ĥəyəl at̂t̂i. Xinimk̇irişilli sorŝundətomə ki: “Ĥəyəl t̂el at?” Hini cavab lək̇irtomə ki: “Bəs hər qaziyə hasım q̇ijmə.” Ĉim q̇ijq̇i buto söbət kiritomə. Də söbət kisin Zöhrab maylın k̂uitomə. ċiritomə ki: “Yə xi ĥəyəl unk̇urmə.” Də liyə żolu k̂uitomə. Ma hinəx totux sınım kat̂ıbıjyə kak̂uitoyimə.

Azərbaycan dilinə tərcümə:

  1. Canavarın yediyi uşaq

 

Zöhrab adlı bir kişi var imiş. Onun gözəl bir arvadı var imiş. Bunlar xoşbəxt yaşayırlarmış. Bunların bir oğlan uşağı olur, ər-arvad uşağı çox istəyirmiş. Uşağın doqquz yaşı olanda arvadı xəstələnib ölür. Üstündən bir üç il keçəndə Zöhrəb başqa qadınla evlənir. Təzə gələn yoldaş bir qız uşağı dünyaya gətirir. Onun uşağı qız olduğuna görə onun yoldaşının əvvəlki yoldaşından olan oğlanı istəmir. Bir gün Zöhrab harasa uzaq yerə iş dalınca gedir. Bu vaxt qış vaxtı olduğundan havada çox soyuq olur. Yoldaşı öz qızı ilə məsləhətləşib oğlanı evdən çölə çıxarırlar. Qapını da içəridən bağlayırlar. Bu uşaq qapıya sıxılıb qorxsundan başlayır ağlamağa. Birdən uşaq görür ki, onun üstünə bir canavar gəlir. O tez pəncərənin qabağına gəlir ögey anasına deyir: “Canavar gəlir məni yeyəcək.” Anası inanmır deyir: “Yalan danışırsan.” Bir az keçəndən sonra uşağın səsi gəlmir. Çıxır bayıra baxıb görür ki, küçədə qarın üstündə bir canavarın izi  və uşağın qanı var. Uşaı canavar yeyib gedib. Ondan sonra bilir ki, uşaq ona yalan danışmayıb. İki-üç gündən sonra Zöhrab evə qayıdır. Görür ki, oğlan uşağı yoxdu. Soruşur yoldaşından uşaq hardadı, – deyə. Yoldaşı deyir bəs belə olub. Necə olubsa elədə danışır. Bu söhbəti eşidəndə o qədər dəli olur ki, deyir: “Mən gedib uşağı tapacağam.” Bunu deyib gedir, daha ondan sonra qayıdıb gəlmir.

  1. Px̂u pan zox, px̂u pan nağıl zaĉĉırdu t̂üi Kətiş

 

Tuga lap ixer kona vaxtırdırır düşmanırzi qoşun Kətşi buĝrur kafiyə onğ buĝrullu halq̇ar t̂uvurtomə. Düşmani çıxığui saskuyə qoşunu çıxığoaş ĉiritomə ki: “Xə zahiyə t̂onpuxa Kətiş ĉim cigə q̇i! Hinel ĉüt̂t̂on ĥədmin qoaq̇i!” Qoşunu çıxıdu Kətişi buĝrur kağsını leşq̇alı çinə Kət̂t̂idi sui buĝrur hinəne mal vaqqındət̂ə. Qoşuni çıxığui mal vaqqındəğoaş sorŝundətomə ki: “Sure sor sam zox at̂t̂ıjı?” Mal vaqqındə Kət̂t̂idi ĉiritomə ki: “Şire sor px̂u pan zox at̂t̂ıjmə. Qoşuni çıxığui ĉiritomə ki: “Bəs sure sor sam pişu nağıl zaĉĉırdu t̂üidu?” Kət̂t̂idi ĉiritomə ki: “Şire sor px̂u pan nağıl zaĉĉırdu t̂üidmə.” Də kisını qoşunu çıxıdu lahiyə hozi çıxığoaş ĉiritomə ki: “Bəs hinə sor px̂u pan zox, px̂u pan nağıl zaĉĉırdu tomə.” Də kisın düşmani çıxığui qoşunu əmr kiritomə ki: “Dax illi kajk̂ıi-lajk̂ıyə k̂oelun.” Va lişkuiq̇imiş hinəga Kətiş düz px̂u pan żoa t̂aq̇ıjq̇ımış. Hər żoam sa zox. Hər żoe səḣbim hinəne pşu nağıl zaĉĉıtarq̇imiş. Mal vaqqındə Kət̂t̂idim hə lival q̇imiş. Ancağ qoşunu çıxıdu cürəsım başt̂a hiyə ınq̂ıx q̇ıdan çəpi xidu ma sınım Kətşix kəxilbiğdirvuiq̇imiş.

 

Azərbaycan dilinə tərcümə:

 

  1. Üç yüz nalbəndi üç yüz dəyirmanı olan Xınalıq

 

Çox qədimdə düşmənlərin qoşunu Xınalığın ətrafına gəlib dörd tərəfdən mühasirəyə alır. Düşman başçısı öz səkərdələrinə tapşırıb deyir: “Gedin öyrənin Xınalıq nə təhər yerdir. Orda nə qədər əhali yaşayır.” Əskərlər Xınalığın ətrafına gələndə görürlər ki, bir Xınalıqlı kəndin ətrafında öz inəyini saxlayır. Əskərlər naxırçıdan soruşub deyir: “Sizdə neçə dəyirman var?” Naxırçı deyir: “Bizdə üç yüz dəyirman var.” Qoşun başçısı yenə soruşub deyir: “Bəs sizdə neçə nalbənd var?” Xınalıqlı deyir: “Bizdə üç yüz nalbənd var.” Bunu eşidən əskərlər gedib öz başçılarına deyir: “Onların kəndində üç yüz dəyirman, üç yüz nalbənd var.” Bunu eşidən düşmən başçısı qoşuna əmr edir ki, tez yığıb – yığışdırıb gedək. Sən demə o vaxt Xınalıqda üç yüz ev var imiş. Hər evdə bir dəyirman, hər evin bir nalbəndi olubmuş. Naxırçıda bunu deyibmiş. Ancaq, qoşun başçısı başqa cür başa düşüb, qorxusundan qaçıb gedib daha birdə onlar Xınalığa yaxın durmurlar.

