BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Dini Abidələr

Dini Abidələr

Əbu Müslüm cümə məscidi

Abumuslum cume mescidi

Xınalıq kəndinin ən hündür yerində yerləşən Əbu Müslümün adını daşıyan cümə məscidinin tarixi təx. IX əsrin sonu X əvvəllərinə aid edilir. Əldə edilmiş məlumata görə Dərbənd hakimi Hişamın qardaşı Əbu Müslüm bütün Dağıstan və indiki Azərbaycanın şimal-şərq ərazisindəki kəndlərə islam dinini yaymış və məscidlər tikmişdir. Əbu Müslüm məscidinin də o vaxt tikildiyi ehtimal olunur. Məscid 2000-ci illərdə qəzalı vəziyyətə düşsədə 2012-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa olunub.

Pirə Comərd türbə-məscid

Pirə-Comərd məscidiPirə-Comərd türbə məscidinin tarixi təxminən VII əsrə aid edilir
Həmin binadakı türbə islamdan qabaq olub, Xınalıqlıların atəşpərəst dininə aid ayinlərin keçirdiyi məbəd kimi yaddaşlarda qalıb. İslam dini qəbul ediləndən sonra atəşpərəst məbədi diqqətdən kənarda qalmış, daha sonra məbəd Comərd tərəfindən bərpa edilmiş və ona bitşik məscid tikilmişdir. Comərdin qəbri də tikilinin daxilindədir. Xınalıqlılar həmin hissəyə zülmətxana (qaranlıq yer) deyirlər. Ona görə ki, kiçik sərdabəyə işığın düşməsi üçün pəncərə və baca qoyulmayıb. Bu qapalı sərdabəyə işığın düşməsi, yaxud qəbirin açıqda olması ruhun narahat olmasına və allah tərəfindən onu narahat edən insanları cəzalandıracağına inanırdılar. Hal-hazırda Pirə-Comərd türbə məscidi tam fəaliyyət göstərir.

Xıdır Nəbi türbə-məscid

Xıdır nəbi məscidiXıdır-Nəbi türbə-məscidi XVI əsrə aiddir. Xıdır Nəbi islam dininin ruhanisi olaraq evdə mədrəsə açaraq dini dərs keçmişdir. Ərəb dilini mükkəmməl bilmişdir. Müdrik şəxs olaraq ruhanilik ilə bərabər təbiblik etmiş, dişlərin çıxarılması və müalicəsi üçün bizə gəlib çatmayan vasitələrlə, yəni Xınalıq ərazisində bitən bitki və otlardan dərman düzəldərək diş ağrılarını kəsmişdır. Xıdır Nəbi vəfat etdikdən sonra onu kəndin yaxın yerində, hündür təpənin üstündə basdırmışlar. Sonradan onun dərs keçdiyi tələbələr qəbrin üstünü tikili vasitəsilə türbəyə çevirmişlər.Türbənin içərisində təkcə Xıdır Nəbinin qəbri var.  Uzun dövrlər ərzində Xıdır Nəbi türbəsi güclü inanc yeri olmuş və türbəyə bitişik məhəlli məscid tikilmişdir. Xıdır Nəbini xalq “diş qəbri”, “mıx piri” adlandıraraq dişlərin ağrısını kəsmək üçün türbədəki tək ağacın üstünə at mıxını vuraraq nəzir verirlər. Xıdır Nəbi türbə-məscid əsrlər boyu olduğu kimi hal-hazırda da inanc yeridir. Xıdır Nəbi türbə-məscidi 2012-ci ildə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu tərəfindən bərpa olunub.

Şeyx Şalbuz türbə-məscidi

Şeyx-Şalbus məscidiŞeyx Şalbuz türbə-məscidi XVII əsrə aiddir. Bu türbə-məscid Aşağı məhəllədə yerləşir. Şeyx Şalbuz islam dinini mükəmməl bilmişdir. Həmçinin Ərəb dilini bilmişdir. Şeyx mədrəsə açmış, bir çox tələbə yetişdirmişdir. Onun haqqında xalq arasında çoxlu rəvayətlər hələdə söylənilməkdədir.

