BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Xınalıq və onun tarixi haqqında bəzi qeydlər

Xınalıq və onun tarixi haqqında bəzi qeydlər

Xınalıq kəndinin yerləşməsi və onun qurluşu

XinaliqRəsmi xəritələrə görə Xınalıq kəndi  dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Xınalıq kəndi şimaldan Qızılqaya dağı (3725 m), şimal-qərbdən Şahdağı (4243 m) və Bazardüzü (4466 m), cənubdan Xınalıq dağı (3730 m), qərbdən Tufan dağı (4191 m), şərqdən isə Zangar dağı (2100 m) ilə əhatə olunubdur.

Xınalıq kəndi 8 kənd məhəlləyə bölünür

  • Təpə məhəllə
  • Yuxarı məhəllə
  • Yelqovan məhəllə
  • Məlikli məhəllə
  • Aşağı məhəllə
  • Gadaxe məhəlləsi
  • Çuxur məhəllə
  • Müasir Dəyirmançay yaşayış massivi

SDC10002Kəndin strukturasına baxanda aydın görünür ki, istər köhnə istərsə də yeni qəbirlər bütövlükdə kəndin ətrafında sıx şəkildə yerləşir. Dəqiq söyləmək olar ki, qədim zamanlarda Xınalıqda insanlar daha yaxın yerlərdə dəfn olunmuş, daha sonra kənd böyüdükcə ətrafına doğru qəbristanlıqlar genişlənmişdir. Çox məraqlıdır ki, Xınalıq xəttatları sərt, vulkanik qayalardan peşəkarcasına başdaşları hazrılaya bilmişlər. Onun üzərində yazı və rəsim nümunələri çəkmişlər. 40 hektara yaxın ərazini əhatə edən qəbristanlıqda bu cür qədim başdaşları görmək mümkündür.

Xınalıqda 160 tarixi yaşayış evi olmaqla 210 ev var. Hal-hazırda Xınalıqda 2300 əhali yaşayır.

Azərbaycanda yaşayan Xınalıq etnik qrupun üzvlərinin sayı dəqiq təyin olunmayıb. Demək olar ki, hal-hazırda təxminən Quba rayonun Vladimirovka (Gülüstan) kəndində 250-ə yaxın, Qaraçay kəndində 120, Ərəbxan yaşayış məskənində 20, Dağlı kəndində 130, Alekseyevka kəndində 100, Nərimanabad kəndində 20, İqriq kəndində 15, Əlibəyqışlaq kəndində 15, Barlı kəndində 10, Aşağı Atuc kəndində 100, Quba şəhərində 100-ə yaxın, Timiryazev qəsəbəsində 30, Qırmızı qəsəbədə 20, Ağbil, Pirvahid, Xucbala, Digah, Nügədi kəndlərinin hər birində 10-a yaxın, Qəbələ rayonunun Vəndam kəndində 60, Qəbələ şəhərində 30-a yaxın, Bakı şəhərində 20, Sumqayıt şəhərində 30-a yaxın ev xınalıqlılara məxsusdur. Bundan əlavə Rusiyanın Moskva, Ufa, Surgut və s. şəhərlərində 50-yə yaxın Xınalıqlı ailə yaşayır.

Bir faktı qeyd etmək lazımdır ki, XVII – XVIII əsrlərdə bir neçə Xınalıqlı ailəsi təsərrüfatla bağlı olaraq Ağdaş rayonuna köçür və burada Xınaxlı kəndinin əsasını qoyurlar. Bir neçə ərəb dilində olan qəbir baş daşları aydın göstərir ki, vəfat etmiş adamın mənşəyi Xınalıqlıdır.