 

 

  1. Kət̂t̂idyə k̇iyə şoşu

Tuga sa Kət̂t̂id Şirvanı k̇iye żoa lak̂uitomə. K̇iyim hinu süfrər çe çıkak̂uitomə. Qəndanır ĉəşi qənd ixer ċatzağılı Kət̂t̂idi qənd k̇uju-k̇uju ənĉiq̇ırtomə. Də żoe səḣbu zaxsın żoe səḣbi ĥəvşıkırtomə. Kət̂t̂idiş ĉiritomə ki: “Sure cigə bik̇idur k̇udu-k̇udu lık̇taru?” Kət̂t̂idu mux̂uk̂uitomə ki, żoe səḣbi qənd k̇uju-k̇uju ənĉiq̇irval ĥəvşkırzağılı cuğab fatkirvalmə. Hanımzağılı hinəni dugunkundə ĉiritomə ki: “K̇idu misi q̇isını k̇ur-k̇ur vaḣa pşor-pşorum lık̇tarmə.” Ma şirvandəğoş, – yəni żoe səḣbiş ċirisu cuğab ċabığırtovimə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Xınalıqlı və qonağın söhbəti

 

Köhnə bir Xınalıqlı Şirvana qonağın evinə gedir. Qonaqda süfrəyə çay gətirirlər. Qəndqabında qoyulan qənd xırda olduğuna görə Xınalıqlı qəndi iki-iki yeyir. Bunu evin yiyəsi görüb əsəbləşir. Xınalıqlıya deyir ki, sizdə ölənləri iki-iki bastırırlar? Xınalıqlı bilir ki, evin yiyəsi o, qəndi iki-iki yediyinə görə əsəbləşdiyinə söz atıb. Bu da qayıdıb deyir ki, qəbir balaca olanda iki-iki, üç-üç də bastırırlar Daha Şirvanlı yəni evin yiyəsi deməyə söz tapmır.

  1. Əhməd Əfəndiyə kaşışı ıxtılat

Sa q̇ə Əhməd əfəndi Tiflis şəhərir laxeşə. Hinel hu lak̂orşunu pşi ĥarabilli lak̂u zad hinəşkili sa kaşışım k̇ili k̂uitomə. Afiyə k̇ure yarır çatmışbıq̇sın ĥarabilli tenĉfiyə sətkə ıxtılat kirsu t̂opxundətomə. Ixtılat dinişilli katıxk̂uitomə. Kaşışı ċiritomə ki: “Şire dinir arağ ŝulival ĥaramjimə.” Əhməd əfəndi ċiritomə ki: “Arağ bitinirzu ĥarammə.” Kaşışı ċiritomə ki: “Hə liyişilli at̂ırvtarmə. Liyi x̂umə.” Əhməd əfəndi k̇ura qarağı at̂t̂ıi sa tikə ni taŝıxkuyə ċiritomə ki: “Də niyim hinəga ĥaramyimə?” Kaşışı ċiritomə ki: “Hə mırdarjmə hə ĥarammə.” Əhməd əfəndi ċiritomə ki: “Həm inkəşilli at̂ırvı zadma luŝozı çıx̂ar zenĉk̂orşunu inkşəmə hanam ni q̇ijmə.” Kaşışış ċirisu cuğab ċabığırtovimə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Əhməd Əfəndi və Keşişin söhbəti

 

 

 

 

 

 Bir gün Əhməd Əfəndi Tiflis şəhərinə gedibmiş. Oraya gedəndə at arabası ilə gedərkən onunla bir keşişdə yol yoldaşı olubmuş. Gedib yolun yarısına çatanda arabadan düşüb bir az söhbət etməyə dayanırlar. Söhbət dindən düşür. Keşiş deyir: “Bizim dinimizdə araq içmək haram deyil. Əhməd Əfəndi deyir: “Araq hamı üçün haramdır.” Keşiş qayıdıb Əhməd Əfəndiyə deyir: “O, buğdadan çəkilən sudu. Əhməd Əfəndi yolun qırağında olan bir tikə peyini göstərib deyir: “O zaman peyində haram deyil?” Kəşiş deyir: “O murdardı o, haramdı.” Əhməd Əfəndi deyir: “O da otdan çəkilən şeydi. Inəyin qarnına gedəndə ot idi, sonra da olub peyin.” Keşiş deməyə söz tapmır.

  1. Uxur ve cigə mux̂oat̂t̂i

 

Tuga sa K̂alalı dax-dax Kətiş kak̂oeşə. Hum Kətiş çinə inq̂er qari żoa yeẑẑindeşə. Hər hu k̇iyə kağısın qari hinu xörək, çe-pişə vank̇uyə, san żoa yaqqınyə k̇urar liq̇reşə. Hasım üstüllü sa xilağa vaxt lat̂t̂ak̂uitomə. Ğoa qarim sa hilam aşə. Qari əstiga hilam ŝuq̇olu talt̂ırq̂uiyə lajbıq̇reşə, mik̇ilga hilam hə-hə qari kuçar kak̂oeşə. Sa vaxtım kaği ki, qari żoa kak̂ui k̇iyə qarı ma inq̂er zağılı hinu çe-pişə kink̂ondəzağılı çinə cürə Kət̂t̂idi żoa kahiyə k̂oeşə. Də söbət qaru kisın, sa q̇əm hinəne hilam antır latıxq̇iri ċuk̂orşunu zaği ki, hine żoa xi-kak̂ui hu k̇iyə cürə Kət̂t̂idi żolu talt̂ıryə k̂oet̂ə. Qari hini qabağ t̂əq̇q̇uyə ċiritomə ki: “Ay ŝsı, vı eŝi e hilam q̇idanım q̇ət̂t̂işəmə. Hilami illi yə lajbıq̇sın t̂el kat̂ıbıjıi kak̂udəq̇i k̇urq̇inkitarimə. Amma va k̇urq̇inkuişəmə.”

Azərbaycan dilinə tərcümə:

 

  1. Sən də öz yerini bilmirsən

 

Köhnə bir şəhərli tez-tez Xınalığa gəlirmiş. O, da Xınalıqda bir yaşlı qadının evində yaşayırmış. Hər şəhərli gələndə ona xörək, çay-çörək yedirib yola salarmış. Belə üstündən bir xeyli vaxt keçir. Bu qarının bir eşşəyi olur. Qarı səhər eşşəyi tövlədən çıxarıb buraxırmış çölə. Axşam eşşək özü gəlirmiş qarının qapısına. Vaxt gəlir ki, qarının evinə gələn şəhərli qarı yaşlandığına görə, ona çay çörək hazırlaya bilmədiyinə görə başqa bir Xınalıqlının evinə gəlib gedirmiş. Bu söhbəti qarı eşidir. Bir gün qarı öz eşşəyini çölə ötürməyə aparanda görür ki, öz evinə gəlib-gedən şəhərli başqa Xınalıqlının evinə gəlib gedir. Qarı onun qabağını kəsib deyir: “Ay şəhərli sən bu eşşək qədər olmadın, eşşəyi mən burdan buraxıram harda olsa axşam öz qapısını unutmur. Amma sən unutdun.

