BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Ganiyeva: Əsli Xınalıq dilində olan mətnlər və onların tərcüməsi

Ganiyeva: Əsli Xınalıq dilində olan mətnlər və onların tərcüməsi

Xınalıqlıların atalar sözləri

Aşağdaı atalar sözləri, Ganiyeva F.A. “Xinalugskiy-russkiy slovar” (Maxaçqala, 2001) kitabından götürülmüşdür. Dil və ədəbiyyat müəllimi Qurban Abdullayev və Frankfurt Universitetinin dilşunası Monika Rind-Pavlovski tərəfindən, bu atalar sözləri müasir Xınalıq əlifbasına çevirilb tərcümə edilmişdir.

Ksan q̇ebir dax lat̂t̂ak̂oarmə, ċir q̇ebir cer.
Yaxşı günlər tez keçər, yaman günlər gec.

Kulakışkili kaği kulakışkilim xi.
Küləklə gələn küləklə gedər.

Çinə yaman q̇e sa ksan q̇əm t̂üijmə.
Bir yaman günün yaxşı bir günü olar.

Əvvəl q̇iq̇ali axırım k̂uijmə.
Əvvəli olsa, axırı da olar.

Kok at̂t̂ondə vişə latkırmə.
Kökü olmayan ağac yıxılar.

Mıżındə p̂arınżışilli bijə k̂oarimə.
Döyülməmiş düyüdən aş olmaz.

Ink̂ad dəryahiş koli zat̂t̂ak̂oarmə.
Çaylar dənizə doğru axır.

Çxi vişe kulgam çxi k̂oarmə.
Böyük ağacın kölgəsi böyük olar.

Taza muk̂uri ksan yoktarmə.
Təzə süpürgə yaxşı süpürər.

Çinə kut̂aş k̇u qarpız ċipx̂ink̂oarimə.
Bir əldə iki qarpız tutmaq olmaz.

Ucuz lık̂e zeğ atk̂ui zadimə.
Ucuz ətin suyu (dadı, ləzzəti) olmaz.

Çx̂u vaz bijik̂oarimə.
Qarın pıçaq istəməz.

Misi nacaği çxi vişə t̂əq̇itarmə.
Balaca balta böyük ağac kəsir.

Ċir xəbər dax kaçkıtarmə.
Bəd xəbər tez çatar (yayılır).

Mik̇ k̇ır cigəlli q̇ulidəmə.
Buz nazik yerdən sınar.

İji at̂t̂iğoaş, asṫarım ċabığirmə.
Üzü olanın, astarın tapar.

Aṫlasyə aği qiymət sajimə.
Atlasla ağın qiyməti bir deyil.

Qarannığ q̇isin, px̂unżur tşə ixer k̂oarmə.
Qaranlığ olanda ulduzlar işıq çox saçar.

Ĥəyardəvalıq̇ıllı baxtlıval ksanjmə.
Gözəllikdənsə bəxt yaxşıdır.

Unk̇ t̂ondə q̇ula gəşt̂arimə.
Duman olmasa yağış yağmaz.

Noxuṫu q̇ula, k̇inazu ınq̇ ksanmə.
Noxuda yağış, üzümə günəş yaxşıdır.

Mıçi vişu gavalım calağ kuisın ċipx̂itarmə.
Alma ağacına gavalını calaq vursalar da, tutar.

Siżirdəji pozmuşkinkuijmə.
Yazını pozmaq olmaz. (Yazıya pozu yoxdur.)

Sırka ĉut̂on tünt q̇iq̇ali həhnəne q̇əçu ziyanmə.
Sirkə nə qədər tünd olarsa, öz qabına ziyandır.

Ĥəcəli macal at̂t̂ijimə.
Əcələ macal yoxdur.

Q̇aq̇al fiċə kundə żili kiri cigə fiċə kinkujimə.
Belin islatmamış əkin yerini islatmaq olmaz.

K̇u xəncəl çinə qinir lobğıntarimə.
İki xəncər bir qında sığışmaz.

Q̇ə q̇inğui x̂u ŝulijmə.
Duz yeyən su içər.

Ya yeżiq̇ağı həhə inq̇irmə.
Nə əkərsən, onu biçərsən.

Çinə budağır ĉuvıyə azır budağ nimżilkirqomə.
Bir budaqda oturub min budağı silkələyir.

Kşi ya ċatkuq̇ali hə hozi q̇amal qalk̂ujmə.
Kim nə doğrasa, o öz qaşığına çıxar.