Xınalığın tarixi haqqında məlumatlar

Erkən tunc dövründə ilkin yaşayış məskəni kimi

ZangarXınalıq ərazisində ilkin məskunlaşmaya aid faktlar erkən tunc dövrünə (e.ə IV minillik. sonu) aiddir. 2010-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə AMEA-sı aparıcı elmi işçisi İ. Əliyəv tərəfindən “Zangar” adlı ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində “Zangar (Xınalıq)” adlı qədim yaşayış məskəni aşkar edildi. Qədim yaşayış məskənindən 500 m şərqdəTuncDövründaKurgan orta tunc dövrünə aid kurqan tapıldı. Qeyd olunan abidələrdən çoxlu sayda tuncdan, sümükdən və daşdan hazırlanmış müxtəlif muncuqlar, amuletlər, ox ucluqları, iynələr və müxtəlif növ bəzək əşyaları aşkarlanaraq qoruğun muzey fonduna daxil edilmişdir. (↗Arxeoloji eksponatları). “Zangar (Xınalıq)” qədim yaşayış məskənindən əlavə tarixi abidə kimi qorunan “Orta təpə”, “Bərkşanə”, “Kıma Liqebiriş” kimi arxeoloji abidələrdə də kəşfiyyat xarakterli arxeoloji tədqiqat işləri  aparılmışdır (↗ Arxeoloji Abideler).

Qafqaz Albaniyası  (e.ə IV əsrdən eramızın VIII əsrin birinci yarısı)

 

AlbaniaTunc dövrünün sonundan və Albaniya hökmranlığı dövrünə kimi bu ərazilərdə məskunlaşma haqqında çox az məlumatlar vardır. Xınalıqlılar özlərini “kətdid”, kəndləri isə “Kətiş” adlandırırlar. Bununla belə onlar 26 Alban tayfalarından birinin nəsilləri olduqları göstərilir. Bünyadov (1994, s. 212) özünün “Azərbaycan Tarixi” kitabında Alban tayfası “ketiş” adını qeyd edir (Baku 1994, cild I, s. 212). A.A. Bakıxanov “Gülüstani İrəm” adlı kitabında Alban tayfası “Ket” haqqında qeyd edir (Baku 1991, s. 24, 55, 56, 57, 99, 143, 176, 192, 193, 214). “Ket” yaxud “Kətiş” özümüzünkü mənası verən Ket-did ~ Ketiş sözləri ilə əlaqələndirilə bilər. Xınalıqlılardan başqa, Udinlər və Qrızlar da özlərini Albanların varisləri hessab edirlər. Bu xalqlarla birlikdə Xınalıqlılar da özlərini Nuhun nəslindən olduqlarına inanırlar. Bəzi Xınalıq əfsanələri Albaniya şəxsiyyətlərinə istinad edir (məsələn Cavanşir, Alban hökmdarı 637-680) (↗ Namik Xınalıqlı: Xınalıq əfsanələri).

Orta əsrlərdə

Abumuslum cume mescidiVIII əsrdə Xınalıqlılar Dərbənd hökmdarının qardaşı Əbu Müslüm vasitəsilə islam dinini qəbul edirlər. Əbu Müslüm Qafqazın çox geniş ərazilərinə İslam dinini yaymışdır. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda elə Əbu Müslümün əmri əsasında tikilmişdir ki, bu gündə də həmin məscid Əbu müslüm məscidi adlanır. XII – XVIII əsrlər arasında daha çoxlu türbələr və məscidlər dini rəhbərlər tərəfindən tikilmişdir. (↗ Dini Abideler).

VIII əsrdə Ərəb alimi Yaqut Əl-Həməvi özünün lüğət “Mücəm əl-buldan” (Ölkələrin adları əlifba sırası ilə) adlı kitabında Xazaran dağ keçidində kiçik bir qəsəbənin (şəhər) olduğunu qeyd etmişdir. Yunan alimi Strabonun (e.ə. 64 – 24) “Coğrafiya” kitabında verilən məlumata görə, həmin ərazidə VII əsrdən X əsrə kimi bir şəhər mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Həmin şəhərin adı haqqında heç bir məlumatın olmamasına baxmayaraq, o, Xınalığı nəzərdə tutduğunu demək olar.

Şirvanşahlar dövrü (IX – XVI əsrlər)

MahmudXinaliqli_CildXınalıq yer adı ilk dəfə XV əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri“ əl yazmasında rast gəlinir. Mahmud özünə Xınalıqlı təxəllüsünü götürmüşdür. Bu da Xınalıq adından istifadə olunan ilk yazılı mənbədir.