 

 

Əfsanələr

 

  1. Cavanşiryə Kət̂t̂id

 

İxer-ixer üsürdür qabağır Albanırzi çıxıdu Cavanşiri əmrilli sa taza qala X̂otu (QRIZ) gəçişri ĉəxşirtomə. Hinə qalar Albaniye əskərinzu ərzaq kajk̇ırsu məsləḣət kiritomə. Cavanşir dax-dax X̂otu qalar k̂ui dalıgırdırıx leşirsu qala gəçişir cigə kak̂uitomə. Qale k̇oarım Kətşi buĝrullu latfak̂ui goar aşə. Sa q̇əm gəndə Cavanşir X̂otu qalar k̂ui dalıgışkili tanışk̂usu X̂otu zak̂orşunu k̇uri gus Kətiş t̂üi vəzyətişkili tanışk̂usu Kətiş talt̂ıbıjırtomə. Cavanşir sor lażk̂orşunu leşq̇alı çinə inq̂er Kət̂t̂id lıgıldi pşi paçar zaĉĉırsu çıxıq̇ı nağıl kalk̇ırsu əlləşkiri guc laĉĉığıntonundə yeżżinet. Hinə inq̂er lıgıldim kolu sa cavan gada t̂oxuneşə. Cavanşiri hinə inq̂er lıgıldışıllı nağıl tençuq̂uyə k̇ılami kalk̇ıyə hinə inq̂er lıgıldış lək̇irtomə. İnq̂er lıgıldim Cavanşiriş nağıl tençiq̂yə, kolu t̂oxuni cavanış lək̇uyə, pşi qaldırmışkuyə hanam qucağır ċupx̂irtomə. Gadaş ċiritomə ki: “T̂u zaĉĉa!” Cavanşiru də marağlı kak̂uitomə. Hinə inq̂er lıgıldış ċiritomə ki: “Ċim k̂ui zad ki: “Viş sa nağıl kaṫq̇inbıq̇ət̂t̂i, Amma va pşi qucağır t̂uviyə qaldırmışkirət? İnq̂er lıgıldi ċiritomə ki: “Ura kalk̇ırval, qılınc it̂irkirval, ox fatkirval ve vərdişmə. Pşi qucağır t̂uvurval, luŝoz zəbik̇irval e vərdişmə.” Cavanşiri sorŝundətomə ki: “Ċim yanı vərdiş?” İnq̂er lıgıldi ċiritomə ki: “E çıxı patışah, ve ĥəyəlval qılınc qalxanışkili uraşkili lat̂t̂axijmə. Hanımzağılı ura k̇ilikirval uxur rəĥət kak̂uivalmə. Yəm də pşi ṫeçə vaxtıllı qucağır t̂uvyə, oxşatmışkuyə kutaş vaqqınzağılımə zım pşi misi ṫeçəĉĉini qucağır t̂uvru verdiş q̇ivalmə.” Cavanşiri ğoa inq̂er lıgıldi ıxtılatış ixer xoşu kak̂uitomə. Kolu t̂üi ĥədminzu tapşırmışkirtomə ki: “Ğoa inq̂er lıgıldu qızıl pul bəxşiş lək̇elun.” Pşi nəşk̇uyə X̂otu qala gəçişir cigə k̂uitomə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Cavanşir və Xınalıqlı

 

Belə rəvayət olunur ki, qədim zamanlarda Albanların hökmdarı Cavanşirin əmri ilə Qrız (Hot) kəndində bir qala tikməyə başlayırlar. O qalada Alban ordusuna ərzaq yığmağa məsləhət görmüşlər. Cavanşir tez-tez Qrızda tikilən qalanın tikintisinə baxmaq üçün qala tikilən yerə gəlirmiş. Qalaya gedən yol da Xınalığın yanından keçirmiş. Bir gündə Cavanşir Qrızda tikilən qalada gedən işlərə baxmaq üçün Qrıza gedəndə yolun üstündə Xınalıqda olan vəziyətlə tanış olmaq məqsədi ilə Xınalığa gəlir. Cavanşir kəndə girəndə baxıb görür ki, Xınalıqlı bir yaşlı kişi atın ayağına böyük olan nalı sıxmaq üçün əlləşir, amma gücü çatmır. Bu zaman o yaşlı kişinin yanında bir cavan oturubmuş. Cavanşir o yaşlı kişidən nalı alıb əli ilə sıxıb yaşlı kişiyə verir. Yaşlı kişidə Cavanşirdən nalı alıb, yanında olan cavana verib, atı qaldırıb qucağında saxlayıb, oğlana deyir: “Atı nalla.” Cavanşirə bu maraqlı gəlir. Yaşlı kişidən soruşur ki: “Sən bir nalı sıxa bilmədin, amma atı qucağında saxlayırsan.” Yaşlı kişi cavab verir və deyir: “Dəmiri sıxmaq, qılınc vurmaq, ox atmaq sənin vərdişindi. Atı qucağa almaq, öküzü yıxmaq mənim vərdişimdir.” Cavanşir soruşur: “Necə yəni vərdiş?” Yaşlı kişi deyir: “Ey böyük padişah, sənin uşaqlığın qılınc, qalxan və dəmirlə keçib. Ona görədə dəmiri sıxmaq sənə rahat gəlir. Mən də atı day vaxtında qucağa alıb əzizləyib əlimdə saxlamışam deyə day kimi qucağa almağa vərdiş etmişəm.” Cavanşirin bu yaşlı kişinin söhbətindən xoşu gəlir. Yanındakı adamlara tapşırır və deyir: “Bu yaşlı kişiyə qızıl, pul bəxşiş verin.” Atı sürüb Qrıza, yəni qala tikilən yerə gedir.

 

 

  1. Sünbül

İxer-ixer üsürdür qabağır Kətiş Xanbala żu at̂t̂ıi var-dövlət ixer sa lıgıld aşə. Ğoa Xanbale Yəhya żu t̂üi sa gada aşə. Xanbale k̇u azır ĥəyvan aşə. Xanbale Sünbül żu at̂t̂ıi sa pşim aşə. Də pşi Xanbalu ixer bijigoeşə. Hinəga Kətişilli adlı-sanlı ĥədminzi Şamaxı k̇ali buĝrur ĥəyvan vaqqındəsu yataği cigəbir aşə. Xanbala ixer inq̂er q̇izağılı k̇inajır Şirvani ərazır hine mal-ĥəyvanışkili hinəne gada Yəhya orkoeşə. Hinəga Yəhyi yəḣiz ink̇ yaş aşə. Hinə üsürdür Şirvanşahi dövlət ixer zəifləmişq̇eşə. Dövləti vergi kajk̇ırğozi ulke cəməḣətu zülüm kireşə. Buto mal-ĥəyvan Şirvanı orkuyə Xanbali Kətiş Sünbül vaqqıneşə. Yəhya Şirvanı lak̂ui k̇urar Qaraqıpçaq ċiri çinə tayfu aid çinə qulduri dəsti Şamaxi torpağır taza lażiğeşə. Yəhye halamxerinzi üstür basqınkoeşə! K̇udu halamxer k̇eşə. Halamım nəşk̇uyə ċipxeşə. Yəhya sa daḣvayıllı yaralı Kətşiş kolu talt̂ıbıjeşə. Px̂u q̇əx totux Yəhya kahiyə Kətiş çatmışq̇eşə. Xanbalu də söbət mux̂uq̇isəx totux Sünbülü givyə Şirvanış kolu latıxk̂uitomə. Xanbala mik̇ilga Şamaxı çatmışk̂uitomə. K̇iye żoa yeẑẑindətomə. K̇iyi hinəş ċiritomə ki: “Kirağ q̇ət̂t̂iga Şirvanşah sülaləli İbrahim żu t̂üiyə sa taza patşah cəməḣəti enğilli bayramıllı sarayır çıkabığşəmə.” Xanbala əstiga sarayır lahiyə şahı ĥədminziş İbrahim şahışkili goruşmuşk̂utomə. Hinəş hu yuk̂uval ċiritomə. İxer k̂ujalkusəx totux hu Şahi qəbulur lajq̂ırtomə. Xanbala sarayır lażığsın şahu baş əymişkuyə hine mal-ĥəyvan hine sürü bılakuval şahış ċiritomə. İbrahim şahi hine ĥədminzu tapşırmışkirtomə ki: “Dax çinə vaxtır ğoa ĥədmi mal-ĥəyvan unk̇uyə hinəş lək̇elun!” Pşoa q̇əx totux İbrahim şahı ĥədminzi Xanbale Mal-ĥəyvan unk̇uyə sağ-salamat Şamaxı çıkak̂uitomə. Xanbali Şahu hinəne minnətdarlıqval mux̂ukirsu hinu ixer bijuk̂ui Sünbül pşi Kətşi cəməḣəti żuvili şahu baxıştamışkirtomə. Hana hinəx totux Kət̂t̂idinzi çıxığozi ıxtılat kireşəmə ki, Əmr Temur Azərbaycani kağısın İbrahim şahiyə hə Sünbül Temur şahu hədiyyə lərtomə. Temuru hinə pşiş ixer xoşu kağizağılı İbrahim şahi Kətşi yaşamışk̂ui əhali dövləti tərəfilli kajk̇ırı bitində vergidişilli azad kirisu əmr lək̇irtomə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Sünbül