Cürəğu quyu vebıĝkui, hə vı zıkırmə.
Başqasına quyu qazma, özün düşərsən.

Kşi uxur ksanval kuiq̇ali, hinu yamanval kəkui.
Kim sənə yaxşılıq etsə, ona yamanlıq etmə.

Xeyrili dalıg k̇urq̂intarimə.
Xeyirli iş yaddan çıxmaz.

Nüż lək̇iri arı aralılli mux̂uk̂oarmə.
Bal verən arı uzaqdan bilinər.

Dənəse q̇adır qalk̂ondəsın ixersim q̇adırım qalk̂oarimə.
Azın qədrini bilməyən çoxun qədrini bilməz.

Cəhilvali q̇ədir inq̂er q̇isini mux̂uk̂uijmə.
Cavanlığın qədrini qocalanda bilərsən.

Cəhənnəmi iji zabığındəğu cənnətu inamk̂uidimə.
Cəhənnəmin üzünü görməyən cənnətə inanmaz.

Zəri qiymət zərgəru mux̂uijmə.
Zərin qiymətini zərgər bilər. (Zər qədrini zərgər bilər.)

Çətinval zağındəğu rəĥətvali q̇adır qalk̂ujimə.
Çətinlik görməyən rahatlığın qədrini bilməz.

Kiraği dalıg paga yaxkui.
Bu günün işini sabaha qoyma.

Paçad yurğanıx lepişiyə vixə kə.
Ayağıvı yorğanıva görə uzat.

Acığ kak̂oat – xə, qi x̂u ŝu.
Acığın gəlirsə, get soyuq su iç.

Yik̇ səfər yox̂, çinə səfər t̂əq̇q̇ə.
Yeddi dəfə ölç, bir dəfə kəs.

Xeyri alk̂ui muẑor q̂aŝ axk̇akui.
Xeyri gələn deşiyə çöp soxma.

Aralı ŝulozır, żarżar plor at̂t̂ı ĥədmişilli uzax har.
Tək-tək dişi olan, göy göz insandan uzaq ol.

Qilvıi-qilvıi q̇aji gus mırdar kəkui.
Soyub-soyub (qoyunun dərisini soyanda) quyruğun üstün murdar etmə.

Ve dərd dərd at̂t̂iğoaş liş.
Sən dərdivi dərdi olana söylə.

Mik̇ir təlk̇iq̇uyə q̇aj q̇amaşkəkui.
Ucun çıxarıb quyruğun gizlətmə.

Ĥazır bəhər kulaku lək̇ikui.
Hazır məhsulu küləyə vermə.

Təḣcili ankui, k̇inaj hala vixə atmə.
Səbirli ol, (narahat olma), qış hələ uzun gəlir.

Darıxmışk̂uidu t̂unorır zıkırmə.
Tələsən təndirə düşər.

Təḣcilivalır ċə laşkırmə.
Teləsəndə od düşər.

K̇izə vaṫındə ucağır ċə kəkui.
Dovşanı vurmamış, ocağa od qalama.

Bik̇ində ĥəyvani ṫəsi qilvikui.
Ölməmiş heyvanın dərisini soyma.

Çinə girdəşilli ċə gəşkink̂uijimə.
Bir odundan od qalamaq olmaz.

Çinə ċijiş q̇alça k̂ui zadimə, çinə vişəşim – maşa.
Bir ilmədən xalça olmaz, bir ağacdan meşə.

Çinə kuti ya kink̂uiji?
Bir əl nə edə bilər? (Tək əldən səs çıxmaz)

K̇atk̂ui paçar tikan ək̇ṗitarmə.
Gəzən ayağa tikan batar.

Cürəğoax ṫənidu k̇ula ptaşıllı k̂oarmə.
Özgəsinə ağlayan iki gözündən olar.

Ve baxt kaçali baxt̂işıllı k̂otk̂oa.
Sənin bəxtin keçəlin bəxti kimi olsun.

Fərsiz şil patişahım atansıvı.
Fərsiz oğul padşahın da olmasın.

Zorıllı gəçşi żoa ahi kəsmişkitarmə.
Zor ilə tikilən evi “ah” (nəfs) kəsər.

Żıt k̂ui ŝulozi ksan dərman qalt̂ırvırvalmə.
Ağrıyan dişin yaxşı dərmanı, çıxartmaqdır.