Xınalıq yer adının yaranma tarixi dəqiq aydın deyil. Xınalıqlılar belə bir əfsanəyə də malikdilər ki, Xınalıq sözünün mənası onu əhatə edən dağın səhər gün çıxanda günəş şüaların həmin dağa düşməsi nəticəsində əks olunan xına rənginə uyğun olması ilə bağlıdır. (↗ Namik Xınalıqlı: Xınalıq əfsanələri). Bir neçə tarixçi və dilçilərin dəstəklədiyi hipoteziyaya görə Xınalıq sözünün yaranma tarixi ilə Albaniya şəhəri olan Xeno ~ Xena ~ Xeni adı arasında əlaqə vardır (XI əsr). Hansı ki, bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaynala sərhəddə yerləşir.

Orta əsr şəxsiyyətləri ilə bağlı çoxlu Xınalıq əfsanələri vardır (↗Namik Xınalıqlı: Xınalıq əfsanələri). Məsələn Azərbaycan Atəbəylər sülaləsinin banisi Şəmsəddin Eldəniz (ölüm tarixi 1175 və ya 1176), Səfəvi hökmdarı Şah Abbas (1571-1629) və digər Fars hökmdarı Nadir şah (1698-1747) haqqında.

Şah Abbas 1606–1607-ci illərdə Dağıstandan Şirvana yürüş edərkən Xınalıq yaxınlığındakı Şahdağından, Şahdağın və ətrafının Xınalıqlılara hədiyyə etməsi ilə bağlı fermanlar vermişdir. Həmin vaxtdan etibarən Şahdağın qarşısındakı düzənliklərə “Şah düzü” deyilir.

 A. Bakıxanovun “Gülüstani-İrəm” (Baku 1991) əsərinə əsasən Fars hökmdarı Nadir Şah 1735-ci ilin oktyabr ayının sonlarında Dağıstana hərbi səfəri zamanı Xınalıqda olmuşdur. Həmin kitabda bu da qeyd olunur ki, 1747-ci ildə Fars hökmdarı I Şah Təhmasibin qardaşı Şirvan hökmdarı Əlqas Mirzə Xınalıqda məğlub edilir və 40-50 atlı ilə Dağıstana qaçmağa məcbur olur.

Şirvanşahlar dövründə Xınalıqla birlikdə Qrız, Haput, Cek və Əlik də daxil olmaqla müstəqil bir cəmiyyət olaraq özlərinin rəhbərləri tərəfindən idarə olunurdu. Onlar Şaha vergi ödəmirdilər əvəzində isə orduda xidmət edirdilər .

 Quba Xanlığı dövründə (1726–1806)

Kuba_HanlığıQuba Xanlığı müasir Azərbaycan ərazisində 1726-1806-ci illərdə mövcud olan müstəqil bir Xanlıq olmuşdur. 18-ci əsrin sonunda Xınalıq bu xanlığın bir hissəsinə çevrildi. Həmin vaxt Xınalıq, Qrız, Haput, Cek və Əlik və daha sonra yaradılmış Qaleyxudat kəndləri birləşdirilərək bir idarəetmə forması yaradıldı. Xınalıq isə mahal mərkəzi oldu. Quba Xanlığı 10 mahala bölünürdü. Fazil Fərzəlibəyovun “Quba tarixi” kitabında (Baku 2001, s. 127), mahallar haqqında aşağıdakı məlumatlar aydın görünür:

GubaXanlığı

Quba Xanlığı 1806-cı ildə Rusiya tərəfindən işğal edildi və 1816-cı ildə yeni yaradılmış Bakı quberniyasına birləşdirildi.

 Bir neçə Xınalıq əfsanələrində Fətəli xan Qubalı (1736-1789) haqqında da bir əfsanə mövcuddur (↗ Namik Xınalıqlı: Xınalıq əfsanələri).