 

Qədim zamanlarda Xınalıqda Xanbala adlı var dövləti olan bir kişi var imiş. Xanbalanın Yəhya adlı bir oğlu da var imiş. Xanbalanın iki min heyvanı bir də sünbül adlı bir atı var imiş. Xanbala bu atı çox istəyirmiş. O vaxtlar Xınalığın adlı sanlı adamların Şamaxı şəhərin yanında heyvanları saxlamaq üçün qışlaq yataq yerləri varmış. Xanbala çox yaşlı olduğuna görə qışda Şirvan ərazisinə öz mal-heyvanları ilə öz oğlu Yəhyanı göndərir. Yəhya o vaxt on səkkiz yaşda olubmuş. Həmin dövürlər Şirvanşahlar dövləti çox zəiflənmişdir. Dövlətin vergini yığanlar camaata zülm edirlərmiş. Mal heyvanların hamısını Şirvana göndərən Xanbala Sünbül atını kənddə saxlayıbmış. Yəhya Şirvana gedən yolda Qaraqıpçaq adlı bir tayfaya aid bir quldur dəstəsi Şamaxı torpağına təzə girən Yəhyanın çobanların üstünə basqın edir. Çobanlardan ikisini öldürürlər. Sürünü də sürüb aparırlar. Yəhya yaralanaraq Xınalığa tərəf qayıdır. Beş gündən sonra Xınalığa gəlib çatır. Xanbala bu söhbəti biləndən sonra Sünbülə minib Şirvana tərəf yola düşür. Xanbala axşamüstü Şamaxıya öz qonağının evinə çatır. Gecə orda qalır. Qonağı Xanbalaya deyir: “Bu gün günorta Şirvanşah sülaləsi İbrahim adlı bir təzə padişahı camaat toy bayramla saraya gətirdilər.” Xanbala səhər saraya gedib şahın adamlarına İbrahim şahla görüşmək istədiyini deyir. Çox gözlədikdən sonra şahın qəbuluna düşür. Xanbala saraya girəndə şaha baş əyib onun mal heyvanı oğurladıqlarını danışır. Ibrahim şah tez öz adamlarına tapşırıb deyir: “Qısa bir müddətdə bu insanın mal-heyvanını tapıb özünə qaytarın!” Üç gündən sonra İbrahim şahın adamları Xanbalanın sürüsünü sağ salamat Şamaxıya gətirirlər. Xanbala Şaha öz minnətdarlığını bildirmək üçün öz Sünbül adlı atını Xınalıq camaatın adından şaha hədiyyə edir. Ondan sonra rəvayət olunur ki, Əmir Teymur Azərbaycana gələndə İbrahim şah Sünbülü Əmir Teymura hədiyyə edir. Əmir Teymurun o atdan xoşu gəldiyinə görə İbrahim şaha Xınalıqda yaşayan əhalinin dövlət tərəfindən yığılan bütün vergilərdən azad edilməsinə əmr edir.

 

  1. Atabəy Şəmsəddin Eldənizyə Kət̂t̂id həkim

Şəmsəddin Eldəniz Atabəy patşahi vaxtırdırır çinə müharibər gıran yaralanmış hiyə sarayır çıkak̂uitomə. Ċüt̂t̂on loğmanırzıx, həkiminzix saskirtomə ancax heç kişəş Şəmsəddin Eldəniz Atabəy ksan kink̂uitoyimə. Hinə Atabəylər dövləti paytaxt hinəga Gəncə k̇ala aşə. Hinə üsür Azərbaycan ixer qurağ q̇izağılı cəməḣətiş pşə ċabığrat̂t̂işə. Kətşim hinə üs ixer qurağ q̇eşə. Q̇ula gəşət̂t̂işə, x̂u t̂aq̇at̂t̂işə. Hinə üs ŝuvajır yəḣiz Kət̂t̂id sa dəstə mal-ĥəyvan çek̇uyə hine pulux cəməḣətu li-maq̂a çıkak̂usu k̂uitomə. Hoz sa xilağa vaxtıx totux kafıyə Gəncə k̇alar kabığeşə. Hozi şəhərir lażbığsın lepişq̇alı şəhərir sa ĥədmi żarkiri k̇atk̂oat̂t̂ə ki: “Kşi padişah Şəmsəddin Eldəniz Atabəy xəstəligilli ksan kuq̇alı padişahi buto hinu yijit yerinə yetirmişkirmə.” Ğoz Kət̂t̂idinzi içir Kazım żu t̂üi sa Kət̂t̂id t̂ak̂uitomə. Kazımu güldürüşüllü düskui dərmanışıllı ksan başı çıxmışk̂oeşə. Kət̂t̂idinzu də xəbər kisın hozi dax Kazımış ċiritomə ki: “Va padişah ksan kə! Kiru yijim hinəşilli tençuq̂uyə k̂oa!” Kazım şahı sarayır lak̂uitomə, hine xəstəligişkili marağlanmışk̂uitomə. Xəstəlig mux̂uq̇isəx totux padişahı ĥədminziş ċiritomə ki: “Flan-flan gül t̂əpiyə çıkafın!” Şahı ĥədminzim hə güldür çıkak̂uitomə. Kazım hinedirilli düsku dərman şahu lək̇irtomə. Yəḣiz q̇əx lanṫını şah təmiz ksan q̇uitomə. Şah hinəx totux Kazımyə tu kət̂t̂idinzişkili marağlanmışk̂uitomə. Mux̂uk̂uitomə ki: “Kətiş qurağlığ zağılı dur liyə maq̂ax kabığvalmə.” Şahi dax hozu li lək̇irsu əmr kiritomə. Hanam hoz k̇urar liq̇ırtomə. Hinəx totux Şəmsəddin Eldənizi əmrilli hər suvajır Kətiş cəməḣətu unq̇ul-q̇an qətiri bar li karkirtomə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Atabəy Şəmsəddin Eldəniz və Xınalıqlı həkim