T̂a ıst̂al t̂əq̇q̇iq̇aği, ağrı sajmə.
Hansı barmağı kəssən, ağrı birdir.

Miċə biyarır q̇ə çəçiri
Qara ciyərə duz səpir.

Ṫop bəşval kallu bəlamə.
Qulağın eşitməməyi başa bəladır.

Bəşdu k̇uni xəkintarmə.
Kar iki dəfə gülər.

Kla ixer xəkinq̇ali, hu axırır ṫənidmə.
Kim çox gülsə, o axırda ağlayar.

Kaçali dərman unk̇uq̇ağı əvvəl hinəni kalla ksan kirmə.
Keçəl dərman tapsa, əvvəl öz başını sağaldar (başına tük əkər).

Ĥalva-ĥalva lisilli maŝ żin k̂oarimə.
Halva-halva deməklə ağız şirin olmaz.

Aĉĉıvi cigə ĥalva yuk̂udu.
Yatdığı yerdə halva istəyən

Yuk̂oat̂t̂imə-yuk̂oat̂t̂imə liyə yik̇ alfar q̇inşəmə.
İstəməyə-istəməyə deyib yeddi qutab yedi.

Q̇ət aĉĉıvırğoaş pşə ċabığırdimə.
Gündüz yatan çörək tapmaz.

Pşilli k̇atk̂ui ĥədmi çantar pşə atk̂oarmə.
Atla gəzən adamın çantasında çörək olar.

Sin t̂axkıi pşə səmi ĉimiżtarimə.
Bir dəfə kəsilən çörək yenidən yapışmaz.

Ĉozır aĉĉıvdu, k̇inajir ṫənidmə.
Yazda yatan qışda ağlayar.

Bağıx lepişq̇ali bağ k̂uidəmə, lepişindəq̇ali – mıda.
Bağa baxarsan bağ olar, baxmazsan – dağ.

Baği bıi bağbanmə.
Bağın atası bağbandır.

Pşə dugunkuiğoaş pşə ċabığtarimə.
Çörək itirən çörək tapmaz.

Kuĉar avara k̇atk̂uisəşilli pşə ċabığırdimə.
Küçələri avara gəzən çörək tapmaz.

Mixir ĥazır kuyə k̇inajır q̇andəjmə.
Yayda hazırlayıb qışda yeyərlər.

Kiraği cücə pagayi kux̂uażq̇illi ksanmə.
Bu günkü cücə sabahkı toyuqdan yaxşıdır.

Əstigayi şər sani xeyiriq̇ ksanmə.
Səhərin şəri axşamın xeyrindən yaxşıdır.

Pogoçu x̂ıli kukażıq̇ıllı kirağ x̂ıli k̇az ksanmə.
Sabah bişirilən toyuqdan bu gün bişirilən yumurta yaxşıdır.

Nisyə x̂ıli kukażıq̇ıllı nağdı x̂ıli k̇az ksanmə.
Nisyə bişən toyuqdan nağdı bişən yumurta yaxşıdır.

Bılakui pşe dad at̂t̂ijimə.
Oğurlanmış çörəyin dadı olmaz.

Bılu hanım səĉĉinjmə ki, bitin bıla k̂oa.
Oğru elə bilir ki, hamı oğrudur.

Q̇amaaşılli bılakiri zadi axıri t̂ak̂oarimə.
Gizlin oğurlanan şeyin axırı olmaz.

Q̇en bılakirğui pşim bılakirmə.
Yüyən oğurlayan at da oğurlayar.

Ura zaği şeyṫani ginəgi dugunq̇işəmə.
Dəmiri görən şeytan kimi itdi (gözdən itdi).

At̂t̂ondə can ezrailişim ċağırjimə.
Olmayan canı əzrail tapmaz.

Çirklival cani duşmanmə.
Natəmizlik (kirli bədən) cana düşməndır.

Mırdardu ĥamamırım təmiz k̂oarimə.
Murdar adam hamamda da təmiz olmaz.

Kuti kul rıŝırmə, kuti hana iji rıŝırmə.
Əl əli yuyar, əl sonra üzü yuyar (əl də qayıdıb üzü).

Ĥəyib t̂ondə q̇inir t̂ak̂oarimə.
Ayıb olmasa gözəl olmaz.

Pt̂u zağindəq̇ali iju irə k̂oarimə.
Göz görməsə, üz utanmaz.