Bakı Quberniyası dövründə (1816-1921)

Gubernia_de_Baku_-_Imperio_Ruso1831-ci ildə kollec registratoru Xotyanovski tərəfindən tərtib edilmiş, Tofiq Mustafazadə tərəfindən 2008 ildə Azərbaycan tərcüməsi kimi nəşr olunmuş “Quba əyalətinin kameral təsviri” adı kitabında Xınalıqda 266 ailədə 962 nəfər kişi cinsinin nümayəndəsinin yaşadığını qeyd edir. “Kəndin sakinəri köçmə həyat sürürdü, pambıqçılıq və qoyunçuluqla məşğul olurdular. Kəndə 1000 ruba əkinə yararlı, 2000 ruba yararsız, 400 ruba biçənək sahəsi var idi. Yüzbaşı hər il xəzinəyə 3 rub. 50 qəp., rəiyyətlər isə 1 rub., 50 qəp. və 1 ruba arpa ödəyirdilər.” (Mustafazadə 2008, s. 560).

Xınalıq əhalisinə aid 1870-ci ildə nəşr edilən bir statistikada (Spiski naselennyx mest Rossijkoj Imperii / Spisok naseljonnyx mest Bakinskoj gubernii, s. 79) göstərir ki, o vaxt Xınalıqda 2315 nəfər insan yaşayırmış.

Digər siyahıya almalar yalnız əhalinin ayrı-ayrılıqda sayını hesablamamış həmçinin tüstü bacaların sayını da qeyd olunmuşdur (bir tüstü baca bir ev) 1859-cu ildə Xınalıqda 338 tüstü bacası və əhalinin sayı isə 2300 nəfər qeyd edilmişdir. (Kotlyarevskiy 1886, s. 295; Zeydlica 1879, s. 28-29; Svod satastiçeskix dannıx… 1893). 1879-cu il məlumatına görə isə Xınalıqda 363 tüstü bacası 2196 sakin qeyd edilmişdir. 1886-cı ildə tüstü bacaların sayı 359 sakinlərin sayı isə 2167 olmuşdur. 1897-ci ildən sonrakı illərdəXınalıqlılar da başqa etnik qruplar kimi uzun müddət ərzində siyahıya alınmamışdır. Yalnız iki il üçün başqa mənbələr vasitəsi ilə Xınalıqlıların sayını müəyyən etmək olar. 1921-ci ildə kənd təsərrüfatı statiskasında 367 iqtisadi ev və 1800 sakin qeyd olunmuşdur (Azerbajdzhanskaja selsko-xozjajstvennaja perepis 1921, s. 162).

Sovet dövrü (1922-1991)

 Caucasiamapussr1922-ci ilin aprel ayının 28-də təsis edilmiş AzSSR Sovet İttfaqı respublikalarından biri oldu. Sovet İttfiqaının ilk 37 ililndə Xınalıqlıları siyahıya almada Azərbaycanlılar kimi qeyd olunurdu. Yalnız 1959-cu ildən Xınalıqlılar ayrı etnik qrup kimi hesablandı. Aşağıdakı mənbəyə əsasən 1926-cı ildə Xınalıq sakinlərinin sayı 1400 nəfər, 1976-cı ildə 2500 və 1989-ci ildə isə 2101 nəfər olmuşdur (Yazıki Mira – Kavkazskiye Yazıki, Rus Elmlər Akademiyası 2001).

1930-cu illərdə Xınalıq kəndi Qonaqkənd rayonuna daxil edilmişdir. Daha sonra, yəni 1959-cı ilin dekabrın 4-dən isə Xınalıq kəndi Quba rayona aid edilir.

 Sovet dövründə Xınalıqda həyat tərzi əhəmiyyətli dərəcədə dəyişdi, belə ki, 1926-cı ildə kənddə ilk ibtidai məktəb tikilmişdir. 1940-cı ildə isə həmin bu ibtidai məktəb genişlənərək 7 sinifli, 1950-ci ildə 8 sinifli və nəhayət 1973-cü ildə isə orta məktəbə çevrildi. 1967-ci ildə ilk məktəb kitabxanası fəaliyyətə başladı. 1934-cü ildən Kolxozda “Qızıl Ulduz” adlı kənd təsrrüfatı iqtisadiyyatı təşkil edildi. Bu kollektivləşmə çərçivəsində, Xınalıq camaatı öz mal-qarasını kolxoza vermək məcburiyyətində qaldılar. Yaşayışın bütün vasitələri milliləşdirildi. 1964-cü ildə isə bu Sovxoz iqtisadiyyatı ilə əvəz olundu. Varlı insanlar repressiya olundular və onlardan çoxusu sürgün edilmişdir.