 

Şəmsəddin Eldəniz Atabəyin hakimiyyəti dövründə bir müharibədə ağır yaralanmışdır. Onu saraya gətirirlər. Nə qədər loğmanlar, həkimləri çağırsalar da, heç kim Atabəy Şəmsəddini sağalda bilmirlər. Atabəylər dövlətin paytaxtı o vaxtı Gəncə şəhəri olmuşdur. Həmin il Azərbaycanda çox quraq olduğuna görə camaat çörək tapa bilmirdi. Xınalıqda da o vaxt çox quraq olub, yağış yağmayıbmış və sular qurumuşdur. Həmin il payızda on nəfər Xınalıqlı bir dəstə mal-qaranı satıb o pulla camaata buğda, arpa gətirməyə gediblərmiş. Onlar bir xeyli vaxtdan sonra gəlib Gəncə şəhərinə çatırlar. Onlar şəhərə girəndə görürlər ki, bir nəfər qışqırıraq deyir: “Kim padişah Atabəy Şəmsəddini xəstəlikdən sağaltsa, onun istəklərinin hamısını yerinə yetirəcək” – deyə gəzir. Xınalıqlıların içində Kazım adlı bir xınalıqlı var imiş. Kazımın güllərdən hazırlanan dərmanlardan başı çıxırmış. Xınalıqlılar bu xəbəri eşidəndə tez Kazıma deyirlər: “Sən padişahı sağalt istədiyimizi də alıb gedək.” Kazım şahın sarayına gedir şahın xəstəliyi ilə maraqlanır. Xəstəliyi biləndən sonra şahın əyanlarına tapşırıb deyir: “Siz bu gülləri gətirin.” Şahın adamları bu gülləri gətirirlər. Kazımın otlardan hazrladığı dərmanları şaha verirlər. Şah on gün müddətində sağalır. Şah ondan sonra Xınalıqlılarla maraqlanır. Bilirlər ki, Xınalıqda quraq olub onlar buğda, arpa üçün gəliblər. Şah əmr verir ki, tez onlara buğda verib onları yola salsınlar. Ondan sonra Şəmsəddin Eldənizin əmri ilə hər payızda Xınalıq camaatına səksən qatır yükü buğda göndərilir. Rəvayətlərə görə Atabəy Şəmsəddinin ölümünə kimi bu hal davam edibmiş.

  1. Nadir şahyə Şeyx Seyid

Sa dəstə mıdudədun (Dağlılar: – Dağıstan Ləzgiləri) qılınc-qalxan t̂uviyə silahlanmışfiyə Nadir şahışkili daḣvayu lat̂ırk̂uitomə. Nadir şahı hinəne sa ĥədmi dövlətişkili dövlətval kitonindəsu karkirtomə. “Haq̇allı farın. Dağılmışfarın sure żıtabırır.” Mıdudəğozi Nadir şahi ĥədmi kalla t̂əq̇uyə lat̂t̂ıq̇ırtomə. Hanam Nadir şahi kolu larkirtomə. Nadir şahi səşilli ĥəfşkıyə hinu tabı k̂onundə Mıdudədur basarkirsu K̇alar kak̂uitomə. Seil daḣvayır Mıdudəğozuş basarbıq̂dur basar k̂uitomə, vaẑẑını sa dəstə ĥədmim: – yaralin, xınıbır, ĥəyəlir çəpiyə Buduğ ċiri sor qalk̂uitomə. Buduğlinzi ċiritomə ki: “Yir suru cigə lək̇uyə zur q̇amaşkuq̇alı Nadir şahi yir k̇lidurmə. Mududədur hineli X̂ot qalk̂uitomə. Hinelim X̂otu cəməḣəti hoz vaxırtovimə ki: “Nadir şahu mux̂uq̇q̇alı yir basarkirmə. Mıdudədur çarəsiz vaẑẑındətomə. Hineli Kətşi kolu qalk̂uitomə. Kətşi buĝrur kafiyə Kətşi cəməḣətiş ċiritomə ki: “Ya şiru q̇amaşk̂usu cigə tək̇uiyə yir vaqqına. Ya dam hə-zur yir basarkelun, amma yir Nadir şahi kutaş lək̇əkuvun.” Kət̂t̂idin çatın vəzyətir vaẑẑındətomə. Dur yazığ kak̂uzağlı nə ğozuş vaa ċinink̂utoyimə, nə Nadir şahışıllı ınq̂ıx q̇ıdan dur vaqqınınk̂utovimə. Hinə dövrür Kətiş Şeyx Seyid ċiri sa şeyx t̂ak̂utomə. Kətiş çıxım, misim heç kla Şeyx Seyidi cuğabışıllı lat̂t̂ık̂tovimə. Kətşi inq̂erğozi məsləḣətkirtomə ki: “Ən ksanjı pxi şeyx Seyidişkili məsləḣət kirvalmə. Hini ya liq̇alı hə-hə kitoa. Sa dəstə Kət̂t̂idi inq̂er ĥədmin şeyx Seyidi kolu lak̂uitomə. Lafıyə hinəş ċiritomə ki: “Bəs hər qazıyə vəziyyət hasım at̂t̂əmə. Sa dəstə Mıdudədur kafıyə kire sui buĝrur hecə kirqomə ki, Şiru cigə tək̇uyə yir seil q̇amaşkelun! Yoxsa Nadir şahi yir basarkirmə.” Şeyx Seyidi ċiritomə ki: “Kuçax kabığı k̇iyə dalıx lat̂t̂ıq̇ırval Ğuŝarı qabağır çıxı gunahmə.” Kətşi inq̂erğozi ċiritomə ki: “Hə hanımval şirum mux̂oetmə. Ancaq şiru Nadir şahışıllı ınq̂ at̂t̂əmə.” Şeyx Seyidi ċiritomə ki: “Mıdudədur sure k̇iyənmə. Hoz suri kolu kabığetmə. Hoz zur qarşlamışkə, hozu vaẑẑındəsu cigə lək̇elun! Nadir şah e k̇iyəmə, hu yə qarşlamışkirmə.” Kətişi cəməḣəti hinəx totux Mıdudədur hə-hozu żıtabırır ċipxiyə hozu vaẑẑındəsu cigə lək̇irtomə.