Ĥürmət at̂t̂i cigə bərəkətim at̂t̂ijmə.
Hörmət olan yerdə bərəkət də olar.

Çxiğoe cuğabıx leşindədu çxi bəlau kak̂udmə.
Böyük sözünə baxmayan böyük bəlayə düşər.

Ĥədmi żu t̂ırıkırsəq̇illi pil alt̂ırkıq̇alı ksanmə.
Adamın adı çıxınca gözü çıxsa yaxşıdır.

Molli ċiċak q̇antarimə, amma tasıxkusum, piyazım q̇antarmə.
Molla soğan yemir, ancaq göstərəndə, qabığın da yeyər.

Pıli molla maĉĉıgılli talt̂ırq̇ırmə.
Pul mollanı məsciddən çıxarar.

Pulıx ancağ molla vaḣ, buto şərəḣətim t̂uvunkujmə.
Pula ancaq mollanı yox, bütün şəriəti almaq olar.

Kasib k̇ulorşını molli mik̇ir żıt k̂oarmə.
Kasib öləndə mollanın başı ağrıyar.

Molli şax̂ Ğucari yeżak̂oa.
Mollanın qarnını Allah doyursun.

Soe avadanval x̂imişilli mux̂uk̂oarmə.
Kəndin varlığı onun tüstüsündən bilinər.

Kla arağışilli piyan q̇iq̇alı ayılmışk̂uidmə, kla dövlətişilli piyan q̇iq̇alı ayılmışk̂uidimə.
Kim arağdan piyan olsa, ayılacaq; kim dövlət işindən piyan olsa, ayılmayacaq.

Tamaĥkari şax̂ żilarmə, pil żilarimə.
Tamahkarin qarnı doyar, gözü doymaz.

Nuk cürəğoedəq̇i kuna vedəmə.
Saman özgənindirsə, samanlıq sənindir.

Alverçi kasıbval yə varrıval k̇isox totux mux̂uk̂oarmə.
Alverçinin kasıb və ya varlı olması öləndən sonra bilinər.

At̂t̂ısım plor ẑıma k̂oarmə, at̂t̂ondəsım iji.
Olanda (var-dövlət) gözlər qırmızı olar, olmayanda üzü.

Imzi pşə axtarkirmə, toxi – daḣva.
Ac çörək axtarar, tox – dava.

Imzadu toxğoe nukarmə.
Ac toxun nökəridir.

Toxi ımzaş ya xəbər?
Toxun acdan nə xəbəri?

Şax̂ ımza, əgni taza.
Qarın ac, paltarı təzə.

Imza kukażu mik̇er k̇or dəxarmə.
Ac toyuq yuxuda darı görər.

Şalvar at̂t̂ondə ĥədmu mik̇ə bez daxarmə.
Şalvarı olmayan adam yuxuda ağ (parça) görər.

Hinu düşəg antmə, yurğan – ẑoamə.
Onun üçün döşək yerdir, yorğan – göy.

Ĥədmi kasıb q̇isıni k̇ilinzim hini żu k̇urpq̂inkit̂armə.
Adam kasıb olanda, dostları da onun adını yaddan çıxarır.

Borc tençq̂irval rəĥətmə, lak̇irval çətin.
Borc almaq asandır, qaytarmaq çətin.

Borclı borcli sağluğval yuk̂oarmə.
Borclu borclunun sağlığın istər.

Zərəri yarılli talt̂ıbıjırvalım xeyrimə.
Zərərin yarısından qayıtmaq da xeyirdir.

Lək̇pişi cigəlli əjdaha ĥədmimə, hini ung żimiri ungmə.
Baxanda əcdaha kimi görünür, ancaq ürəyi sərçə ürəyidir.

Q̇amilli lək̇ui, unq̂ullu alt̂ırq̇ui.
Qaşıqla verib, sapı ilə çıxartdı.

Ṫali ṗa, ŝulozi k̇ak̇a kiri.
Dodaq öpür, dişlər dişləyir.

Cuğabırdır ksan atmə, ung mırdar atmə.
Sözləri yaxşıdır, ürəyi murdardır (natəmizdir).

Ungumi açar miżmə.
Ürəyin açarı dildir.

Miż ungi açarmə, iji – ĥəynəmə.
Dil ürəyin açarı, üz – güzgüsü.

Żi ĥədmi miż vixə k̂oarmə.
Doymuş (harınlaşmış) insanın dili uzun olar.

