BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Əlifba

Əlifba

Xınalıq əlifbası

İndiki Xınalıq əlifbasında 39-u samit, 9-u sait olmaqla 49 hərf var.  Bu əlifba hərflərin Azərbaycan tələffüzünün bazasında tərtib olunmuşdur, lakin Xınalıq dilində samit fonemlər Azərbaycan dilindən çoxdur. Ona görə də, Xınalıq əlifbasında iki diakritik işarədən: nöqtə işarəsindən və şapka işarəsindən istifadə edilir. Hərfin üstündəki nöqtə işarəsi partlayan xırtdək səsləri və faringal cingiltili frikatif səsi üçün istifadə olunur. Şapka işarəsi isə bütün başqa Azərbaycan tələffüzünə oxşayan, amma eyni olmayan səslər üçün: nəfəssiz samitlər, bəzən diftonglar, velar cingiltili frikatif və faringal cingiltisiz frikativ üçün istifadə olunur. Bu hərflərdən əlavə, apostrof işarəsi glottal cingiltisiz partlayan səsi üçün istifadə olunur.

Aşağdakı cədvəllərdə Xınalıq dilinin fonemlərini və onların hərf işarələri göstərilib:

  1. Saitlər
İncə saitlər Qalın saitlər
Dodaqlanmayam Dodaqlanan Dodaqlanmayam Dodaqlanan
Qapalı i ü ı u
Yarımçıq qapalı e ö o
Yarımçıq açıq ə
Açıq a

 

Uzun saitlər iki hərf ilə yazılır.

  1. Samitlər
Artikulyasiya sahəsi Artikulyasiya metodu Partlayan Frikatif Afrikat Sonant
Labial

(dodaqlar ilə yaranmış səslər)

Cingiltisiz Nəfəsli p f
Nəfəssiz
Partlayan xırtdək
Cingiltili b v m
Dental

(dilin ucu ön dişlərə toxunaraq yaranan səslər)

Cingiltisiz Nəfəsli t s ŝ
Nəfəssiz
Partlayan xırtdək ż
Cingiltili d z l, n, r
Alveolar

(dilin ucu damağın ön tərəfi, diş oturan ətin arxa tərəfinə toxunaraq yaranan səslər)

Cingiltisiz Nəfəsli ş ç
Nəfəssiz ĉ
Partlayan xırtdək ċ
Cingiltili j
Palatal

(dilin orta hissəsi damağın bərk tərəfinə toxunaraq yaranan səslər)

 

Yarımsait

y
Velar

(dilin orta hissəsi damağın yumşaq tərəfinə toxunaraq yaranan səslər)

Cingiltisiz Nəfəsli k
Nəfəssiz
Partlayan xırtdək
Cingiltili g ĝ
Uvular

(dilin arxa hissəsi əmziyə toxunaraq yaranan səslər)

Cingiltisiz Nəfəsli x
Nəfəssiz q
Partlayan xırtdək
Cingiltili ĝ
Faringal

(boğaz əmziyinin alt hissəsində sıxılmanın yaranması nəticəsində yaranan səslər)

Cingiltisiz ĥ
Cingiltili
Laringal

(qırtlaq yerində sıxılmanın yaranması nəticəsində yaranan səslər)

Cingiltisiz h
Glottal

(səs tellərinin yerində

sıxılmanın yaranması nəticəsində yaranan səslər)

Cingiltisiz

(apostrof)

Uzun samitlər iki hərf ilə yazılır.

Bu əlifbanı kompterdə yazmaq üçün xüsusi proqram ilə (məsələn “Microsoft Keyboard Layout Creator”) uyğun bir klaviatura yaradılmışdır. Bütün hərflərin yazılması Unicode sisteminə uyğun riayət edilir. Ona görə bütün Yunikod (Unicode) sistemindən istifadə edən proqramlarda yazılması mümkündür (Microsoft Office proqramlarda, internet browserlərdə, Facebookda və s.). Aşağdakı cədvəl, Xınalıq əlifbasının hərflərinin Unicode sisteminə aid olan kodlaşdırılmanı göstərir:

Böyük hərf Yunikod (Unicode) Kiçik hərf Yunikod (Unicode)
A 0041 a 0061
B 0042 b 0062
C 0043 c 0063
Ç 00c7 ç 00e7
Ĉ 0108 ĉ 0109
Ċ 010a ċ 010b
D 0044 d 0064
E 0045 e 0065
Ə 018f ə 0259
F 0046 f 0066
G 0047 g 0067
Ğ 011e ğ 011f
Ĝ 011c ĝ 011d
H 0048 h 0068
Ĥ 0124 ĥ 0125
1e22 1e23
X 0058 x 0078
0058 + 0302 0078 + 0302
I 0049 ı 0131
İ 0130 i 0069
J 004a j 006a
K 004b k 006b
004b + 0302 006b + 0302
004b + 0307 006b + 0307
Q 0051 q 0071
0051 + 0302 0071 + 0302
0051 + 0307 0071 + 0307
L 004c l 006c
M 004d m 006d
N 004e n 006e
O 004f o 006f
Ö 00d6 ö 00f6
P 0050 p 0070
0050 + 0302 0070 + 0302
1e56 1e57
R 0052 r 0072
S 0053 s 0073
Ŝ 015c ŝ 015d
Ş 015e ş 015f
T 0054 t 0074
0054 + 0302 0074 + 0302
1e6a 1e6b
U 0055 u 0075
Ü 00dc ü 00fc
V 0056 v 0076
Y 0059 y 0079
Z 005a z 007a
1e90 1e91
Ż 017b ż 017c
2019

 

Xınalıq dili əlifbasının yaradılması tarixi

Xınalıq dili əlifbasının ilk nümunəsi 20 il bundan əvvəl Rus dilşunası Kibrik kiril bazasında yaratmışdır. Ona Xınalıqlı şair Rahim Alxas əhəmiyyətli dərəcədə köməklik göstərmişdir. Rahim Alxas bu əlifbadan istifadə edərək ədəbiyyat yazmış və Xınalıq kənd orta məktəbində Xınalıq dili dərslərini tədris etmişdir.