Pogoçu əstiga Kətşi cəməḣətu kılitomə ki, bəs Nadir şahi qoşun Damdam ınk̂i kolu kabığqomə. Ċiritomə ki: “Ya il q̇amaşbiq̇i ĥədmin tək̇elun, ya dam yir heç kişəx lepişində bitini basarkirmə.” Də kisın Şeyx Seyid piyada pşi givində Nadir şahı qabağır lak̂uitomə. Nadir şahu dəxitomə ki, sa ĥədmi hine qoşunuş kolu taləmə. Hinə ĥədmi təlxilyə salam lək̇inṫinni k̂ujalkirtomə. Nadir şahi salam tençuq̂iyə ċiritomə ki: “Vı kla? Uxur ya yuk̂ival? Vı çinəx alğıval?” Şeyx Seyidi ċiritomə ki: “Zı Kət̂t̂idmə. Zı şeyxmə. İ żum Seyidmə.” Nadir şahı ċiritomə ki: “Ux ya yuk̂ival?” Şeyx Seyidi hinəni mux̂ondəğu cigə laĉĉılq̇uyə ċiritomə ki: “Asır Nadir şah dəxi yuk̂ivalmə. Nadir şahi ċiritomə ki: “Nadir şah zımə.” Şeyx Seyid żarıllı xəkinyə ċiritomə ki: “Vı Nadir şahu? Vı Nadir şah!” Gendə xəkindətomə. Nadir şahi hək̇an səşilli yaman ĥəfşkırtomə. Ċiritomə ki: “Asır ya q̇iqoa?” Şeyx Seyidi ċiritomə ki: “Şire cigə kabığıi Mıdudəğozi ċirioşəmə ki, Nadir şah k̇ula ĥədmi ixəvalır, onğ ĥədmi gengvalır çıxı sa pəĥləvanmə. Hanam hini daḣvayır xinimk̇irix, ĥəyəlix, yaralıx kutaş silah t̂ondəğoax ləşkitarimə. Hini ancax silahlanmışfiyə hinəşkili iji-ijər t̂opxunu kaċılmıq̇ırdur yibtarmə.” Də cuğabırdır kisın Nadir şahi xoşu kak̂uitomə. Kolu t̂üi ĥədminzu əmr kuiyə ċiritomə ki: “Ğoa Şeyxu sa pşi, hanam bahalı bəxşiş lək̇elun. Şeyx Seyidişim ċiritomə ki: “Də baxşışırdır hanım zatıxq̇ə ki, Uxur Nadir şahı lək̇ujmə.” Şeyx Seyidi cuğabırdırıx totux hinəni Nadir şahvalım q̇amaşkuyə ordum ċiyə lat̂t̂ıbıjiyə k̂uitomə. Ma hinəx totux Nadir şah sınım Kətiş kak̂utoyimə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Nadir şah və Şeyx Cuneyd

 

Bir dəstə dağlılar qılınc-qalxan götürüb silahlanıb Nadir şahla müharibəyə başlayırlar. Nadir şah özünün bir adamını dövlətlə dövlətçilik eləməzlər deyə göndərir. O, bildirib deyir: “Ağıllı olun. Dağılın öz evlərinə.” Dağlılar Nadir şahın adamın başını kəsib Nadir şahın yanına göndərirlər. Nadir şah bundan qəzəblənib ona tabe olmayan dağlıları qırmaq üçün Qubaya gəlir. Bu döyüşdə dağlılardan qırılan qırılır. Qalan bir dəstə adamlar: – yaralılar, arvadlar, uşaqlarla qaçıb Buduq adlı kəndə gəlirlər. Buduqlular deyirlər: “Biz sizə yer verib gizlətsək Nadir şah bizi öldürəcək.” Çarəsiz qalan dağlılar ordan Qrıza gəlirlər. Orda da Qrız camaatı onların orada qalmasına razı olmurlar. Nadir şah bilsə, bizi öldürəcək. Çarəsiz qalan Dağlılar Xınalığa tərəf gəlirlər. Xınalığın ətrafına gəlib Xınalıq camaatına deyirlər: “Ya bizə gizlənmək üçün yer verin, ya da bizi siz öldürün. Ancaq Nadir şahın əlinə verməyin.” Xınalıqlılar çətin vəziyyətə düşürlər. Bunlara yazıqları gəlir. Nə bunlara yox demirlər, nə də Nadir şahın qorxusundan bunları saxlaya bilmirlər. O dövrdə Xınalıqda Şeyx Seyid adlı bir şeyx var imiş. Xınalıqda böyük, kiçik: – hamı onun sözündən keçmirmiş. Xınalığın ağsaqqaları ən yaxşısı, Şeyx Seyidlə məsləhətləşməkdir,  – deyirlər. O nə desə onu edək. Bir xeyli insan, yaşlı adamlar Şeyx Seyidin yanına gedirlər. Gedib ona deyirlər: “Bir xeyli dağlı bizim kəndin ətrafında müvəqqəti məskunlaşıb. Bizə yalvarırlar ki, bizə yer verin. Bizi gizlədin. Yoxsa Nadir şah gəlib bizi öldürəcək.” Şeyx Seyid deyir: “Qapıya gələn qonağı dala qaytarmaq Allahın qarşısında böyük günahdır.” Xınalıq ağsaqqaları deyirlər: “Onu biz də bilirik, ancaq biz Nadir şahdan qorxuruq.” Şeyx Seyid bunlara deyir: “Dağlılar sizin qonaqlarınızdır. Onlar sizin yanınıza gəliblər. Onları siz qarşılayın. Nadir şahı mən qarşılayacağam mənim qonağımdır.” Xınalıq camaatı dağlıları öz evlərinə aparırlar. Onlara qalmağa ev verirlər. Sabahısı gün Xınalıq camaatı eşidir ki, Nadir şahın qoşunu Dəyirman çayın yanına gəlib. Onlar deyirlər: “Ya burada gizlənən adamları verin, ya da, biz sizin hamınızı qıracağıq. Bunu eşidən Şeyx Seyid Nadir şahın qabağına ata minməyib piyada gedir. Nadir Şah görür ki, bir adam onun qoşununa tərəf gəlir. Bir müddət gözləyəndən sonra, gəlib yaxınlaşıb salam verir. Nadir şah salamı alıb deyir: “Sən kimsən? Sən nə istəyirsən? Sən niyə gəlmisən?” Şeyx Seyid qayıdıb ona deyir ki: “Mən Xınalıqlıyam. Mən Şeyxəm. Mənim adım Seyiddir.” Nadir şah deyir: “Sən nə istəyirsən?” Şeyx Seyid özünü bilməməzliyə verib deyir: “Mən Nadir Şahı görmək istəyirəm.” Nadir şah deyir: “Nadir şah mənəm.” Şeyx Seyid ucadan gülür və deyir: “Sənsən Nadir şah? Sən…!?” – deyə yenədə gülür. Nadir şah indi bundan əsəbləşib deyir: “Mənə nə olub?” Seyid şaha qayıdıb deyir: “Bizim kəndə gələn dağlılar deyirlər ki, Nadir Şah iki adamın uzunluğunda, dörd adam boyda; enliyində bir pəhləvandır. Sonra da o, döyüşdə qadınlara, uşaqlara, yaralı olana, əlində silah olmayana dəymir. O, ancaq, silahlanıb onun qabağına, üz-üzə döyüşənləri öldürür.” Bu sözlərdən Nadir Şahın xoşuna gəlir. Şah yanındakı adamlar əmr edib deyir: “Bu Şeyxə bir at, sonra da bahalı bəxşişlər verin.” Şeyx Seyidə deyir: “Bir də bu hədiyyələri elə hessab et ki, Sənə Nadir şah verib.” Şeyx Seyidin sözlərindən sonra Nadir özü şah olduğunu gizlədib ordusu ilə qayıdıb gedir. Daha ondan sonra Nadir Şah Xınalığa gəlmir.