Kşi kul boş qoa, hini miżim gijədə.
Kimin əli boşdur, onun dili də qısadır.

Paçaxıllı əxilq̂indu t̂oçk̂udmə, miżilli əxilq̂indu t̂oçk̂uidimə.
Ayağından ilişən durar, dilindən ilişən durmaz.

Vi miż oxur düşmanmə.
Öz dilin özünə düşməndir.

Alimi koli miż vaqqındə, usti koli kul yaqqındə.
Alimin yanında dilini saxla, ustanın yanında – əlini.

Ən ink̇ə tikan hini miżmə.
Ən iti tikan onun dilidir.

Ĥədmi hine cuğabi zamasi k̂oarmə.
Adam öz sözünün sahibi olar.

Lıgıldi cuğab sa k̂oarmə.
Kişinin sözü bir olar.

Cürəğoe cuğab ĉıĝakui.
Başqasının sözün çeynəmə.

Cuğab px̂i çık̇a.
Sözü bişir, danış.

Hini e cuğab paçi rıçi lat̂t̂axişəmə.
O mənim sözlərimi ayağı ilə tapdalayıb keçdi (saya salmadı).

Ŝuli cigə çık̇ıri cuğabıx ṫop ĉaxınkui.
İçki məclisində deyilən sözlərə qulaq asma.

Loti miż lotu mux̂uk̂dəmə.
Lotunun dilini lotu bilər.

Düz cuğabi ungumur maŝ liq̇tarmə.
Düz söz ürəyi deşər.

Haq̂ cuğab q̇al k̂oarmə.
Düz söz acı olar.

Dabxeri iji ẑıma k̂oarmə
Yalan danışanın üzü qırmızı olar.

Mux̂uival k̇iyəmə, haq̇ıl zamasimə.
Bilmək qonaqdır, ağılsa yiyəsi (sahibi).

Haq̇ıl yaşır vaḣ, kallar atk̂oarmə.
Ağıl yaşda yox, başda olar.

Ĥaq̇ıl kallar t̂ak̂oarmə, ṗaṗaxır vaḣ.
Ağıl başda olar, papaqda yox.

İxer mux̂uği dənə çık̇tarmə.
Çox bilən az danışar.

Ċağıdu ĥaq̇ılli k̂oarmə, dugunkudu maylın.
Tapan ağıllı olar, itirən dəli.

Uxur sajı mux̂oetmə, sajı vaḣ.
Sən birin bilirsən, birin yox.

İxer lik̇uvğu ixer mux̂uk̂oarimə, ixer k̇atğığu ixer mux̂uk̂oarmə.
Çox oxuyan çox bilməz, çox gəzən çox bilər.

Tşə lıktorşını ŝuxamır at̂t̂ığu mux̂uk̂oarmə.
İşıq açılanda dəyirmanda olan (dəyirmançı) xəbər tutar. (bilər)

Cəməḣəti ptaşıllı altışk̂uidu çxi k̂oarimə.
Camaatın gözündən düşən böyüməz (vəzifəyə getməz).

Usal ĥədmu sa vahna yuk̂ui.
Fərsiz insan bir bəhanə istər.

Tünt ĥədmi dax inq̂er k̂oarmə.
Əsəbi adam tez qocalar.

Sa put q̇ə q̇inində ĥədmi mux̂uk̂ui zadimə.
Bir put duz yeməmiş adamı tanımaq olmaz.

Mıda mıdu rastkabığındəq̇aği, ĥədmi ĥədmu rastkak̂udmə.
Dağ dağa rast gəlməsə, insan insana rast gələr.

Həhnəni təḣrif kiri ust̂a ust̂a yimə.
Öz-özünü tərifləyən usta, usta deyil.

Həhnəne q̇urobışıllı hinu zurne sas kıliqoyimə.
Özünün nağara səsindən zurnanın səsini eşitmir.

Həhnənu ĥürmət kitondə ĥədmu ha hot̂ur bıyim mux̂uidimə.
Öz-özünə hörmət qoymayan adam öz atasın da tanımır.

Əgni insan ksan taŝıxkirmə, pşi igid.
Paltar insanı yaxşı göstərər, at igidi.

İgid igidiĉĉini k̇ılarmə.
İgid igid kimi ölər.

Vətənir kaği – imanır kaği.
Vətənə gəldim – imana gəldim.

Lıgıld çinə nubu k̇ılarmə, qurxağ pan nubu.
Kişi bir dəfə ölər, qorxaq yüz dəfə.