2007-ci ildə bir neçə Rus dilşünas alim (Kodzasov və başqalar), Xınalıq müəllimlərilə məsləhətləşib Latın bazasındakı ilk Xınalıq əlifbasını yaratmışdılar. Onların əlifbası bəzən fonemlər üçün IPA simvollarından istifadə edilib. Məsələn: partlayan xirtdək səsləri üçün apostrof yazılır, p’, t’, k’ v.s., və faringal frikativ səsi üçün ʕ yazılır. Nəfəssiz samit səslər, diqraf ilə yazılır: Məsələn p – nəfəsli, pp – nəfəssiz; t – nəfəsli, tt nəfəssiz; k – nəfəsli, kk – nəfəssiz.

Daha sonra Azərbaycanın SIL filialı “Üfüq-S” bu əlifbadan istifadə edərək Xınalıq müəllimləri ilə bir yerdə uşaq kitabları, təqvimlər və başqa materiyallar da hazırlamışdır.

Lakin, Xınalıq camaatı bir sıra müxtəlif səbəblərə görə bu əlifba ilə tam şəkildə razılaşmamışdır. Ən vacib səbəb isə çoxlu diqrafların olması idi. Çünki bu əlifba ilə yazılan sözlər yazı zamanı daha çox uzun məsafəli olmasına səbəb olurdu. Bundan əlavə, uzun samitləri nəfəssiz samitlərdən fərqləndirilməsi mümkün olmurdu (məsələn uzun nəfəsli tt = qısa nəfəssiz tt = uzun nəfəssiz tt).

2013-cü ildə, Almanyanın Frankfurt Universitetinin Dilşunaslıq fakültəsi tərəfindən təzə bir əlifba təklifi edilmişdir. Bu təklif Rus dilşunaslarının fonetik araşdırma nəticələrinin bazasında yaradılmışdır, amma, diqrafların əvəzində diakritik işarəsi olan tək hərflərdən istifadə edilmişdir. O vaxtdan bəri, Xınalıq camaatı bu əlifbadan istifadə edir. Demək olar ki, bu əlifba Xınalıq camaatı tərəfindən tam olaraq qəbul olunmuşdur. Bir neçə kitab da bu əlifba ilə yazılmışdır:

 

  • Namik Xınalıqlı: Kətşi Əfsanəd (Xınalıq əfsanələri), 2013-cü ildə
  • Bədəlov Hacibala, Əliyev Azay, Zeynalov İldırım: Kətşi qalt̂ırk̂ui dərmani bitkid (Xınalıqda yetişən dərman bitkiləri), 2014-cü ildə
  • Bədəlov Hacibala, Əliyev Azay, Zeynalov İldırım: Çık̇ırvali kitab Çoldə miż – İngilis miż – Kətşi miż (Danışıq kitabı Xınalıqca – Azərbaycanca – İngiliscə), 2014-cü ildə.
  • Bədəlov Hacıbala, Əliyev Azay, Nadirov Kamal, Zeynalov İldırım: Kətşi Tarix (Xınalıq Tarixi), 2014-ci ildə.
  • Namik Xınalıqlı: E q̇inir Kətiş (Mənim gözəl Xınalığım), 2015-ci ildə.
  • Namik Xınalıqlı: Ĥəyəlirzu sa-k̇u şer (Uşaqlar üçün bir-iki şeir), 2016-cı ildə.
  • Namik Xınalıqlı: Kətşi Şoşuyurdur (Xınalıq nağılları), 2016-cı ildə.
  • Namik Xınalıqlı: Kətşi Xəzinəd (Xınalıq xəzinələri), 2016-ci ildə.

Aşağdalı cədvəl, Xınalığın kiril əlifbası və indi istifadə olunan Xınalıq əlfbasını muqaisə edir:

 

Kiril Xınalıq əlifbası İndiki Xınalıq əlifbası Kiril Xınalıq əlifbası İndiki Xınalıq əlifbası Kiril Xınalıq əlifbası İndiki Xınalıq əlifbası
А а A a Кк кк K̂ k̂ У у U u
Аь аь Ə ə Къ къ Q q Уь уь Ü ü
Б б B b Кь кь Q̇ q̇ Ф ф F f
В в V v Кӏ кӏ K̇ k̇ Х х X x
Г г G g Л л L l Хъ хъ Q̂ q̂
Гг гг Ĝ ĝ М м M m Хь хь X̂ x̂
Гъ гъ Ğ ğ Н н N n Хӏ хӏ Ĥ ĥ
Гь гь H h О о O o Ц ц Ŝ ŝ
Гӏ гӏ Ḣ ḣ Оь оь Ö ö Цц цц Ẑ ẑ
Д д D d П п P p Цӏ цӏ Ż ż
Дж дж C c Пп пп P̂ p̂ Ч ч Ç ç
Е е E e Пӏ пӏ Ṗ ṗ Чч чч Ĉ ĉ
Ж ж J j Р р R r Чӏ чӏ Ċ ċ
З з Z z С с S s Ш ш Ş ş
И и İ i Т т T t Ъ ъ Ḣ ḣ
Й й Y y Тт тт T̂ t̂ Ы ы I ı
К к K k Тӏ тӏ Ṫ ṫ Э э E e

Kodzasovun əlifba təklifini öyrənmək üçün, bu səhifəyə baxın: http://www.philol.msu.ru/~languedoc/assets/texts/xin-abc.pdf