BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Təbiət Abidələri

Təbiət Abidələri

“Qırx Abdal baba” pir-inanc yeri

Qırx Abdal baba pir inanc yeri“Qırx Abdul baba” uzunluğu 100 m, daxili eni 5 m, hündürliyi bə’zi yerlərdə 3 və 5 metrdən daha uca olan bir mağaradır. Uzunluğu boyu tavandan təmiz şəffaf sular damcılayır. Xınalıqlılar bu müqəddəs yeri “Kirk per” (damcılı pir) adlandırırlar. Bu müqəddəs məkanı inanc yeri kimi insanlar tərəfindən ziyarət edilir və qorunur. Abidə şimal-şərq istiqamətində Xınalıq kəndindən 1 km məsafədə yerləşir.

 

 

Atəşgah

SAMSUNG DIGITAL CAMERA

Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Burda təbii qaz yandığı üçün Atəşgah adlanır. Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğu üçün Atəşgah müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır. Lakin Atəşgah sərhədə yaxın olduğundan hal-hazırda turistlər xüsusi icazə vərəqi əsasında buraxılır. İcazənin şərtlərini öyrənmək üçün “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğundan məlumat əldə edə bilərsiniz.

 

 

Pilləli daş qayaüstü kitabəsi

Bu abidə Xınalıqdan qərb istiqamətində 3 km məsafədə yerləşir. Bu dar keçidin sol tərəfindən sürətlə axan Qudyalçay, sağ tərəfi isə hündür sıldırım qayadır. Hündür dağ keçidə qalxmaq üçün daşlardan pilləkən tikilmişdir. Pilləkənlərdən sonra kiçik qayaüstü meydança vardır. Meydançanın sağında 3 m hündürlükdə ərəb əlifbası ilə Qur’an ayələrindən biri yazılmışdır. Qur’an ayəsinin qayaya yazılmasının məqsədi sıldırım keçidlərlə gedən yolçuların sağ-salamat mənzil başına çatması üçün xeyir-dua rəmzini daşıyır. Pilləkənli daş zonası ekoturizm üçün cəlbedici və istirahət yeridir.