Hər ṗaṗax nişğoaşilli lıgıld k̂ui zadimə.
Hər papaq geyəndən kişi olmaz.

Lıgıld ṫənarimə, lıgıldi dalıg kit̂armə.
Kişi ağlamaz, iş görər.

Ksan pşi, ixer pul, q̇inir rişi, q̇inir xinimk̇ir lıgıldi mık̇u bəlamə.
Yaxşı at, çoxlu pul, gözəl qız, gözəl arvad kişinin başına bəladır.

Ŝsı ŝsu daldamə.
Qardaş qardaşa arxadır (dayaqdır).

Cer kaği k̇iyi həhne pşə gərəg çıkak̂otk̂oa.
Gec gələn qonaq gərək özünə çörək gətirə.

Sas kundə k̇iyə yokundə cigə ĉuvtarmə.
Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.

Sas kundə k̇iyi hinəne barışilli q̇antarmə.
Çağırılmamış qonaq öz yükündən yeyər.

Ksan k̇ili yaman q̇ə lazım k̂oarmə.
Yaxşı dost yaman gündə lazımdır (tanınar).

Yalğuz vişə maşarım t̂aansıvi.
Yalqız ağac meşədə də olmasın.

K̇ili kallax lək̇iştarmə, düşman – ink̂əx.
Dost başa baxar, düşmən – ayağa.

Dost ĥədmi ijix ək̇iştarmə, düşmani kalla musod kit̂armə.
Dost adamın üzünə baxar, düşmən başını aşağı salar.

Ĥədmi ijix leştarmə, ĥayvan – kut̂ax.
İnsan üzə baxar, heyvan – ələ.

Hər sor sa dost ċix̂ə.
Hər kənddə bir dost tut.

Pan manatıq̇ıllı sa dost ksanmə.
Yüz manatdansa bir dost yaxşıdır.

Qonşıx xəkinkui, mık̇ıi kikujmə.
Gülmə qonşuya, gələr başıva.

Uzağır t̂üi qovumuq̇ıllı miq̇elir t̂üi qonşı ksanmə.
Uzaqdakı qohumdan yaxındakı qonşu yaxşıdır.

Qonşı ksan q̇iq̇ali, baylağ rişim lıgıldu k̂uidəmə.
Qonşu yaxşı olsa, kor qız da ərə gedər.

Qonşılli xinimk̇ir skuğui ung dinc k̂oarimə.
Qonşudan arvad alanın ürəyi dinc olmaz.

Żoa unk̇ursəq̇illi qabağır qonşu unk̇oa.
Ev tapmazdan əvvəl, qonşu tap.

Ure şalam nişiyə argab unzuk̇a.
Dəmir çarıq (ayaqqabı) geyinib nişanlı axtar.

Kşi dax żınas sk̂uidəq̇i, kla dax mişelli t̂oçğudq̇i paşman k̂uidimə.
Kim tez gəlin getiribsə, kim tez yuxudan dursa, o peşman olmaz.

Lıgıldyə xinimk̇ir çinə boyunduruği lix̂iziĉĉindurmə.
Ərlə arvad bir boyunduruqda olan öküz kimidirlər.

Żoa kant̂ırk̇ırdəm xinimk̇irmə, gəçşirdəm.
Ev dağıdan da arvaddır, tikən də.

Bəd xinimk̇ir at̂t̂i żoa cənəhhəmu uxşaşmə.
Bəd arvadın evdə olması cəhənnəmə bənzəyir.

Baylağ lıgıldu çirkin xinimk̇ir qismət k̂oarmə.
Kor kişiyə çirkin arvad qismət olar.

Bıi k̇isını çinə səfər yetimmə, dədə zik̇isını – yik̇ səfər.
Ata öləndə bir dəfə yetimsən, ana öləndə – yeddi dəfə.

Rişiş ċiretmə, żınasu yax kıla.
Qıza deyirəm, gəlin eşitsin.

Çxi-misi at̂t̂ondə żoa barakatım at̂t̂ijimə.
Böyük-kiçik olmayan evdə bərəkət olmaz.

Ĥəyəl at̂t̂ondə żoa x̂u at̂t̂ondə zoxiĉĉin k̂oarmə.
Uşaq olmayan ev, susuz dəyirman kimidir.