İsrafil Baba türbə-məscid

İsrafil baba türbə- məscidiİsrafil Baba türbə-məscidin təx. XVIII əsrə aid etmək olar. Bu türbə-məscid Çuxur məhlədə yerləşir, Xınalıqlıların güclü inam yerlərindən biridir. İsrafil Baba ərəb dilini bilərək islam dini ruhanisi olmuşdur. Evdə mədrəsə açaraq dini dərs keçmişdir. Şərq təbabətini bilmiş, tibbnamələrdən istifadə etmişdir. İsrafil Baba Xınalıq ərazisində bitən bitkilərdən dərmanlar düzəldərək insanlarda olan zahiri yaraları müalicə etmişdir. İsrafil Baba vəfat etdikdən sonra onun qəbrinin üstünü tağvarı, ovalşəkilli formada tikərək türbəyə çevirmişlər. Zahiri yaraları olan insanlar onun qəbrindən torpaq götürərək yaralarına sürtərək şəfa tapırlar. Sonralar türbəyə bitişik məhəlli məscid tikilərək İsrafil Baba məscidi adlandırılmışdır. Türbənin ətrafında kiçik qəbristanlıq vardır. 2011-ci ildə “Xınalıq”Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu tərəfindən bərpa olunub.

“Aşağı məhəllə” məhəlli məscidi

Aşağı məhəlli məscidiBu məscid Gadaxe məhəlləsində yerləşir. İçində türbə, ətrafında qəbirlər yoxdur. Bu məhəllə məscididir.

Möhüc Baba türbəsi

Möhüc baba türbəiMöhüc Baba türbəsi XVIII əsrə aiddir. Möhüc Baba islam dininin təbliğatçısı və mədrəsə açaraq Qur’an dərsləri deyən şəxs olmuş və ərəb dilini bilmişdir. Məlumatlara görə fenomen olaraq əllərində biocərəyan olmuşdur. Xəstələri bitkilərdən hazırladığı dərmanlar ilə müalicə etmişdir. Möhüc Baba vəfat etdikdən sonra onun qəbri üstünə türbə tikərək inanc yeri kimi qəbul edilir. Hal-hazırda Möhüc Baba türbəsi insanlar tərəfindən ziyarət edilir.

 

Cabbar baba türbəsi

SAMSUNG DIGITAL CAMERA

Cabbar Baba türbəsi XVII əsrin sonu XVIII əsrin əvvəllərinə aiddir.Abidə Xınalıq kəndindən aralıda 200 m şərqində yerləşir.

Əhməd Əfəndi türbəsi

Əhməd əfəndiBütün türbələrlə müqayisədə Əhməd Əfəndi türbəsi ən sonuncu və cavandır. Əhməd əfəndi XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamışdır. İslam dininin təbliğatçısı və mədrəsə açaraq Qur’an dərsləri deyən və ərəb dilini bilən şəxs olmuşdur. İnsanlar müəyyən problemləri olanda Əhməd Əfəndiyə müraciət etmiş, ondan dualar almış və müdrik məsləhətlərindən faydalanmaşdır. Əhməd Əfəndi türbəsi Aşağı məhəllə qəbristanlığındadır. Əvvəllər qəbrin üstündə türbə olmamışdır.

İbrahim Xəlil hücrəsi

ibrahim Xəlil hücrəsiİbrahim Xəlil hücrəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid olması təxmin edilir. Bu tikili hücrə Xınalıq şimal isqamətində 5 km məsafədə yerləşir. Hücrə Dəyirmançayın sol tərəfındə tikilmişdir. Rəvayətə görə İbrahim Xəlilə yuxuda həmin yamacın çuxur yerində hücrə tikməyi və günə bir xurma yeməklə hücrədə 40 gün allaha ibadət etməyi mələklər hökm etmişlər.İbrahim Xəlil dindar olduğu üçün həmin yerdə şərq üslublu türbə tikir, beləliklə 40 gün gündə bir xurma yeməklə hücrədə Qur’an oxuyaraq allaha ibadət edir. Qırxıncı gün mələklər yenə də İbrahim Xəlillə əlaqəyə girib onun ibadətini, dualarını allahın qəbul etdiyini və ona övliyalıq verdiyini bildirir. İbrahim Xəlil artıq insanların taleyini oxuyur olacaq hadisələri əvvəlcədən xəbər verirdi. İnsanlar İbrahim Xəlildəki qeyri-adi xüsusiyyətə görə onu övliya və müqəddəs şəxs kimi qəbul ediblər. İbrahim Xəlil vəfat edənə qədər hücrəyə gedərək allaha ibadət etmişdir.