  1. Fətəli xanyə Ĥətəm

Fətəli xani əmr lək̂oeşə ki: “Şaşi yelağırdırıllı, X̂ırıżdahari qabağırdırıllı mıde ĥəyvan (kəl, ğırç, canavar, pişlə) vaṫırval qadağanmə. Hə cigəbir kirağıllı xani quroğmə.” Hanımzağılı ma heç kla hineldirir ovu k̂oat̂t̂işə. Sa vaxtırdırır Kətşi Müseyib ċiri sa lıgıldım Kətşi mahali çıxıdu aşə. Du Müseyib ixer ksan, rəĥimli, heç kla incitmişkitonundə sa ĥədmi aşə. Hinə Müseyibi t̂üi-t̂ozuği Gülgəz żu t̂üiyə sa q̇inir, sa ĥəyərdə sa rişi aşə. Gülgəzix cürə cigəbirilli, Kətşi hə-hineli ċüt̂t̂on elçi kabığq̇alım hə heç kşu k̂oat̂t̂işə. Çünki Kətşi cəməḣəti nixer vaqqındə Ĥətəm ċiri sa yetim gada aşə. Gülgözu hu yuk̂oeşə. Ĥətəmim Gülgözi derdişilli k̇ıleşə. Ancax “Hu nixervanmə, yetimmə, kasıbmə” ċirzağılı ınq̂ıx q̇ıdan hini Gülgözix elçi larkirət̂t̂işə. Sa q̇ə Gülgözu hot̂ur dədəşilli kılitomə ki: “Bəs şəhərilli çinə varlı cigəlli Gülgözüx elçi kak̂uidurmə. Hoz elçi kak̂u ĥədmin həm ixer varlıdurmə, həm hoz Müseyib ğot̂ur doğman k̂oarmə.” Gülgözu mux̂uq̇i ki, də dəfə zı k̂oat̂t̂imə – liyə zıṫınq̇alım bıyi hə məcbur ləzik̇irdəmə. Dax hini Ĥətəmu xəbər orkurtomə ki: “Ya kirət̂t̂əq̇i sa çarə kə! Yoxsa şə bıyi zı cürəğu ləzik̇irmə.” Ĥətəmi canır fikir lıkırtomə. Kətiş sa ĥörmət̂t̂i gran övliya t̂ak̂uitomə. Hini żu İbrahim baba aşə. Hu Ĥətəm İbrahim babi kolu lahiyə ċiritomə ki: “Zı ve kuçar ĥömürü axırır lağa nukar işləmişk̂udmə. Yə va ya li hə-hə kirijmə. Ancax elçi lahiyə Gülgöz asır tençisq̂ə.” İbrahim babi ċiritomə ki: “Hinəx hanıt̂on cigəbirilli elçi kabığdurmə, heç kşu ləzuk̇dimə həki uxur ləzik̇irdu?” Ĥətəmi ċiritomə ki: “Gülgözum zı yuk̂oarmə. İbrahim baba, Müseyibi viş vaa ċirijmə. Gölgözu elçi lar.” İbrahim baba t̂açiyə Ĥətəmu Gülgöz Bıyişilli tençisq̂irsu k̂uitomə. İbrahim elçi laxsın Müseyib çatınlığır lıkırtomə. Va’a cuğab ċinink̂ondəzağılı fikirləşmişhiyə İbrahim babaş ċiritomə ki: “Madam vı elçi kağat yə viş va’a ċirijimə. Ancax sa şərt at̂t̂ijmə. Gərək Ĥətəmi hə yerinə yetirmiş kirət̂t̂ək̂oa.” İbrahim babi ċirtomə ki: “Yaza ve şərt?” Müseyibi ċiritomə ki: “Ĥətəmi qoçuval as yuxlamışkiri yuk̂oatmə. Pogoçu ovu xə liş. Şaşıllı sa kəl vaṫı çıkarlış. Hana yə Gülgöz hinu ləzik̇irdəmə.” İbrahim baba Ĥətəmiş Müseyibi şərt ċirisu talk̂uitomə. Va lişkuiq̇imiş Fətəli xan istirahət kirisu şaş tərəfir kağıdq̇imiş. Də Müseyibu mux̂uizağılı hu ovu bəhanili orkirtomə ki, yax xanı ĥədminziş lək̇ilkıtoa. Gülgöz ləzik̇tondəsu yax ċix̂toa. Ĥətəm pşi giviyə paga Şaşı antır X̂ırıżdahari qabağışkolu guitomə. Sa çıxı kəl vaṫiyə qilvitorşunu sınım k̇u-pşoa ĥədmi kafıyə üstür düşmüşfiyə Ĥətəm ċix̂irtomə. Hini k̇ılamzır paçad ĉik̇uyə hu ċipxi düz xanı kolu ċiguitomə. Xani çadırıx ləxilbiğsın Ĥətəmu mux̂uq̇itomə ki, də Fətəli xanı çadırval. Fətəli xani Ĥətəmiş sorŝundətomə ki: “Ve xani quroğur ya dalıg at̂t̂ıjı? Uxur hinel k̇atk̂usu kşi icazə lək̇uju?” Ĥətəmi hinəni mux̂ondəsu laĉılq̇uyə ċiritomə ki: “Zı dax-dax Fətəli xani ovu k̇atk̂ui cigəbirir k̇atk̂oarmə. Yə sa cigəbirilli Fətəli xani ula unk̇tarmə. Asır Fətəli xan ixer yuk̂oarmə. Hu kasıbınzı kömək yazığınzı dayağmə.” Sa cuğabırdırış Fətəli xani xoşu kak̂uitomə. Fətəli xani ċiritomə ki: “Bəs uxur xani quroğullu ov vaṫırsu kşi icazə lək̇uju?” Ĥətəmi ċiritomə ki: “Yə hər vıżırış sa əl qalıyə sa kəl vaṫiyə ċizahiyə Kətiş Fətəli xan ğot̂ur bik̇iğozu əĥsan lətarmə. Hinə lık̂aş həm yə, həm Kətiş at̂t̂ıi i ginəgi kasıb-kusubi q̇antarmə. Fətəli xanı sorŝundətomə ki: “Vı kla? Ve sənəḣət yaza? Ya dalıgışkili məşxul k̂oar?” Hətəmi hinəga ċiritomə ki: “Kətşi cəməḣəti nixervanmə. Nə li yeżi ınq̂ırsu sa cigə at̂t̂ıjmə, nəm sa zad. Kasıb, heç kla at̂t̂ondə sa yetimmə.” Xani əmr kuiyə kağaz çıkak̂uitomə. Hinəni kutilli Müseyibi gus məktub şiżi Kətişi mahalı çıxığu orkirtomə. Şiżirtomə ki: “Ĥətəmu Kətşi buĝrullu li, maq̂a yeżirsu sa çıxı cigə lək̇ə.” Hu səx totux Fətəli xanı ən miq̇el ĥədmimə heç kla hinu dəyib-dolaşmış ansi.” Sətkə pul-qızılım lək̇uyə hini vaṫı kəlim hinəş lək̇uyə Ĥətəm lajq̇ırtomə. Müseyib fikirləşmişk̂uitomə ki: “Ĥətəm xani ĥədminziş lək̇ilkıdmə. Ċipx̂uyəm Dərbəndir ċipxidurmə.” Sınım dəxitomə ki, Ĥətəm pşi gus kəl qucağır kak̂oetə.” Xani şiżi məktub Müseyibiş lək̇sun Müseyibi pulor təpər aĉĉık̂uitomə. Müseyibi çarəsiz vəziyətir Gülgöz Ĥətəmu ləzuk̇yə enğ kiritomə. Ĥətəmum sa çıxı cigə li yeżirsu lək̇irtomə. Hinəx totux xanışkili söhbət kuzağılı Kətşi cəməḣəti Ĥətəmiş zarafatıllı Ĥətəm xan liyə saskirtomə. Ĥətəmu lək̇ui inq̂e cigəşim Kət̂t̂idinzi Ĥətəm xani ınq̂e cigə ċitarmə.