Ĥəyəl t̂üi żoa bazarmə, at̂t̂ondə żoa ziyartmə.
Uşaq olan ev bazardır, olmayan ev qəbir.

Ĥəyəl təmiz şüşəmə, va hinel t̂a rang zix̂uq̇ali hini hə rang t̂uvurmə.
Uşaq təmiz şüşədir, sən ona hansı rəngi sürtsən, o həmin rəngi götürər.

Bala nüżiq̇illi żin k̂oarmə.
Bala baldan şirin olar.

Żoe yaraşığ ĥəyəlmə, sifrə yaraşığ – k̇iyə.
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq.

Ĥəyəl lahandır, liq̂ez çotır at̂t̂orşını vərdiş kirval lazımmə.
Uşağı beşikdə, buzovu sicimdə vərdiş etmək lazımdır.

Żoe cuğab ĥəyəlişilli sorŝına, soe cuğab maylınışılli.
Evin sözünü uşaqdan soruş, kəndin sözünü dəlidən.

Hə enğ t̂ak̂uijmə ki, maylın at̂t̂ondə?
O toy yoxdur ki, dəli olmasın.

Maylınışkili ṫar veżinkui zad vimə.
Dəli ilə razılaşmaq olmaz (dostluq etmək olmaz)

Maylıni hilamım maylınmə.
Dəlinin eşşəyi də dəlidir.

Axmağ axmağu rastkağşəmə.
Axmaq axmaqla rastlaşar.

Axmaği hine axmağval gıli t̂uvur zadimə.
Axmaq öz axmaqlığını boynuna alan deyil.

Axmağ ĥədmi tüküşilli t̂ohla düz kitarmə.
Axmaq insan tükdən ağac düzəldər.

Ĥaq̇ılsızu gündə ĥəyidmə.
Ağılsıza (dəliyə) gündə bayramdır.

Hilamış bıi ċirijmə ınk̂allı lat̂t̂ınṫıni.
Eşşəyə çaydan keçənə kimi ata deyərlər.

Hilami vəç t̂abıq̇əşin nixerir mal vaxirdişəmə.
Eşşəyin buynuzu olsaydı, naxırda mal qoymazdılar.

Hini lik̇uvunṫıni hilami q̇aj antıx zaçıxkırmə.
O oxuyana kimi eşşəyin quyruğu yerə çatar.

Hilam bik̇iq̇ali, hine cigə spi ċix̂irmə.
Eşşək ölsə, yerini balası tutar.

Ĥəciz hilami k̇udu gebitarimə.
Aciz eşşəyə ikisi minməz.

Maq̂a ixer biq̇i hilami təpig fatkit̂armə.
Arpası çox olan eşşək şıllaq atar.

Pşi at̂t̂ondə cigə hilamım pşimə.
At olmayan yerdə eşşək də atdır.

Hilami gus yəhər ĉəşsəşilli hinəş pşi k̂uidimə.
Eşşəyin belinə yəhər qoymaqla ondan at olmaz.

Pşilli tenciğdu hilami givtarmə.
Atdan düşüb eşşəyə minər.

Ksan k̇atk̂ui pşi hinənu ċuċon t̂uvtarimə.
Yaxşı gəzən at özünə qırmaç götürməz.

Cürəğoe pşi güvdu yarı k̇urar tencik̂oarmə.
Başqasının atına minən yarı yolda düşər.

Cürəğoe pşi güvdu q̇arışır tencik̂oarmə.
Başqasının atın minən bataqlığa düşər.

Imza pşi q̇en ĉıĝtarmə.
Ac at yüyənini çeynəyər.

Pşi bijik̂ui pi bijik̂ondə ĥədmi.
At istəyən, peyini istəməyən adam (Atı istəyir, peyindən qaçan adam).

Baxşkiri pşi ŝulozıx lepiştarimə.
Bəxşəyiş (hədiyyə) atın dişinə baxmazlar.

Nin at̂t̂ondəsın nuk̇ur ovu lat̂ırk̂oarmə.
Pişik olmayanda, siçan ova çıxar.

Əgər nini qənətirdir t̂aq̇q̇əşin, hinəga hini quşurduri tum t̂əq̇q̇irdəşəmə.
Əyər pişiyin qanadı olsaydı, onda o quşların kökünü kəsərdi.

Havayi nini nuk̇ur ċipx̂itarimə.
Pişik siçanı havayı tutmur.

Nin vaqqıntarmə nuk̇ur ċipx̂irsu.
Pişik saxlayarlar siçan tutmaq üçün.