II dünya müharibəsində (1939-1945) 170 nəfər Xınalıqlı əsgər kimi xidmət etmiş, onların yarısından çoxu hələ də qayıtmamışdırlar.

60-cı illərdən etibarən Xınalıqdan 6 km şərq istiqamətində Bostankeş adında yeni bir yaşayış məskəni salındı. Əvvəllər həmin ərazidə təsərrüfat məqsədilə ferma yaradılmışdır və tədricən Xınalıq sakinlərindən bəziləri bu əraziyə köçməyə başladılar beləliklə hal hazırda həmin ərazidə Xınalıq inzibati ərazi vahidliyinə daxil olan  təxminən 40-a yaxın evdən ibarət Bostankeş kəndi mövcudur.

 Tibb məntəqəsi 1956-cı ildən fəaliyyətə başlayıb. 1965-ci ildə ilk telefon xətti çəkilmiş, 1967-ci ildə isə ilk poçt məntəqəsi istifadəyə verilmişdir. Həmin ildə Xınalıqda bütün evlər generator vasitəsilə elektrik təchizatı ilə təmin edilirdi. Kənddə 1985-86-cı illərdə televiziya ötürücü stansiyası tikilmişdir.

 Ən əlamətdar hadisələrdən biri isə 1967-68-ci illərdə Quba-Alpan-Susay-Qaleyxudat kəndlərindən keçməklə Xınalıq avtomobil yolunun çəkilməsi oldu. Bu yolun uzunluğu 60 km olmaqla yalnız çətin ərazilərdən keçə biləcək nəqliyyat vasitələri üçün əlverişli idi. 1988-94-cu illərdə isə Qudiyalçayın yatağı ilə yeni bir yol çəkildi ki, bu yol Qəçrəş kəndindən keçməklə Xınalığı Qubanın mərkəzi ilə birləşdirilirdi. Onun uzunluğu 57-kmdır. Bu yol 2006-cı ildə daha da genişləndirilərək asfalt örtüklə örtülmüşdür.

 Müasir dövr (1991-ci ildən hazırkı dövrə kimi)

 Azərbaycanın müasir dövrü 1991-ci ildə Sovet İttfaqdan ayrılaraq müstəqillik qazandıqdan sonra başlayır. Həmin vaxtdan bəri Xınalıqda da həyat yenidən köklü şəkildə dəyişildi. Zəif iqtisadi inkişafa malik olan kənd təsərrüfatı hansı ki, kolxozlarda və sovxozlarda birləşdirilmişdir, onlar yenidən özəlləşdirildi. Beləliklə, Xınalıqlılar özlərinin ənənəvi həyat tərzinə qayda bildilər.

 Xınalıq 2001-ci ildə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilmiş.

 2006-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xınalığa rəsmi səfərindən sonra Xınalıqda yeni poçt ofisi tikildi, telefon xətləri çəkildi, mobil operatorların stansyaları fəaliyyətə başladı. 2007-ci ilin sentyabr ayının 15-də Xınalıqda Xınalıq kənd İnternat tam orta məktəbi istifadəyə verildi. Xınalıq camaatın əsas məşğuliyyəti qoyunçuluq və maldarlıq olduğundan bir hissəsi 7-8 ay qışlaqlara köçməli olur. Həmin ailələrin övladları Xınalıq kənd İnternat tam orta məktəbində təhsil almaqla yanaşı dövlət tərəfindən bütün qayğıları ilə qarşılanırlar. Bununla yanaşı qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil ala və daimi qala bilirlər.

 2015-ci ilin iyun ayının 10-da Xınalıq ATES-də xüsusi texnologiya yerləşdirməklə Xınalıqlılar sürətli internetdən istifadə etmək imkanına malik oldular.