Azərbaycan dilinə tərcümə:

 

  1. Fətəli xan və Hətəm

 

Fətəli xan əmr vermişdir ki, Şah yaylaqlarından Qızılqayaya kimi dağ heyvanları vurmaq qadağandır. O yerlər bu gündən sonra şahın qoruq yeridir. Ona görədə hiç kim o tərəflərə ova getmirmiş. O dövürdə Xınalıqda Müseyib adlı bir kişidə Xınalıq mahalının böyüyü imiş. Bu Müseyib çox yaxşı çox rəhimli heç kimi incitməyən bir kişi imiş. Müseyibin olanı bir Gülgəz adlı qəşəng, gözəl bir qızı imiş. Gülgəz üçün başqa yerlərədən, Xınalığın özündən nə qədər elçi gəlsələrdə heç kimə getmirmiş. Çünki Gülgəz Xınalıq camaatın naxırı saxlayan Hətəm adlı bir yetim oğlanı sevirmiş. Hətəmdə Gülgəzi sevirmiş, ancaq o, naxırçıdı, yetimdi, kasıbdı. Deyilənə görə qorxusundan Gülgəzə elçi göndərmir. Bir gün Gülgəz onun babasından eşidib deyir: “Şəhərdən bir varlı yerdən elçi gələcək. O elçi gələn adamlar çox varlı insanlardır, həmdə Müseyib gilin doğmalarıdır.” Gülgəz bilirdi ki, Bu dəfə o, getmirəm desə də, ağlasa da atası onu ona məcburi verəcək. Tez o, Hətəmə xəbər göndərir və deyir “Nə edirsənsə bir çarə qıl, yoxsa atam məni başqasına verəcək.” Hətəmin canına fikir düşür. Xınalıqda hörmətli bir övlüya olub, onun adı da İbrahim baba imiş. Hətəm gedib İbrahim babanın yanın deyir: “Mən səni yanında ömrümün axırına kimi nökər işləyəcəyəm. Sən nə desən onu edəcəyəm. Ancaq elçi gedib Gülgəzi mənə al.” Ibrahim baba deyir: “Ona neçə yerdən elçi gəliblər heç kimə verməyib, sənə verəcək.” Hətəm də deyir: “Gülgəz də məni istəyir. İbrahim baba, Müseyib sənə yox deməyəcəyik. Get Gülgəz üçün elçi.” Ibrahim durub elçiliyə gedir. İbrahim elçi gedəndə Müseyib çətin vəziyyətə düşür. ”Yox” – deyə bilmədiyinə görə fikirləşib İbrahim babaya deyir: “Madam ki, sən elçiliyə gəlmisən, mən sənə yox deyə bilmərəm. Ancaq, bir şərtim var. Hətəmin gücünü mən yoxlamaq istəyirəm. Sabah getsin ova Şahdan mənə heyvan gətirsin, sonra qızımı ona verəcəyəm.” İbrahim baba Hətəmin yanına qayıdır. Hətəmə Müseyibin şərtlərini deyir. Sən demə Fətəli xan istirahətə Şaha gəlibmiş. Bundan da Müseyibin xəbəri varmış. Onu ova bəhanəsi ilə göndəribmiş ki, Gülgəzi verməmək üçün onu tutsunlar. Hətəm səhərisi gün ata minib şaha tərəf yola düşür. Qızıl qayanın qabağında bir heyvanı vurub, dərisini soyanda birdən iki-üç nəfər Hətəmi tutub, əl qolunu bağlayıb düz xanın yanına aparırlar. Xanın çadırına yaxınlaşanda Hətəm bilir ki, bu Xanın çadırıdır. Fətəli xan Hətəmdən soruşub deyir: “Sən xanın qoruğunda neynəyirsən? Sənə kim icazə verib? Hətəm özünü bilməməzliyə verib deyir ki, mən tez-tez şahın gəzdiyi yerləri gəzirəm. Mən bu yerlərdən Fətəli xanın iyini axtarırıram. Mən Fətəli xanı çox istəyirəm. O, kasıbların köməyi, yazıqların dayağıdır. Bu sözlərdən Fətəli xanın xoşuna gəlir. Deyir bəs xanın qoruğundan ov ovlamağa kim icazə verib? Hətəm qayıdıb şaha deyir: “Mən hər ayda bir dəfə gəlib bir heyvanı vurub, aparıb, Xınalıqda şahın ölənlərin ruhuna əhsan verirəm. O ətdən həm mən yeyirəm, həm də mənim kimi kasıb insanlar yeyir. Fətəli xan soruşur: “Bəs sənin sənətin nədir? Sən nə işlə məşğul olursan?” Hətəm deyir: “Mən də kənddə naxırçıyam. Nə buğda əkmək üçün bir yerim var, nə də başqa bir iş. Heç kimim olmayan bir kasıbam.” Xan əmr edir. Kağız gətirilir. Xan öz əli ilə Xınalıq mahalın böyüyü Müseyibin üstünə məktub yazır ki, Hətəmə Xınalığın yaxınlığında arpa, buğda əkmək üçün böyük bir yer verin. O, artıq Fətəli xanın ən yaxın adamıdır. Heç kim ona dəyib dolaşmasın. Bir azda pul-qızıl verib onun vurduğu heyvanıda verib Hətəmi buraxır. Müsayib fikirləşir ki, Hətəmi xanın adamları tutub Dərbəndə aparıb. Birdən görürlər ki, Hətəm atın üstündə qucağında da vurduğu heyvan gəlir. Xanın yazdığı məktubu Müseyibə verəndən sonra Müseyibin gözləri bərəlir. Müseyib çarəsiz vəziyyətdə Gülgəzi Hətəmə verir, toyunu edir. Hətəmə də bir böyük yeri əkin əkmək üçün verir. Ondan sonra xan ilə söhbət etdiyinə Xınalıq camaatı Hətəmə zarafatla Hətəm xan deyə çağırıblar. Hətəmə verilən əkin yerinə Xınalıqlılar Hətəmxan, yəni əkin yeri deyirlər.