Pxri hinəne yesi, nini żoa k̇urq̂intarimə.
İt yiyəsini yaddan çıxarmaz, pişik – evini.

Hasım ĉebisəq̇illi puxru k̇aċın k̇uiq̇alı ksanmə.
Belə oturmaqdansa, itə daş atsaq yaxşıdır.

Dalı at̂t̂i pıxri gra basmişkirdəmə.
Arxalı it qurdu basar.

Zamasi at̂t̂ı puxri ksan ċipx̂tarmə.
Sahibi olan it yaxşı tutar (dişləyər).

Żoe bılax pxra şipq̇itarimə.
Ev oğrusuna it hürməz.

Pxra şipq̇irtomə, karvan k̂uiqomə.
İt hürər, karvan keçər.

Ink̂i pxra ċik̂oarimə.
Çay iti aparmaz.

Pxre ĥəcəl kəxilğisin, kalla yesi ink̂er zat̂ırk̇ıtarmə.
İtin əcəli gələndə, başını yiyəsinin ayağına sürtər.

Pıxri pıxri ank rıçtarimə.
İt itin ayağın basmaz.

Giru k̇iyə lar, pxram vişkili ċilar.
Qurda qonaq get iti də özünlə apar.

Gıru ċuval tapşırmışkinkuidimə.
Qurda qoyunu tapşırmaq olmaz.

Gıraşilli ınq̂k̂uiğu ċuval vaqqıntarimə.
Qurtdan qorxan qoyun saxlamaz.

Ċuvali yə gıri çinə novırılli x̂u ŝuli zadimə.
Qoyunla canavar eyni nohurdan (quyudan) su içməz.

Dəvi t̂a cigə düz q̇iji, q̇aq̇al düz k̂uisu.
Dəvənin düz yeri hansıdır ki, beli düz olsun?

Ya dəvə k̇ılidəmə yadam dəvəçi.
Ya dəvə öləcək, ya da dəvəçi.

X̂u ŝulorini k̇azım ləşkitarimə.
Su içəndə ilan da vurmaz (toxunmaz).

K̇ıże x̂ırıżsum miċəsum nəḣlət.
İlanın ağına da, qarasına da lənət.

K̇ıżi yetğu alacə çotışilli ınq̂ kujmə.
İlan vuran ala çatıdan qorxar.

Żin miżi k̇az yuvalli qalt̂ırvırmə.
Şirin dil ilanı da yuvadan çıxarar.

Mali x̂u ŝuvsun al kuijmə, k̇ıżi x̂u ŝuvsun – zəhər.
İnək su içəndə süd olur, ilan su içəndə – zəhər.

Qamaru zaği k̇or qalt̂ırk̂uijimə.
Qarğanın gördüyü toxum çıxmayacaq.

Bik̇i candaki gus qamar kilk̂uqomə.
Ölən cəmdəyin üstünə qarğa yığışar.

Ĉoz lat̂ırbıği żol k̇ılarimə.
Yaza çıxan keçi ölməz.

Əgər halamxeri gövül atq̇iq̇ağı takaşilli eng ċix̂irmə.
Əyər çobanın könlü olsa, təkədən pendir tutar.

Gımaşilli sa ċar təlk̇ivirval xeyrimə.
Donuzdan bir tük də qoparmaq xeyirdir.

Gıma dəxi-dəxiyə hu gımax k̇atk̂uiqomə.
Donuzu görə-görə o donuzu axtarır.

Balığ x̂ınılli qaltışbıği ĥələtir k̇ılarmə.
Balıq sudan çıxan kimi ölür.

Dayaz ınk̂ar balığ atk̂oarimə.
Dayaz çayda balıq olmaz.

Vı pişləq̇i, zı vi q̇ajmə.
Sən tülkisənsə, mənsə sənin quyruğun.

K̇izə ĥarabilli ċipx̂in k̂uidəvimə.
Dovşanı araba ilə tutmaq olmaz.

Ŝuvaji cücəş xoruz k̂oarimə.
Payız cücəsindən xoruz olmaz.

Q̇urq̇ori ağzır x̂u ak̂usəşilli ınq̂zaği iş çık̇tarimə.
Qurbağa ağzına su getməsindən qorxaraq söz danışmaz.

Hinəne żoe nuk̇urum həhnənu sa aslanmə.
Öz evinin siçanı özünə görə bir aslandır.