BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Arxeoloji Abidələr

Arxeoloji Abidələr

Slavat yaşayış yurdu.

Salavat karvansaraları

Bu qədim yaşayış yeri Xınalıqdan 15 km məsafədə cənub-qərb istiqamətində Xınalıq ilə Qəbələ rayonun sərhədi olan Salavat aşırımındadır. Salavat yurdunda yaşayış tikililərin qalıqları vardır. Burada neçə ailənin və nə qədər insanın yaşadığı haqda məlumat yoxdur. Tikililərin ətrafında həmin insanlara məxsus qəbristanlıq vardır. Avtomobil yolu yoxdur.

Salavat karvansaraları

Salavat karvansaraları 2 ədəd olmaqla Salavat yurdunun yaxınlığında yerləşir. Karvansaraları qəbələ ilə gediş-gəliş vaxtı yolçuların gecələməsi üçün Xınalıq icması tərəfindən XVII əsrdə tikildiyi ehtimal edilir. Qəbələyə Xınalıqdan və əks istiqamətdə 1,5-2 günə getmişlər. Ona görə də karvansaralar son dövrə qədər mühüm rol oynamışlar. Abidəyə avtomobil yolu yoxdur.

Bərk-şanə qədim yaşayış yurdu

bərkşanə yaşayış yurdu

Bu qədim yaşayış yurdu Xınalıqdan cənub istiqamətdə 2 km məsafədə yerləşir. Yaşayış yeri iki təpədə yerləşib. 2012-2013-ci illərdə AMEA-nın aparıcı elmi işçisi İ Əlyev tərəfindən aparılan kəşfiyyat xarakterli arxioloyi tədqiqat işlərin nəticəsində buradan eramızdan əvvəl I minilliyə aid edilən saxsı qabların hissələri və divar qalıqları aşkar edilmişdir.

Xillələrin yurdu

Xillələlərin yurdu

“Xillələrin yurdu” xınalığın 300 metrliyində yerləşir. Xınalıqdan qərb istiqamətdədir. Həmin ərazidə faktiki yaşayış olduğu haqda məlumat bizə gəlib çatmışdır. Bu ərazidə kəndin olması həqiqidir. Hal-hazırda həmin ərazidə yaşayış evləri və inzibati binalar tikilmişdir. Həmin ərazidə inzibati bina və evlər tikilərkən tikili divarlar çıxmışdır. Digər tərəfdən ərazinin “Ber-buta” adlı təpədə çoxlu qəbirlərin olması çox maraq doğurur. Arxeoloji tədqiqatlara ehtiyac vardır.

“Orta təpə” qədim yaşayış yurdu

Orta təpə yaşayış yurdu

Bu yaşayış yurdu Xınalıqdan 5 km məsafədə şimalda yerləşir. Yaşayış yurdu tək təpənin üstündə olub ki, bu yer təhlükəsizlik üçün strateji nöqtədir. Orada yaşayış tikililərin qalıqları vardır. Məlumata görə təsadüfən iki ədəd iri ərzaq küpləri tapılmışdır. Arxeoloji tədqiqata ehtiyac vardır.

“Yumşaq ruhlar”(kıma liqebiriş) qədim yaşayış yurdu

Bu qədim yaşayış Xınalıqdan cənub-şərq istiqamətində 3 km məsafədə yerləşir. Burada qalaça mövcud olmuşdur, çoxlu tikinti qalıqları vardır. 1963-cı ildə Qudyalçay vadisini dəyişərək həmin ərazinin bir hissəsini yuyaraq açdıqdan sonra orada qəbirlərin mövcudluğu bilinmişdir. O vaxta qədər orada unikal qəbirlərin olması haqda heç bir məlumat olmamışdır. Arxeoloji tədqiqatlara ehtiyac vardır.